Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ornaklin 100 mq N6 vaginal şam

Məhsul Kodu : 111-22141
İstehsalçı ölkə: Italiya
30,70 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ORNAKLİN, vaginal şamlar.

Ornaklin tərkibi 

Təsiredici maddə:1 şamın tərkibində 100 mq klindamisinə ekvivalent miqdarda klindamisin fosfat vardır. Köməkçi maddələr: bərk yağ.

İstifadəsinə göstərişlər:
 Vaginal infeksion-bakterial xəstəliklər. Əks göstərişlər

 • Klindamisinə (eləcə də linkomisinə) qarşı yüksək həssaslıq;

 • Antibiotiklərin istifadəsi ilə əlaqədar olaraq əvvəllər baş vermiş və ya hazırda mövcud olan kolit;

 • 18 yaşına qədər uşaqlarda istifadəsi.

Xüsusi göstərişləri və ehtiyat tədbirləri:

 Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: • ishal və ya antibiotiklərin qəbulundan sonra baş verən ishal; • anamnezdə Kron xəstəliyi, xoralı kolit kimi bağırsaqların iltihabi xəstəlikləri olduqda ; Preparatın istifadəsindən sonra sizdə kəskin, uzunmüddətli və ya qanlı ishal yarandıqda dərhal həkimə müraciət etmək lazımdır, çünki əlamətlərin davam etdiyi hallarda müalicənin dayandırılması göstərişi ola bilər. Yuxarıda qeyd edilən simptomlar, antibiotiklərlə müalicə zamanı yaranan bağırsaq iltihabının (psevdomembranoz kolit) əlaməti ola bilər. Preparatın təyinindən öncə vulvovaginitin səbəbinin Trichomonas vaginalis, Chlamydia trachomatis, Neisseria gonorrhoeae, Candida albicans, Herpes simplex virus olmasını müvafiq laborator metodlardan istifadə etməklə istisna etmək lazımdır. Aşağıdakı hallarda preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır: • Böyrək, qaraciyər və immun sisteminin fəaliyyətinin pozulduğu hallar; • 18 yaşa qədər və ya 65 yaşdan yuxarı şəxslər (Ornaklin vaginal şamlarının uşaqlarda istifadəsi məsləhət görülmür); • Bütün vaginal infeksiyaların müalicəsi zamanı cinsi əlaqədə olmaq məsləhət görülmür. Ornaklin şamları prezervativ (qorunma vasitəsi) və kontraseptiv diafraqmaların (hamiləlik əleyhinə qapaq) funksiyalarını zəiflədir. Bu səbəbə görə müalicədən 72 saat keçmədiyi halda, prezervativ və kontraseptiv diafraqmalara güvənmək olmaz. Ornaklin preparatı ilə müalicə zamanı tampon və duş kimi (vaginal yuyunma) digər vaginal vasitələrin istifadəsi məsləhət görülmür. Ornaklin preparatını menstruasiya zamanı istifadə etmək tövsiyə olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləliyin ilk trimestri zamanı preparatın istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumat olmadığı üçün istifadəsi məsləhət görülmür. Hamiləliyin II və II trimestrində istifadə zamanı döldə anadangəlmə inkişaf qüsurlarının tezliyinin artması müşahidə edilməmişdir. Hamiləliyin II trimestrində 7 gün ərzində istifadə zamanı 1,1% qadında anomal doğuş müşahidə olunmuşdur (plasebo qrupunda 0,5%). Hamiləlik və ya hamiləliyin ehtimal olunması zamanı preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsi yalnız həkim məsləhəti ilə mümkündür. Preparat ana südünə nüfuz edə bilər, bu səbəbə görə preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Körpənin ana südü ilə təsiredici maddənin çox miqdarda qəbul etməsi az ehtimal edilir, lakin südəmər körpədə qanlı ishal və ya zəiflik simptomları müşahidə edildikdə, həkimə müraciət etmək və ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

 Nəqliyyat vasitələrini və digər xüsusi diqqət tələb edən mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.

Ornaklin istifadə qaydası, dozası

 Preparatı ciddi olaraq həkim təyinatı ilə istifadə etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə olduqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Şamları istifadə etməzdən əvvəl, onların saxlanma temperaturuna diqqət etmək lazımdır, belə ki, yüksək temperatur onların yumşalmasına və deformasiyaya uğramasına səbəb ola bilər. Məsləhət görülən doza 3-6 gün müddətində yatmazdan əvvəl hər gün 1 şam istifadə edilir. Şamı uşaqlıq yoluna dərinə yeritmək lazımdır. Şam yeridildikdən sonra tədricən əriyir və sorulur. İstifadə qaydası • Şamı polivinilxlorid folqadan ayırmaq; • Səliqəli şəkildə, mümkün qədər dərinə və diskomfort hiss etmədən uşaqlıq yoluna yeritmək. Şamları istifadə etdikdən sonra əlləri həmişə yumaq lazımdır. Şamları eyni vaxtda istifadə etmək məsləhət görülür. Növbəti qəbulun vaxtı yaxınlaşdığı halda istifadə etmək olmaz. Növbəti dozanı öz vaxtında qəbul etmək lazımdır. Şamı təsadüfən daxilə qəbul etdikdə, həkimə müraciət etmək lazımdır. Bu zaman şamın orqanizmə zərər gətirəcəyi ehtimal edilmir, lakin ehtimal olunacaq hər hansı bir hal baş verməsinin qarşısını almaq məqsədi ilə həkim məlumatlandırılmalıdır.

 

Prepared by  T-Soft E-Commerce.