Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq klomifen sitrat vardır.
Ova Mit hamiləlik arzusunda olan ovulyasiya problemi olan qadınların müalicəsində təyin olunur. Ova Mitlə müalicə o vaxt effektiv olur ki, qadının ovulyasiya prosesini stimullaşdırmaq imkanı olsun və onun cinsi tərəfdaşının nəsil vermək qabiliyyəti olsun. Birinci dərəcəli hipofiz çatışmazlığı olan və ya yumurtalıq çatışmazlığı olan xəstələrdə Ova Mit effektiv deyil və bu preparat yalnız ovulyasiya disfunksiyası müşahidə olunan qadınlara təyin edilir. Ova Mit yumurtalıqların disfunksiyasının səbəbi ola biləcək digər hallarda (qalxanabənzər vəzi və böyrəküstü vəzinin çatışmazlığı) əvəzedici ola bilməz.
Qaraciyər xəstəlikləri olan və ya tarixən qaraciyər disfunksiyası olan, endometrik karsinoma, yumurtalıq kistləri, (polisistik kistlərdən başqa), səbəbsiz uşaqlıq qanaxmaları və hamiləlik zamanı təyin olunmamalıdır.
Hamiləlik zamanı istifadə əks göstərişdir. Erkən hamiləlik zamanı Ova Mitin ehtiyatsız qəbulunun qarşısını almaq üçün xəstələrdə ovulyasiyanın baş verdiyinin təyin olunması məqsədilə diqqətlə müayinə olunmalıdırlar. Bütün müalicə ərzində bədənin temperaturu qeydə alınmalı və əgər hamiləlik şübhəsi olarsa, dərhal Ova Mitin qəbulu dayandırılmalıdır.
Müalicə dövründə nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
Ova Mitin adi dozası menstrual siklin 5-ci günündən və ya amenoreya olarsa, istənilən vaxtdan etibarən 50 mq olmaqla 5 gün ərzində qəbul olunur. Əgər ovulyasiya baş verməzsə, gündə 100 mq olmaqla 5 günlük müalicə təyin oluna bilər (əvvəlki müalicədən 30 gün sonra).