Sevimlilərə əlavə edin
Paylaşın

PANTOTIN 100ML SRP

Məhsul Kodu : 111-21099
Reseptlə satılır
0 Şərh Şərh
21,60 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

PANTOTİN, 100 mq/ml şərbət.

Pantotin tərkibi 

Təsiredici maddə:1 ml şərbətin tərkibində 100 mq hopanten turşusu (hopantenat kalsium) vardır. Köməkçi maddələr: fruktoza, kalium sorbat (E 202), riboflavin, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:
 - Konsentrasiyanın təkmilləşdirilməsi, əqli və fiziki iş qabiliyyətinin, beyin funksiyaları və yaddaş yaxşılaşdırılması;

 - yenidoğulmuşlarda beyin pozulmalarının qarşısını almaq;

 - uşaq serebral iflicin müalicəsinə əlavə, epilepsiyanın və şizofreniyanın kompleks terapiyasında;

 - serebral aterosklerozun simptomlarının təkmilləşdirilməsi, serebrovaskulyar xəstəliklər;

 - eləcə də: ekstrapiramid və hərəki pozğunluqlar (Myoclonus, Huntington xəstəliyi, hepatolentikular degenerasiya, Parkinson xəstəliyi);

 kəllədaxili travma və neyroinfeksiyalar (baş beynin orqanik zədələnmələri);

 nevrotik pozğunluqlar (kəkələmə, tik, və s.);

 davranış pozğunluqları (hiperaktivlik və diqqət əskikliyi);

 neyrogen sidik kisəsi zəifliyi (poliuriya, pollakiuriya, imperativ çağırış, imperativ sidik saxlamama).

Əks göstərişlər:

 Dərmana qarşı yüksək həssaslıq, kəskin böyrək çatışmazlığı, hamiləlik (1-ci trimestr), laktasiya dövrü, 6 ayından aşağı uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləliyin I trimestrində və laktasiya dövründə əks göstərişdir. Hamiləliyin II və III dövründə tövsiyə olunmur.

Pantotin istifadə qaydası, dozası

 Daxilə, qidadan 15-30 dəq sonra qəbul edilir. Lazımi miqdarda siropu oral şpris vasitəsi və ya ölçü qapağı ilə ölçülür. Şərbətin həcmini düzgün ölçmək üçün, oral şprisin porşeni silindrin axırına kimi çəkilməli və sonra şpris şərbətin içinə salınıb, porşeni yuxarı lazım olan miqdara kimi qaldırılmalıdır. Oral şpris və ölçü qapağı istifadədən öncə və sonra isti qaynadılmış su ilə yuyulmalıdır. Uşaqlar və yeniyetmələrə (6 aydan 8 yaşa kimi):

 - əqli geriləmədə: 5 ml sutkada 4-6 dəfə 3 ay müddətə; - nitqin inkişafının geriləməsində: 5 ml sutkada 3-4 dəfə 2-3 ay müddətə;

 - neyroleptik sindromda (neyroleptik vasitələrin yan təsirini korreksiyası məqsədi ilə): 2,5-5 ml sutkada 3-4 dəfə 1-3 ay müddətə;

 - epilepsiyada: 2,5 ml sutkada 3-4 dəfə uzun müddət (6 ay ərzində);

 - tiklərdə: 2,5-5 ml sutkada 3-6 dəfə 1-4 ay müddətə;

 - sidikburaxmanın pozulması zamanı: 2,5-5 ml sutkada 1-2 dəfə 1-3 ay müddətə, hopanten turşusunun gündəlik doza dərəcəsi 25-50 mq/kq;

 - neyroinfeksiyaların və kəllə-beyin travmalarının fəsadları zamanı: 2,5 ml sutkada 3-4 dəfə;

 - sinir sisteminin digər xəstəliklərində:

 - 6 aydan 1 yaşa kimi: sutkada 5-10 ml;

 - 1 yaşdan 3 yaşa kimi: sutkada 5-12,5 ml;

 - 3 yaşdan 7 yaşa kimi: sutkada 7,5-15 ml;

 - 7 yaşdan yuxarı: sutkada 10-20 ml. Böyüklər - neyroleptik sindromda (neyroleptik vasitələrin yan təsirini korreksiyası məqsədi ilə): 5-10 ml sutkada 3 dəfə 1-3 ay müddətə; - epilepsiyada: 5-10 ml sutkada 3 dəfə uzun müddət (6 aya kimi);

 - tiklərdə: 5-10 ml sutkada 3 dəfə 1-5 ay müddətə;

 - sidikburaxmanın pozulması zamanı: 5-10 ml sutkada 2-3 dəfə 1-3 ay müddətində;

 - neyroinfeksiyaların və kəllə-beyin travmalarının fəsadları zamanı: 2,5 ml sutkada 3-4 dəfə;

 - şizofreniyada (psixotrop preparatlarla kompleks şəkildə): 2,5 ml sutkada 2-3 dəfə 1-3 ay müddətə. Müalicə müddəti 1-4 ay, bəzən 6 ay təşkil edir. 3-6 ay sonra müalicəni təkrarlamaq mümkündür.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21099

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce