Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

PERSEN FORTE N20 CAP

Комментарий
Комментарии (1)
5.0 Средний балл
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Код продукта : 111-05814
Reseptlə satılır
İstehsalçı ölkə: Sloveniya
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

PERSEN FORTE, bərk kapsullar

PERSEN FORTE tərkibi

PERSEN FORTE tərkibi, 1 kapsulda 87,5 mq pişikotu köklərinin quru sulu spirtli ekstraktı (Valeriana officinalis L., Valeriana Radix extractum siccum), 17,5 mq bədrənc yarpaqlarının (Melissa officinalis L., Melissae folium extractum siccum) quru ekstraktı, 17,5 mq istiotlu nanə yarpaqlarının (Mentha piperita L., Menthae piperitae folium extractum siccum) quru ekstraktı vardır.

Persen Forte, istifadəsinə göstərişlər

Persen Forte – bitki mənşəli dərman preparatı olub, müvəqqəti əsəb gərginliyi simptomlarının yüngülləşdirilməsi üçün (həddən artıq əsəb gərginliyi, narahatlıq, yüksək oyanıqlıq zamanı gündəlik sakitləşdirici kimi) və (və ya) müvəqqəti yuxu pozğunluğu zamanı istifadə olunur.

Əks göstərişlər

Pişikotu kökü, dərman bədrənci yarpaqları, istiotlu nanə yarpaqları preparatlarına və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləliyə və ana südü ilə qidalandırmaya arzuolunmaz təsiri barədə məlumat yoxdur. Kifayət qədər məlumatlar olmadığı üçün ehtiyat tədbiri kimi preparatın hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: əsəbilik, həyəcan və ya yüksək oyanıqlıq zamanı – gündə 2 dəfə 2 kapsul. Yuxusuzluq zamanı: yuxudan bir saat əvvəl 2 kapsul. Kapsullar su ilə, bütöv halda, qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Persen Forte preparatının təsiri tədricən özünü büruzə verir. Optimal terapevtik effektin əldə olunması üçün kapsullar ən azı 2 həftə müddətində qəbul edilməlidir. Müalicə kursu məhdud deyil. Persen Forte preparatının tövsiyə olunan dozalarda uzunmüddətli istifadəsi vərdişə və ya “ləğvolunma” sindromunun əmələ gəlməsinə gətirmir. Əgər müalicədən 14 gün sonra simptomlar müşahidə olunarsa və ya kəskinləşərsə, həkimlə məsləhətləşin. Persen forte yalnız böyüklərə və 12 yaşdan yuxarı uşaqlara təyin olunmalıdır.

Prepared by  T-Soft E-Commerce.