Bitib
Stokda olanda mənə xəbər verin.PERSEN tərkibi, 1 örtüklü tabletin tərkibində 35 mq pişikotu köklərinin quru ekstraktı (Valeriana officinalis L., radix), 17,5 mq bədrənc yarpaqlarının quru ekstraktı (Melissa officinalis L., folium), 17,5 mq nanə yarpaqlarının quru ekstraktı (Mentha piperita L., folium) vardır.
Aşağıdakı hallarda Persen preparatından istifadə tövsiyə olunur: - müvəqqəti yüngül sinir gərginliyi zamanı simptomların yüngülləşdirilməsi üçün (yüksək zehni gərginlik, həyəcan, oyanıqlıq zamanı gündəlik sedativ vasitə kimi); - yuxuyagetmənin müvəqqəti çətinləşməsi zamanı.
Pişikotu köklərinin, bədrənc yarpaqlarının, nanə yarpaqlarının ekstraktına qarşı və preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Hər bir dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşin! Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi təsdiq olunmayıb, buna görə Persenin bu dövrdə qəbulu məsləhət görülmür.
Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün: yüksək zehni gərginlik, həyacan və ya oyanıqlıq zamanı gündə 3 dəfə 3 və ya 4 tablet. Yuxusuzluq zamanı – yuxudan 1 saat əvvəl 3 və ya 4 tablet. Tabletlər qida qəbulundan asılı olmayaraq, su ilə qəbul edilir. Persen preparatının təsiri tədricən meydana çıxır. Optimal effektin alınması üçün tabletlər fasiləsiz olaraq 2 həftədən az olmayaraq qəbul olunmalıdır. Müalicə kursu qeyri-məhduddur. Persen preparatının tövsiyə olunan dozalarda uzunmüddətli qəbulu vərdiş və ya ləğvolunma sindromu əmələ gətirmir. Əgər 14 gündən sonra simptomlar saxlanılarsa və ya kəskinləşərsə, həkimlə məsləhətləşin. 12 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz.