Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PIRASETAM 0,4GR N30 CAP (BELMED)

Məhsul Kodu : 111-16041
Reseptlə satılır
İstehsalçı ölkə: Çin
1,79 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PİRASETAM, kapsullar

PİRASETAM tərkibi

Təsiredici maddə: 1 kapsulda 400 mq pirasetam vardır.

İstifadəsinə göstərişlər

Pirasetam yaddaş pozulmaları, demensiya diaqnozu olmadıqda intellektual pozulmaların (xroniki psixoüzvi sindromun simptomatik müalicəsi) simptomatik müalicəsi üçün göstərişdir. Pirasetam kortikal miokloniyanın əlamətlərini azalda bilər. Kortikal miokloniyalı xəstələrdə pirasetamın effektini təyin etmək üçün sınaq müalicə kursunun aparılması lazımdır.

Əks göstərişlər

Pirasetama və ya pirrolidon törəmələrinə, həmçinin dərman vasitəsinin digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; dərman vasitəsinin təyinolunma anı psixomotor oyanıqlıq; Hentinqton xoreyası; beyin qan dövranının kəskin pozulması (hemorragik insult); xroniki böyrək çatışmazlığının terminal mərhələsi (kreatinin klirensi 20 ml/dəq-dın az olduqda); hamiləlik, laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı dərman vasitəsinin istifadəsinə aid nəzarətli tədqiqatlar aparılmayıb. Pirasetam plasentar baryerdən keçir və ana südünə nüfuz edir. Yenidoğulmuşlarda dərman vasitəsinin konsentrasiyası ananın qanında onun konsentrasiyasıının 70-90%-nə çatır. Laktasiya dövründə pirasetamın istifadəsi zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

PİRASETAM istifadə qaydası və dozası

Böyüklərə daxilə (qida qəbulu zamanı və ya acqarına, maye ilə içərək). Sonuncu dozanı saat 17 ⁰⁰ -dən gec olmayaraq qəbul edirlər (yuxunun pozulmasının qarşısını almaq üçün). Gündəlik doza 2-4 qəbula bölünür. Psixoorqanik sindromun simptomatik müalicəsi: birinci həftə ərzində 4,8 q/gün, sonra dəstəkləyici dozaya küçirlər - 1,2-2,4 q/gün.

Kortikal miokloniyanın müalicəsini 7,2 q/gün dozadan başlayılar, 24 q/gün maksimal doza əldə olunana qədər hər 3-4 gündən bir dozanı 4,8 q/gün gədər artırırlar,. Müalicəni xəstəliyin bütün müalicə dövrü ərzində davam etdirirlə. Hər 6 aydan bir dozanı azaltmağa cəhd etmək və ya hər 2 gündən bir dozanı 1,2 q/gün qədər tədricən azaldaraq dərman vasitəsinin qəbulunu dayandırmaq lazımdır. Cüzi terapevtik effekt zamanı və ya onun olmaması zamanı müalicəni dayandırırlar.

Pirasetam orqanizmdən böyrəklərlə xaric olduğu üçün, böyrək çatişmazlığı olan xəstələrə və yaşlı xəstələrə dərman vasitəsinin təyini zamanı kreatinin klirensinin (KK) ölçüsündən asılı olaraq dozanı korreksiya etmək lazımdır. Böyrək çatışnazlığı olan xəstələrdə dərman vasitəsinin dozasının aşağıdakı sxemə müvafiq olaraq korreksiyası tələb olunur: Böyrək çatışmazlığının dərəcəsi KK (ml/dəq) Doza Norma > 80 Adi doza Yüngül 50-79 2/3 adi doza 2-3 qəbula Orta 30-49 1/3 adi doza 2 qəbula Ağır < 30 1/6 adi doza, birdəfəlik Son mərhələ - Əks göstərişdir Yaşlı xəstələrdə böyrək çatışmazlığı olduqda dozanı korreksiya edirlər; uzunmüddətli terapiya zamanı böyrəklərin funksional vəziyyətinin yoxlanılması lazımdır. Qaraciyər funksiyasının pozulmaları olan xəstələrə dozanın korreksiyası tələb olunmur. Həm böyrəklərin, həm də qaraçiyər funksiyasının pozulmaları olan xəstələrə dərman vasitəsi böyrəklərin funksiyasının pozulması olan xəstələrə təyin olunduğu kimi təyin edilir.

Prepared by  T-Soft E-Commerce.