Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROFLOSIN 0,4MG N30 KAPS

Məhsul Kodu : 111-28309
İstehsalçı ölkə: Almaniya
13,42 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROFLOSİN, modifikasiya olunmuş şəkildə azad olunan bərk kapsullar.

PROFLOSİN tərkibi

Təsiredici maddə: 1 kapsulda 0,4 mq tamsulozin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Tamsulozin prostat vəzinin böyüməsi (prostat vəzinin xoşxassəli hiperplaziyası) səbəbindən yaranan sidik ifrazı pozu ntuları zamanı istifadə edilir. Preparat əzələləri boşaldaraq sidik kanalı ilə sidiyin axınını yüngülləşdirir və sidik ifrazına kömək edir.

Əks göstərişlər

Aşağıdakı hallarda Proflosin preparatını qəbul etməyin: • tamsulozinə və ya bu preparatın hər hansı digər komponentinə ("Tərkibi" bölməsində sadalanmışdır) qarşı allergiya olduqda; allergiyanın simptomlarına, məsələn, üzün və boğazın ödemi (angionevrotik ödem) aid ola bilər. • anamnezdə ayağa qalxarkən arterial təzyiqin aşağı düşməsi və bu səbəbdən başgicəllənmə, bayılma öncəsi vəziyyət və ya bayılma vəziyyəti baş vermişdirsə; • qaraciyər tərəfindən ağır dərəcəli pozuntular olduqda.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tamsulozin qadınlarda istifadə üçün göstəriş deyildir. Kişilərdə anormal eyakulyasiya (toxum axıtma prosesinin pozulması) barədə məlumat verilmişdir. Bu o deməkdir ki, sperma sidik kanalı vasitəsilə çıxarılmır, bunun əvəzinə sidik kisəsinə daxil olur (retroqrad eyakulyasiya) və ya xud eyakulyatın həcmi azalır və ya eyakulyat ümumiyyətlə olmur (toxum axıtma qabiliyyətinin olmaması). Bu hal təhlükəli deyildir.

Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlara və 18 yaşdan kiçik yeniyetmələrə bu preparatı vermək olmaz, belə ki, preparat bu yaş qrupunun nümayəndələrinə təsir etmir. Proflosin preparatının tərkibində natrium vardır Bu dərman preparatının tərkibində bir kapsulda 1 mmoldan az (23 mq) miqdarda natrium va rdır, yəni hesab etmək olar ki, preparatın tərkibində demək olar ki, "natrium yoxdur".

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərə xidmət göstərmək qabiliyyətinə təsiri barədə məlumat lar yoxdur. Nəzərə almaq lazımdır ki, tamsulozin başgicəllənməyə və bayılma öncəsi vəziyyətə səbəb ola bilər. Yalnız özünüzü normal hiss etdiyiniz halda, sükan arxasına əyləşin və ya mexanizmlərə xidmət edin.

PROFLOSİN istifadə qaydası və dozası

Bu dərman preparatını hər zaman həkiminizin Sizə izah etdiyi qaydada dəqiqliklə qəbul edin. Əmin olmadığınız halda öz həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Tamsulozinin adi dozası – gündə bir kapsul təşkil edir, kapsulu səhər yeməyindən və ya gün ərzində ilk qida qəbulundan sonra qəbul etmək lazımdır. Kapsulu bir stəkan su ilə birlikdə bütöv şəkildə qəbul etmək və bu zaman oturaq və ya ayaq üstə vəziyyətdə olmaq lazımdır (uzanmış vəziyyətdə deyil).

Tamsulo zinin effektivliyinə təsir göstərə biləcəyi üçün kapsulu qırmamağınız və əzməməyiniz vacibdir. Əgər Siz yüngül və orta dərəcəli böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, Siz tamsulozini adi dozada qəbul edə bilərsiniz. Proflosin preparatının qida və içkilərlə birlikdə qəbul edilməsi Tamsulozin səhər yeməyindən sonra və ya gün ərzində ilk qida qəbulundan sonra bir stəkan su ilə içilərək qəbul edilməlidir. Proflosin preparatını qəbul etməyi unutmusunuzsa Unutduğunuz dozanı kompensasiya etmək üçün preparatı ikiqat dozada qəbul etməyin.

Sadəcə olaraq, preparatın növbəti dozasını lazımi vaxtda qəbul edin. Əgər Siz Proflosin preparatının qəbulunu dayandırmısınızsa Tamsulozinlə müalicə vaxtından əvvəl dayandırıldıqda, ilkin şikayətləriniz yenidən meydana çıxa bilər. Buna görə də, hətta Sizi narahat edən şikayətlər keçib getmiş olsa belə, tamsulozini həkiminizin təyin etdiyi müddət ərzində qəbul etmək lazımdır. Əgər Siz bu müalicəni dayandırmaq fikrindəsinizsə, istənilən halda öz həkiminizlə məsləhətləşin.

Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar vardırsa, öz həkiminizə və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.