Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq və ya 25 mq progesteron vardır.
Аmenoreya, anovulyator uşaqlıq qanaxmaları, endokrin sonsuzluğu, o cümlədən, sarı cismin çatışmazlığı nəticəsində baş verən, hamiləliyə dözümsüzlük, oliqomenoreya, alqodismenoreya (hipoqanadizm zəminində).
Qaraciyər xəstəlikləri, qaraciyər funksiyalarının pozulması, hepatit, qaraciyər və böyrək çatışmazlığı; hamiləlik dövründə xolestatik sarılıq (anamnezdə), xoşxassəli hiperbilirubinemiya; süd vəzilərinin və cinsiyyət orqanlarının törəmələri; taxikardiya, trombozlara meyillik, aktiv venoz və ya arterial tromboemboliya, ağır tromboflebit və ya anamnezdə bu cür vəziyyətlərin olması; depressiya təzahürlərilə sinir pozulmaları; porfiriya; 36 həftəlikdən sonra hamiləlik, uşaqlıqdankənar hamiləlik və ya baş tutmayan hamiləlik (anamnezdə); uşaqlıq yolunun naməlum genezli qanaxmaları, abortdan sonrakı vəziyyət, preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik dövründə preparat, yalnız düşük təhlükəsinin profilaktikası və müalicəsi üçün istifadə edilir. 36 həftəlik hamiləlikdən sonra preparatın istifadəsi əks göstərişdir. Preparatı yaxın zamanlarda hamiləlik planlaşdıran qadınlara təyin etmək olmaz. Hamiləlik zamanı ekzogen progesteronun hər iki cinsdən olan uşaqlarda cinsi anomaliyalar da daxil olmaqla, anadangəlmə anomaliya riski tam müəyyən edilməmişdir. Progesteron ana südünə nüfuz edir, bu səbəbə görə laktasiya dövründə progesterondan istifadə etmək olmaz.
Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə edilmir.
Preparat başgicəllənməyə və yuxululuğa səbəb ola bilər. Müalicə dövründə yüksək diqqət və sürətli psixmotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə etməzdən əvvəl içərisində preparat olan ampul su hamamı üzərində yüngülcə (30-40 ̊С-yə qədər) qızdırılır. Kristalların çökməsi baş verdikdə, ampul qaynar su hamamı üzərində kristallar tam həll olana qədər qızdırılır. Preparat əzələ daxilinə və ya dəri altına yeridilir. Anovulyator qanaxma zamanı preparat 6-8 gün ərzində hər gün 5-15 mq təyin edilir. Əvvəlcədən uşaqlıq boşluğunun selikli qişasının qaşınıb təmizlənməsi həyata keçirildikdə, o zaman inyeksiya 18- 20 gün sonra başlanılır. Selikli qişanın qaşınması mümkün olmadıqda, preparat qanaxma vaxtı da yeridilir. Bu zaman qanaxma müvəqqəti olaraq güclənə bilər (3-5 gün); mülayim və ağır dərəcəli anemiyalı pasiyentlərə əvvəlcədən qan köçürülməlidir (200-250 ml). 6-8 günlük müalicədən sonra qanaxma kəsilmədiyi halda, progesteronun sonrakı yeridilməsi məqsədəuyğun deyildir. Qanaxma dayandığı zaman müalicəni 6 gündən tez dayandırmaq olmaz. Hipoqonadizm və amenoreya zamanı 6-8 gün ərzində hər gün 5 mq (estrogen preparatların istifadəsindən dərhal sonra) və ya günaşırı 10 mq təyin edilir. Sarı cismin funksional çatışmazlığı nəticəsində yaranan və həyat üçün təhlükəli olan düşüklərin profilaktikası və müalicəsi zamanı düşük riski tam aradan qalxana qədər hər gün və ya günaşırı 10-25 mq yeridilir. Vərdişəçevrilmiş düşük zamanı preparat hamiləliyin 4-cü ayına qədər yeridilir. Alqodismenoreya zamanı ağrıları azaltmaq və ya aradan qaldırmaq üçün preparat menstruasiyaya 6-8 gün qalmış 6-8 gün müddətində gündə 5-10 mq yeridilir. Müalicə kursunu bir neçə dəfə təkrar etmək olar. Əzələdaxili yeridilmək üçün yüksək birdəfəlik və sutkalıq doza 25 mq təşkil edir (1%-li məhluldan 2,5 ml və ya 2,5%-li məhluldan 1 ml). Uşaqlığın inkişaf etməməsi əlaqədar alqodismenoreyanın Progesteronla müalicəsi əvvəlcədən estrogen preparatların təyini ilə birləşdirilə bilər.