Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROSULPIN 200MG N30 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-15394
Reseptlə satılır
İstehsalçı ölkə: Cenubi Afrika Respublikasi
15,48 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROSULPİN, tabletlər

PROSULPİN tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 50 mq və ya 200 mq sulpirid vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda kəskin və xroniki şizofreniya. Böyüklərdə psixotik depressiyanın və depressiyanın ağır formalarının müalicəsi, antidepressantlarla müalicə uğurlu olmadıqda. Böyüklərdə Menyer xəstəliyi kimi periferik labirintin başgicəllənməsi.

Əks göstərişlər

- Alkoqolla, yuxugətirici vasitələrlə və analgetiklərlə kəskin zəhərlənmə - Sulpiridə qarşı yüksək həssaslıq - hipertoniya xəstəliyinin 2-3-cü mərhələsi - Feoxromositoma - Psixomotor oyanıqlıq - Ehtiyatla – hamiləlik, laktasiya dövrü, yenidoğulmuşlar, yaşlı xəstələr, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, parkinsonizm, epilepsiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Eksperimental tədqiqatlarda preparatın teratogen effekti təsdiq olunmamışdır. Preparatın istifadəsi ilə nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır. Prosulpin preparatının hamiləlik dövründə istifadəsi müddətində dölün zədələnməsi ehtimalı çox aşağıdır. Bununla belə, klinik təcrübənin olmamasını nəzərə alaraq, hamiləlik dövründə preparatın istifadəsi yalnız, risklər hərtərəfli qiymətləndirildikdən sonra və son dərəcədə zərurət yarandığı hallarda və maksimal qısa müddət ərzində mümkündür.

Hamiləlik dövrünün üçüncü trimestrində antipsixotik preparatların (Prosulpin preparatı da daxil olmaqla) təsirinə məruz qalmış yenidoğulmuş körpələr, ekstrapiramid və/və ya abstinent simptomlar da daxil olmaqla, əlavə effektlər riski ilə daha çox üzləşə bilərlər. Göstərilən simptomlar davametmə müddətinə və ağırlıq dərəcəsinə görə fərqlənə bilər. Narahatlıq, hipotoniya, əzələ tonusunun dəyişməsi (həddindən artıq yüksək və ya həddindən artıq aşağı), tremor, yuxuya meyllilik, respirator distress sindrom, bradikardiya, taxikardiya, qalça bağırsaq problemləri, mekoniumun bağırsaqdan keçməsinin ləngiməsi, bağırsaqlarda qazın toplanması və ya qida qəbulu pozğunluqları halları qeyd olunmuşdur. Bu səbəbdən, yenidoğulmuşların vəziyyətlərinə hərtərəfli nəzarət etmək lazımdır.

Laktasiya dövrü Klinik təcrübənin olmamasını nəzərə alaraq, laktasiya dövründə Prosulpin preparatının istifadəsi yalnız, risklər hərtərəfli qiymətləndirildikdən sonra və son dərəcədə zərurət yarandığı hallarda və maksimal qısa müddət ərzində mümkündür, çünki, preparatın təsiredici maddəsi ana südü ilə xaric olunur və südəmər körpələrə təsir göstərə bilər. Südəmər körpələrin müşahidəsinin aparılması tələb olunur. Laktasiya dövründə sulpiridin uzunmüddətli istifadəsi məqsədəuyğun deyildir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərindən, həmçinin alkoqolun istifadəsindən çəkinmək lazmdır.

PROSULPİN istifadə qaydası və dozası

Dozalanması Şizofreniyanın müalicəsi Böyüklərdə sulpiridlə müalicəni sutkada 3 dəfə 100 mq dozanın istifadəsindən başlamaq və gələcəkdə müalicəni, daha yüksək dəstəkləyici dozanın istifadəsi ilə davam etdirmək lazımdır ki, bu da, bir qayda olaraq, böyüklərdə sutkada 400-800 mq sulpirid təşkil edir və 3 dəfəyə bölünərək qəbul edilir. Sulpiridin ümumi sutkalıq dozası 1000 mq təşkil edir və yalnız xüsusi psixiatrik səbəblər əsasında sulpiridin bu dozası, maksimal 1600 mq-a qədər artırıla bilər. Yaşı 6-dan yuxarı olan uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə sulpiridin sutkalıq dozası 2-3 dəfəlik qəbula bölünmüş 3-10 mq/kq bədən kütləsi təşkil edir və bu dozanı artırmaq olmaz. Sulpiridlə müalicə sutkada 1-2 mq/kq bədən kütləsi dozadan başlamalı və sulpiridin dəstəkləyici dozası sutkada 5 mq/kq bədən kütləsi təşkil etməlidir.

Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur. Psixotik depressiyanın və depressiyanın ağır formalarının müalicəsi Sulpiridlə müalicəni sutkada 50-150 mq dozanın istifadəsindən başlamaq lazımdır; sulpiridin dəstəkləyici dozası adətən, sutkada 3 dəfəlik qəbula bölünmüş 150-300 mq təşkil edir. Daha yüksək sutkalıq dozaların istifadəsi adətən tələb olunmur. Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur.

Başgicəllənmənin müalicəsi Böyüklərdə sulpiridlə müalicəni sutkada 50-150 mq dozanın istifadəsindən başlamaq lazımdır; sulpiridin dəstəkləyici dozası adətən, sutkada 3 dəfəlik qəbula bölünmüş 150-300 mq təşkil edir. Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Yaşlı pasiyentlərə böyüklər üçün yuxarıda göstərilən dozanın yarısı təyin olunur. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Renal (böyrək) funksiyalarının pozğunluqları qeyd olunduqda, sulpiridin dozası, böyrək funksiyalarının pozulması dərəcəsindən asılı olaraq, aşağı salınmalıdır.

Kreatinin klirensi Adətən istifadə edilən sutkalıq dozanın azaldılması 30-60 ml/dəqiqədə adətən istifadə edilən sutkalıq dozanın 50 %-i 10-30 ml/dəqiqədə adətən istifadə edilən sutkalıq dozanın 30 %-i < 10 ml/dəqiqədə adətən istifadə edilən sutkalıq dozanın 20 %-i Pediatrik populyasiyada istifadəsi “Şizofreniyanın müalicəsi” hissəsinə bax. Pasiyentin vəziyyətindən asılı olaraq, preparatın sutkalıq dozasının təxminən 1-3 həftədən sonra, aşağı salınması və ya artırılması mümkündür. Uzunmüddətli müalicə aparıldıqda, hər 3-6 aydan bir gələcək müalicə təkrar nəzərdən keçirilməlidir. İstifadə qaydası Preparat peroral yolla istifadə üçün nəzərdə tutulmuşdur.

Tabletlər bütöv, kifayət qədər maye (1 stəkan su) ilə birlikdə daxilə qəbul edilməlidir. Tabletlər qida qəbulundan asılı olmayaraq istifadə edilir. Preparatın mərkəzi stimullaşdırıcı effektinin mövcudluğunu nəzərə alaraq, yuxu ilə əlaqəli problemlərdən qaçınmaq məqsədi ilə sulpiridin sonuncu dozasını saat 16.00-a qədər qəbul etmək tövsiyə olunur.

Prepared by  T-Soft E-Commerce.