Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROSULPIN 50MG N30 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14563
Reseptlə satılır
İstehsalçı ölkə: Cenubi Afrika Respublikasi
7,42 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROSULPİN, tabletlər

PROSULPİN tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 50 mq və ya 200 mq sulpirid vardır.

İstifadəsinə göstərişlər

Preparat yalnız həkimin göstərişi üzrə istifadə olunur. Psixosomatik xəstəliklər, o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, MBT-nın stress xoraları Böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda kəskin və xroniki şizofreniya.

Əks göstərişlər

Alkoqolla, yuxugətirici vasitələrlə və analgetiklərlə kəskin zəhərlənmə Sulpiridə qarşı yüksək həssaslıq Hipertoniya xəstəliyinin 2-3-cü mərhələsi Feoxromositoma Psixomotor oyanıqlıq Prolaktinə bağlı törəmələr Hiperprolaktinomiya 6 yaşdan aşağı uşaqlar Kəskin porfiriya Qıcolmalar, epilepsiya Parkinsonizm Levadopa və ya antiparkinson dərmanları, antiparkinson olmayan dopamin aqonistləri ilə yanaşı istifadə Ehtiyatla – hamiləlik, laktasiya dövrü, yenidoğulmuşlar, yaşlı xəstələr, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Eksperimental tədqiqatlarda preparatın teratogen effekti təsdiq olunmamışdır. Preparatın istifadəsi ilə nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır. Prosulpin preparatının hamiləlik dövründə istifadəsi müddətində dölün zədələnməsi ehtimalı çox aşağıdır. Bununla belə, klinik təcrübənin olmamasını nəzərə alaraq, hamiləlik dövründə preparatın istifadəsi yalnız, risklər hərtərəfli qiymətləndirildikdən sonra və son dərəcədə zərurət yarandığı hallarda və maksimal qısa müddət ərzində mümkündür. Hamiləlik dövrünün üçüncü trimestrində antipsixotik preparatların (Prosulpin preparatı da daxil olmaqla) təsirinə məruz qalmış yenidoğulmuş körpələr, ekstrapiramid və/və ya abstinent simptomlar da daxil olmaqla, əlavə effektlər riski ilə daha çox üzləşə bilərlər. Göstərilən simptomlar davametmə müddətinə və ağırlıq dərəcəsinə görə fərqlənə bilər. Narahatlıq, hipotoniya, əzələ tonusunun dəyişməsi (həddindən artıq yüksək və ya həddindən artıq aşağı), tremor, yuxuya meyllilik, respirator distress sindrom, bradikardiya, taxikardiya, qalça bağırsaq problemləri, mekoniumun bağırsaqdan keçməsinin ləngiməsi, bağırsaqlarda qazın toplanması və ya qida qəbulu pozğunluqları halları qeyd olunmuşdur. Bu səbəbdən, yenidoğulmuşların vəziyyətlərinə hərtərəfli nəzarət etmək lazımdır. Laktasiya dövrü Klinik təcrübənin olmamasını nəzərə alaraq, laktasiya dövründə Prosulpin preparatının istifadəsi yalnız, risklər hərtərəfli qiymətləndirildikdən sonra və son dərəcədə zərurət yarandığı hallarda və maksimal qısa müddət ərzində mümkündür, çünki, preparatın təsiredici maddəsi ana südü ilə xaric olunur və südəmər körpələrə təsir göstərə bilər. Bu səbəbdən südvermə dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərindən, həmçinin alkoqolun istifadəsindən çəkinmək lazmdır.

PROSULPİN istifadə qaydası və dozası

Dozalanması Şizofreniyanın müalicəsi Böyüklərdə sutkada 400-800 mq sulpirid 2 dəfəyə bölünərək qəbul edilir. Neqativ simptomatikada – sutkada 200-600 mq; produktiv simptomatikada – sutkada 800-1200 mq; Sulpiridin ümumi sutkalıq dozası 1000 mq təşkil edir və yalnız xüsusi psixiatrik səbəblər əsasında sulpiridin bu dozası, maksimal 1200 mq-a qədər artırıla bilər. Psixosomatik pozğunluqlar, o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, MBT-nın stress xoraları: 4-6 həftə ərzində sutkada 1 ya 2 qəbula 100-200 mq. Yaşı 6-dan yuxarı olan uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə sulpiridin sutkalıq dozası 2-3 dəfəlik qəbula bölünmüş 3-10 mq/kq bədən kütləsi təşkil edir və bu dozanı artırmaq olmaz. Sulpiridlə müalicə sutkada 1-2 mq/kq bədən kütləsi dozadan başlamalı və sulpiridin dəstəkləyici dozası sutkada 5 mq/kq bədən kütləsi təşkil etməlidir. Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Yaşlı pasiyentlərə böyüklər üçün yuxarıda göstərilən dozanın yarısı təyin olunur. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Renal (böyrək) funksiyalarının pozğunluqları qeyd olunduqda, sulpiridin dozası, böyrək funksiyalarının pozulması dərəcəsindən asılı olaraq, aşağı salınmalıdır.

Kreatinin klirensi Adətən istifadə edilən sutkalıq dozanın azaldılması 30-60 ml/dəqiqədə adətən istifadə edilən sutkalıq dozanın 50 %-i 10-30 ml/dəqiqədə adətən istifadə edilən sutkalıq dozanın 30 %-i < 10 ml/dəqiqədə adətən istifadə edilən sutkalıq dozanın 20 %-i

Pediatrik populyasiyada istifadəsi “Şizofreniyanın müalicəsi” hissəsinə bax. Pasiyentin vəziyyətindən asılı olaraq, preparatın sutkalıq dozasının təxminən 1-3 həftədən sonra, aşağı salınması və ya artırılması mümkündür. Uzunmüddətli müalicə aparıldıqda, hər 3-6 aydan bir gələcək müalicə təkrar nəzərdən keçirilməlidir. İstifadə qaydası Preparat peroral yolla istifadə üçün nəzərdə tutulmuşdur. Tabletlər bütöv, kifayət qədər maye (1 stəkan su) ilə birlikdə daxilə qəbul edilməlidir. Tabletlər qida qəbulundan asılı olmayaraq istifadə edilir. Preparatın mərkəzi stimullaşdırıcı effektinin mövcudluğunu nəzərə alaraq, yuxu ilə əlaqəli problemlərdən qaçınmaq məqsədi ilə sulpiridin sonuncu dozasını saat 16.00-a qədər qəbul etmək tövsiyə olunur.

Prepared by  T-Soft E-Commerce.