Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROZERIN 0,05% 1ML N10 AMP

Məhsul Kodu : 111-00148
Reseptlə satılır
1,72 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROZERİN, inyeksiya üçün məhlul

PROZERİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq neostiqmin metilsulfat vardır.

İstifadəsinə göstərişlər

Miasteniya, kəskin miastenik böhran; keçirilən beyin travmasından sonra hərəki pozğunluqlar; ifliclər; keçirilən meningitdən, poliomielitdən, ensefalitdən sonra reabilitasiya dövrü; nevrit, görmə sinirinin atrofiyası; bağırsağın atoniyası, sidik kisəsinin atoniyası; antidepolyarizəedici miorelaksantlar tərəfindən sinir-əzələ keçiriciliyinin blokadaya alınmasından sonra davamlı qalan halların aradan qaldırılması.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Epilepsiya; hiperkinezlər; vaqotomiya; ürəyin işemik xəstəliyi; stenokardiya; aritmiyalar; bradikardiya; bronxial astma; ifadəolunmuş ateroskleroz; tireotoksikoz; mədə və onikibarmaq bağırsağın xorası; peritonit; mədə-bağırsaq traktının və sidik-ifrazat yollarının mexaniki obstruksiyası; dizuriya ilə müşayiət olunan prostat vəzinin hipertrofiyası; infeksion xəstəliyin kəskin dövrü; kəskin zəifləmiş uşaqlarda intoksikasiyalar, depolyarizəedici miorelaksantlarla eyni zamanda istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman preparatı ilə müalicə müddətində nəqliyyat vasitələrini idarə etmək və digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq əks göstərişdir.

PROZERİN istifadə qaydası və dozası

Böyüklər Preparatı sutkada 1-2 dəfə 0,5-2 mq (1-4 ml) dozada dəri altına təyin etmək lazımdır. Böyüklər üçün maksimal birdəfəlik doza 2 mq, maksimal sutkalıq doza 6 mq təşkil edir. Müalicə kursunun müddəti (miasteniya, miastenik kriz, bağırsağın və sidik kisəsinin əməliyyatdan sonrakı atoniyası, miorelaksantların istifadəsi nəticəsində doza həddinin aşılması istisna olmaqla) 25-30 gündür. Ehtiyac olduqda, 3-4 həftədən sonra təkrar kurs təyin etmək lazımdır.

Ümumi sutkalıq dozanın əsas hissəsini günorta, pasiyentin ən çox yorğun olduğu vaxt təyin etmək lazımdır. Miasteniya Preparatı dəri altına və ya əzələ daxilinə sutkada 0,5 mq (1 ml) dozada təyin etmək lazımdır. Müalicə kursu uzun müddət ərzində, yeridilmə yollarını dəyişərək aparılır. Miastenik kriz (tənəffüsün və udma qabiliyyətinin çətinləşməsi ilə müşayiət olunan): dərman vasitəsini vena daxilinə 0,25-0,5 mq (0,5-1 ml), daha sonra dəri altına, kiçik intervallar ilə təyin etmək lazımdır.

Bağırsağın və sidik kisəsinin əməliyyatdan sonrakı atoniyası, profilaktika, o cümlədən, sidiyin əməliyyatdan sonrakı ləngiməsinin profilaktikası: preparatı əməliyyatdan sonra mümkün qədər ən tez müddətdə 0,25 mq (0,5 ml) dozada dəri altına və ya əzələ daxilinə yeritmək və 3-4 gün müddətində hər 4-6 saatdan bir təkrar yeritmək lazımdır. Miorelaksantların istifadəsi zamanı doza həddi aşıldıqda antidot kimi (atropin sulfatın əvvəlcədən 0,6-1,2 mq dozada vena daxilinə yeridilməsindən sonra, nəbzin tezliyi dəqiqədə 80 vurğuya qədər artdıqda): 0,5-2 dəqiqədən sonra, dərman vasitəsini vena daxilinə tədricən 0,5-2 mq dozada təyin etmək lazımdır. Ehtiyac olduqda, inyeksiyanı (o cümlədən, bradikardiya baş verdikdə atropinin) 20-30 dəqiqə müddətində ümumi doza 5-6 mq-dan (10-12 ml-dən) artıq olmamaqla təkrar yeritmək olar. Prosedura aparıldıqda, ağciyərlərin süni ventilyasiyasını təmin etmək lazımdır.

Uşaqlar (yalnız stasionar şəraitdə) Miasteniya gravis Yenidoğulmuşlar: başlanğıc mərhələdə dərman preparatını əzələdaxili inyeksiya şəklində 0,1 mq dozada təyin etmək lazımdır. Bundan sonra dozanı fərdi seçmək lazımdır, adətən, preparatı hər 2-4 saatdan bir 0,05-0,25 mq və ya bədən çəkisinin hər kq-na 0,03 mq dozada əzələ daxilinə yeritmək lazımdır. Yenidoğulmuşlarda xəstəliyin xüsusi xarakterini nəzərə alaraq, dərman preparatının sutkalıq dozasının istifadəsi tamamilə dayandırılana qədər aşağı salmaq olar. 12 yaşa qədər uşaqlar: ehtiyac olduqda, preparatı 0,2-0,5 mq dozada inyeksiya şəklində təyin etmək lazımdır.

Pasiyentin reaksiyasından asılı olaraq, dərman preparatının dozalanmasını korreksiya etmək lazımdır. Miorelaksantların istifadəsi zamanı doza həddi aşıldıqda antidot kimi (atropin sulfatın əvvəlcədən bədən çəkisinin hər kq-na 0,02-0,03 mq dozada vena daxilinə yeridilməsindən sonra, nəbzin tezliyi dəqiqədə 80 vurğuya qədər artdıqda): dərman preparatını bədən kütləsinin hər kqna 0,05-0,07 mq dozada 1 dəqiqə müddətində vena daxilinə təyin etmək lazımdır. Uşaqlarda maksimal məsləhət görülən doza 2,5 mq təşkil edir. Digər göstərişlər: preparatı 0,125-1 mq dozada inyeksiya şəklində təyin etmək lazımdır.

Pasiyentin fərdi tələbatlarına uyğun dozanı dəyişdirmək mümkündür.

Prepared by  T-Soft E-Commerce.