Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr:1 tabletin tərkibində 25 mq spironolakton vardır.
Ridakton əsasən aşağıdakı halların müalicəsi üçün istifadə olunur: Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya) Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi) Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması) Birincili aldosteronizm (Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq orqanizmdə mayenin toplanması) Diüretiklərlə birlikdə hipokaliemiya/hipomaqneziemiyanın (qanda kaliumun səviyyəsinin normadan aşağı düşməsi) kompleks müalicəsində Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının (NYHA II-IV) müalicəsində standart müalicəyə əlavə kimi
Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq Addison xəstəliyi (böyrəküstü vəzilərin funksiyasının zəifləməsi) Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması Hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi) Sidiyəgetmədə çətinlik Kəskin və ciddi böyrək çatışmazlığı Laktasiya dövrü Eplerenon (xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur) ilə birlikdə istifadə Kaliumqoruyucu diüretik tablet və ya kalium əlavəsi tabletlərinin istifadəsi zamanı. Yuxarıda göstərilən hallarda bu dərmandan istifadə etməyin. Xüsusi göstərişlər və ehtiyat tədirləri Böyrək və ya qaraciyər xəstəliyi varsa Hamiləlik dövründə Qanda natriumun səviyyəsinin düşməsinə (hiponatriemiya) səbəb ola biləcək digər diuretik tabletlərlə Ridakton un birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Bu xəbərdarlıqlar hətta keçmişdə olsa belə Sizə şamil edilə bilərsə, lütfən bu barədə həkiminizə məlumat verin.
Ridaktonun tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar Ridakton un tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığınız yoxdursa, bu maddələrlə bağlı qeyri-adi təsir gözlənilməz. Böyrək çatışmazlığı olan hipertenzivli pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Pediatrik pasiyentlərdə hiperkaliemiya riski səbəbindən ehtiyatla təyin edilməlidir.
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin. Həkiminiz lazım bilərsə, Ridaktonu istifadə edə bilərsiniz. Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin.
Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər südəmər uşağınız varsa Ridakton istifadə etməyin. Əgər laktasiya dövründə Ridakton un istifadəsi üçün zərurət yaranarsa, o zaman südəmər uşağınızın qidalanması üçün alternativ yolların təyin edilməsi üçün həkiminizlə məsləhətləşin.
Ridakton nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər (yuxululuq və başgicəllənmə kimi əlamətlər yarandığı üçün). Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
Ridakton daxilə qəbul edilir. Həkiminiz və ya əczaçı başqa cür tövsiyə verməzsə, aşağıdakı təlimatlara əməl edin. Həkiminiz Sizə hansı dozada Ridakton lazım olduğunu müəyyən edəcək. Bu doza müxtəlifdir və həkiminiz Sizin üçün uyğun olan dozanı seçəcəkdir.
Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik doza şəklində və ya dozanı bölünmüş şəkildə gündə bir neçə dəfəyə qəbul edə bilərlər. Qida ilə birlikdə qəbul edilməlidir. Böyüklər üçün doza 25 mq-la 200 mq Ridakton arasında dəyişə bilər. Preparatı hansı dozada qəbul edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi Uşaqlar üçün doza (tabletlərin sayı) onların bədən kütləsindən asılı olaraq təyin edilir. Həkiminiz uşağınız üçün lazım olan tabletlərin sayını Sizə bildirəcəkdir. Yaşlılarda istifadəsi Həkiminiz Sizin müalicənizi aşağı doza ilə başlayacaq və lazım olan effekt əldə edilənə qədər dozanı tədricən artıracaqdır. Xüsusi hallarda istifadəsi Böyrək çatışmazlığı Kəskin böyrək çatışmazlığı və böyrək funksiyalarının zəifləməsi və ya pozğunluğu hallarında bu dərman preparatı istifadə olunmamalıdır.
Qaraciyər çatışmazlığı Qaraciyərin dərmanın metabolizmini və orqanizmdən xaric olmasını dəyişdirə biləcək ağır çatışmazlığı zamanı preparat ehtiyatla istifadə olunmalıdır. Əgər Ridakton un təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Ridaktonu istifadə etməyi unutduqda Əgər bir dozanın qəbulunu unutmusunuzsa və növbəti dozanın vaxtına çox qalmışdırsa, onu xatırlayan kimi qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Ridakton ilə müalicə qurtardıqdan sonra meydana çıxa biləcək təsirlər Hətta özünüzü yaxşı hiss etsəniz həkiminiz dərmanın qəbulunu dayandırmağınız barədə qərar verməyənə qədər dərmanın qəbulunu davam etdirin. Əgər dərmanın qəbulunu lazım olduğundan tez dayandırsanız, vəziyyətiniz pisləşə bilər. Dərmanın qəbuluna dair suallarınız olarsa, həkiminizlə məsləhətləşin Ridaktonun qida və içkilərlə birlikdə istifadəsi Ridakton qida ilə birlikdə qəbul edilə bilər.