Sevimlilərə əlavə edin
Paylaşın

Ridactone 50 Mq N30 Tablet

Məhsul Kodu : 111-20260
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
8,62 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

RİDAKTON, 50 mq örtüklü tabletlər

Ridakton tərkibi 

Təsiredici maddələr:1 tabletin tərkibində 50 mq spironolakton vardır Köməkçi maddələr: kalsium sulfat dihidrat, kroskarmelloza natrium, laktoza monohidrat, krospovidon, qarğıdalı nişastası, HPMC 606, natrium laurilsulfat, kolloidal silisium dioksid, maqnezum steart Opadry (II).

İstifadəsinə göstərişlər:

 Ridakton əsasən aşağıdakı halların müalicəsi üçün istifadə olunur: Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya) Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi) Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması) Birincili aldosteronizm (Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq orqanizmdə mayenin toplanması) Diüretiklərlə birlikdə hipokaliemiya/hipomaqneziemiyanın (qanda kalium səviyyəsinin normadan aşağı düşməsi) kompleks müalicəsində Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının (NYHA II-IV) müalicəsində standart müalicəyə əlavə kimi.

Əks göstərişlər:

 Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq Addison xəstəliyi (böyrəküstü vəzilərin funksiyasının zəifləməsi) Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması Hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi) Sidiyəgetmədə çətinlik Kəskin və ciddi böyrək çatışmazlığı Laktasiya dövrü Eplerenon (xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur) ilə birlikdə istifadə Kaliumqoruyucu diüretik tablet və ya kalium əlavəsi tabletlərinin istifadəsi zamanı. Yuxarıda göstərilən hallarda bu dərmandan istifadə etməyin.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşinz. Hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin. Həkiminiz lazım bilərsə, Ridaktonu istifadə edə bilərsiniz. Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin. Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşinz. Əgər südəmər uşağınız varsa Ridakton istifadə etməyin. Əgər laktasiya dövründə Ridaktonun istifadəsi üçün zərurət yaranarsa, o zaman südəmər uşağınızın qidalanması üçün alternativ yolların təyin edilməsi üçün həkiminizlə məsləhətləşin.

Ridakton istifadə qaydası, dozası

Ridakton daxilə qəbul edilir. Həkiminiz və ya əczaçı başqa cür tövsiyə verməzsə, aşağıdakı təlimatlara əməl edin. Həkiminiz Sizə hansı dozada Ridakton lazım olduğunu müəyyən edəcək. Bu doza müxtəlifdir və həkiminiz Sizin üçün uyğun olan dozanı seçəcəkdir. Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik doza şəklində və ya dozanı bölünmüş şəkildə gündə bir neçə dəfəyə qəbul edə bilərlər. Qida ilə birlikdə qəbul edilməlidir. Böyüklər üçün doza 25 mq-la 200 mq Ridakton arasında dəyişə bilər. Preparatı hansı dozada qəbul edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsı Uşaqlar üçün doza (tabletlərin sayı) onların bədən kütləsindən asılı olaraq təyin edilir. Həkiminiz uşağınız üçün lazım olan tabletlərin sayını Sizə bildirəcəkdir. Yaşlılarda istifadəsi Həkiminiz Sizin müalicənizi aşağı doza ilə başlayacaq və lazım olan effekt əldə edilənə qədər dozanı tədricən artıracaqdır. Xüsusi hallarda istifadəsi Böyrək çatışmazlığı Kəskin böyrək çatışmazlığı və böyrək funksiyalarının zəifləməsi və ya pozğunluğu hallarında bu dərman preparatı istifadə olunmamalıdır. Qaraciyər çatışmazlığı Qaraciyərin dərmanın metabolizmini və orqanizmdən xaric olmasını dəyişdirə biləcək ağır çatışmazlığı zamanı preparat ehtiyatla istifadə olunmalıdır. Əgər Ridaktonun təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Ridaktonu istifadə etməyi unutduqda Əgər bir dozanın qəbulunu unutmusunuzsa və növbəti dozanın vaxtına çox qalmışdırsa, onu xatırlayan kimi qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Ridakton ilə müalicə qurtardıqdan sonra meydana çıxa biləcək təsirlər Hətta özünüzü yaxşı hiss etsəniz həkiminiz dərmanın qəbulunu dayandırmağınız barədə qərar verməyənə qədər dərmanın qəbulunu davam etdirin. Əgər dərmanın qəbulunu lazım olduğundan tez dayandırsanız, vəziyyətiniz pisləşə bilər. Dərmanın qəbuluna dair suallarınız olarsa, həkiminizlə məsləhətləşin. Ridaktonun qida və içkilərlə birlikdə istifadəsi Ridakton qida ilə birlikdə qəbul edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20260

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce