Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RIGEVIDON 0,03/0,15MG N21 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00502
İstehsalçı ölkə: Macaristan
6,40 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİGEVİDON, örtüklü tabletlər

RİGEVİDON tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,15 mq levonorgestrol, 0,03 mq etinilestradiol vardır.

İstifadəsinə göstərişlər

KPK-lər üç mexanizm vasitəsi ilə hamiləliyin baş verməsindən qorunmanı təmin edir:

- preparatın tərkibinə daxil olan hormonlar, hər ay yumurta hüceyrəsinin yumurtalıqlardan

çıxmasını (ovulyasiyanı) tormozlayır;

- onların təsiri, eləcə də, uşaqlıq boynu kanalının içərisini dolduran seliyin ozlülüyünün artmasına əsaslanır ki, bu da spermatozoidlərin uşaqlıq boşluğuna keçməsini və onların yumurta hüceyrəsi ilə kontaktını çətinləşdirir;

- bundan əlavə, uşaqlığın selikli qişasının quruluşu və funksiyası dəyişilir ki, bu da mayalanmış yumurta hüceyrəsinin uşaqlıq divarına yapışması ehtimalını aşağı salır.

Əks göstərişlər

Aşağıdakı hallarda Rigevidon preparatından istifadə etmək olmaz: hazırda və ya keçmişdə ayaq damarlarında (dərin venaların trombozu (DVT)), ağciyərdə (ağciyər arteriyasının tromboemboliyası (AATE)) və ya digər orqanlarda tromb olduqda; trombun əmələ gəlməsinin yüksəlməsilə müşayiət edilən xəstəliklər olduqda, məsələn, C proteininin defisiti, S proteininin defisiti, III antitrombinin defisiti, V faktorun Leyden mutasiyası və ya fosfolipidlərə qarşı antitelin olması; əvvəl keçirilən infarkt və ya insult; əvvəl və ya hazırda stenokardiyadan (döş qəfəsində güclü ağrıya səbəb olur və infarktın ilkin əlaməti ola bilər) əziyyət çəkən pasiyentlər və ya pasiyentdə hazırda və ya əvvəl beyin qan dövranının ötüb keçən pozuntusu (tranzitor işemik həmlə (TİH)); hazırda və ya əvvəl olan “auralı miqren”; arteriya trombozu riskini artıra bilən aşağıda sadalanan istənilən xəstəliklər olduqda:

-damarların zədələnməsilə ağır şəkərli diabet;

-ürəyin qapaq qüsuru;

-çox yüksək arterial təzyiq;

-lipidlərin qanda çox yüksək miqdarı (xolesterinin və ya triqliseridlərin); hazırda və ya əvvəl və ya şübhəli olan süd vəzisinin və ya cinsiyyət orqanlarının xərçəngi; hazırda və ya əvvəl mədəaltı vəzinin iltihabı; hazırda və ya əvvəl qaraciyər xəstəlikləri və hazırda qaraciyər funksiyasının normallaşmaması; hazırda və ya əvvəl qaraciyər şişi; uşaqlıq yolundan naməlum qanaxma; hamiləlik və ya laktasiya dövrü; pasiyent hamilə olduğuna şübhə etdikdə; ilk menstruasiya baş verənə qədər (menarxe); postmenopauza dövrü; qalaktozaya qarşı dözümsüzlük, tam laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası sindromu, saxaraza və izomaltaza çatışmazlığı; preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; hazırda qəbul edilən və ya qəbul ediləcək dəlikli dazıotunun (Hypericum perforatum) bitki tərkibli preparatları. Pasiyentdə C hepatiti olduqda və ya tərkibində ombitasvir/paritaprevir/ritonavir, dasabuvir, qlekaprevir/pibrentasvir və sofosbuvir/velpatasvir/voksilaprevir olan dərman vasitələri qəbul etdikdə, Rigevidon preparatından istifadə etmək olmaz (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə, hamiləlik ehtimal edildikdə və ya hamiləlik planlaşdırıldığı halda, preparatın istifadəsinə başlamazdan əvvəl, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik dövrü Hamilə olduqda və ya hamiləlik ehtimal edildiyi halda, Rigevidon preparatının istifadəsini dayandırmaq və bu barədə həkimi dərhal məlumatlandırmaq lazımdır. Laktasiya dövrü Laktasiya dövründə Rigevidon preparatını istifadə etmək olmaz. Laktasiya dövründə kontraseptiv preparatların istifadəsi tələb olunduğu halda, həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rigevidon preparatının nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

RİGEVİDON istifadə qaydası və dozası

Preparatı hər zaman həkim tövsiyələrinə müvafiq istifadə etmək vacibdir. Hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Rigevidon preparatının hər bir qablaşmasına içərisində 21 örtüklü tablet olan 1 və ya 3 blister və içlik vərəqə yerləşdirilmişdir. Blister elə qaydada hazırlanmışdır ki, tabletlərin istifadəsi tələb olunan günlər ötürülməsin. Blisterin üzərində hər bir tabletin qəbul edilməli olduğu həftənin günləri qeyd edilmişdir. Preparatı blisterin üzərində çap edilmiş ox işarəsi istiqamətində istifadə etməklə, blister tam boşalmayana qədər 21 gün müddətində, hər gün 1 tablet qəbul etmək lazımdır. Bundan sonra, tabletləri 7 gün müddətində istifadə etmək olmaz. Preparatın istifadə edilmədiyi 7 sərbəst gün müddətində, 2-ci və ya 3-cü gün menstruasiyayabənzər “kəsilmə” qanaxması tipli başlayan və menstrual qanaxmaya müvafiq olan, menstruasiya başlamalıdır. Qanaxma hələ dayanmadığı halda belə, 8-ci gün (preparatın istifadə edilmədiyi 7 sərbəst gündən sonra) növbəti qablaşmanın istifadəsinə başlamaq lazımdır. Rigevidon preparatı düzgün istifadə edildiyi halda, hər bir yeni qablaşmanın istifadəsi həftənin eyni günü başlayır və bu zaman, menstrual qanaxma hər ay həftənin eyni günü başlayacaqdır.

Tabletləri hər gün sutkanın eyni vaxtında istifadə etmək lazımdır. Ehtimal ki, tabletləri səhər və ya gecə yuxusundan əvvəl istifadə etmək, pasiyent üçün daha rahat ola bilər. Tabletləri bütöv, zərurət yarandığı halda, su ilə birlikdə qəbul etmək lazımdır. Rigevidon preparatının birinci qablaşmasının istifadəsi Əvvəlki menstrual sikl müddətində daxilə qəbul etmək üçün heç bir kontraseptiv preparat istifadə edilmədiyi halda Preparatın ilk tabletini menstruasiyanın birinci günü qəbul etmək lazımdır. Bu, qanaxmanın başladığı gün – siklin birinci günü hesab edilir. Həftənin həmin günü üçün qeyd olunmuş tableti qəbul etmək lazımdır (məsələn, menstruasiya həftənin çərşənbə axşamı günü başladığı halda, blisterin üzərində “çərşənbə axşamı” qeyd olunan tableti qəbul etmək lazımdır). Preparatın istifadəsini ox işarəsi istiqamətində davam etdirməklə, blister tam boşalmayana qədər hər gün 1 tablet qəbul etmək lazımdır. Əvvəlki 21 gün müddətində tabletlər düzgün qəbul edildiyi halda, preparatın istifadəsinin 7-günlük fasiləsi müddətində digər kontrasepsiya metodlarından istifadə etmək zərurəti yoxdur və preparatın növbəti qablaşmasının istifadəsini tələb olunan gün başlamaq lazımdır. Digər kombinəolunmuş hormonal kontraseptiv preparatın istifadəsindən Rigevidon preparatının istifadəsinə keçid Əvvəl istifadə edilən preparatın qablaşmasından sonuncu tabletin qəbulundan sonra, növbəti gün Rigevidon preparatının istifadəsinə başlamaq lazımdır. İki preparatın istifadəsi arasında fasilə etmək olmaz. Əvvəl istifadə edilən preparatın qablaşmasında plasebo-tabletlər (tərkibində hormon olmayan tabletlər) olduğu halda həmçinin, Rigevidon preparatının istifadəsini, tərkibində təsiredici maddə olan sonuncu tableti qəbul etdikdən sonra növbəti gün, lakin, əvvəl istifadə edilən KOK-un istifadəsində adətən edilən fasilədən (və ya əvvəl istifadə edilən preparatın qablaşmasından sonuncu plasebo-tabletini qəbul etdikdən) sonra, növbəti gündən gec olmayaraq başlamaq lazımdır. Vaginal halqanın və ya plastırın istifadəsindən tabletlərin istifadəsinə, həkim təyinatına əsasən keçmək lazımdır. Pasiyent öz hərəkətlərinə əmin olmadıqda və ya əlavə suallar meydana çıxdığı hallarda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Yalnız progestagen tərkibli kontraseptiv preparatların (“mini-pili”, inyeksiyalar, implantatlar və ya uşaqlıqdaxili sistem) istifadəsindən Rigevidon preparatının istifadəsinə keçid Yalnız progestagen tərkibli kontraseptiv preparatın (“mini-pili”) istifadəsini istənilən zaman dayandırmaq və növbəti gün, adətən istifadə edilən zaman Rigevidon preparatının qəbuluna başlamaq olar. Lakin, yeni preparatın istifadəsinin ilk 7 günü müddətində əlavə kontraseptiv vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Qadın inyeksiyadan istifadə etdikdə, ona implantat (dəri altına yerləşdirilən kontraseptiv vasitə) yeridildikdə və ya progestagen tərkibli uşaqlıqdaxili sistem yerləşdirildiyi halda, qadın Rigevidon preparatını növbəti inyeksiya təyin olunan gün və ya implantant və ya uşaqlıqdaxili sistem çıxarılan gün qəbul etməyə başlaya bilər. Lakin, yeni preparatın istifadəsinin ilk 7 günü müddətində əlavə kontraseptiv vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Rigevidon preparatının doğuşdan, düşükdən və ya abortdan sonra istifadəsi Doğuşdan, düşükdən və ya abortdan sonra, həkim pasiyentə preparatın istifadəsi barədə tövsiyə verməlidir. Hamiləlik dövrünün ilk üç ayı müddətində baş verən düşükdən və ya abortdan dərhal sonra, Rigevidon preparatını qəbul etmək olar. Bu halda, əlavə kontraseptiv vasitələrdən istifadə etmək tələb olunmur. Hamiləlik dövrünün ikinci trimestrində vaxtından əvvəl döğuş və ya abort baş verdikdə və qadın körpəsini ana südü ilə qidalandırmadığı halda, Rigevidon preparatının istifadəsini doğuşdan, düşükdən və ya abortdan 21-28 gün sonra başlamaq olar. Lakin, preparatın istifadəsinin ilk 7 günü müddətində cinsi əlaqə zamanı əlavə kontraseptiv vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Rigevidon preparatının istifadəsinin ötürülməsi Preparatın istifadəsindən 12 saat və ya daha az müddət keçdiyi halda

İstifadəsi ötürülən tablet yada düşən kimi, dərhal qəbul edildikdə və növbəti tablet adətən istifadə edilən zaman qəbul edildiyi halda, pasiyent əvvəlki kimi hamiləlikdən qorunmuş olur. İki tabletin bir gün ərzində qəbul edilməsi mümkün ola bilər. Preparatın istifadəsindən 12 saatdan artıq müddət keçdiyi halda Tabletin istifadəsindən 12 saatdan artıq müddət keçdiyi halda, hamiləlikdən qorunma aşağı düşə bilər. Bu səbəbdən, əlavə kontrasepsiya vasitələrindən istifadə etmək lazımdır. Tabletlərin qəbulunun nə qədər çox sayı ötürülərsə, hamiləlikdən qorunmamaq riski bir o qədər yüksək olur. Birdən çox tabletin qəbulu ötürüldüyü halda, həkimlə məsləhətləşmək lazımdır. Preparatın istifadəsinin birinci həftəsində tabletlərin qəbulu ötürüldüyü halda nə etməli İstifadəsi ötürülən sonuncu tableti, yada düşən kimi, hətta preparatın 2 tabletini eyni zamanda istifadə etməli olduğu halda belə, qəbul etmək lazımdır. Bundan sonra, Rigevidon preparatının istifadəsini sutkanın adətən qəbul edilən vaxtı davam etdirmək lazımdır. Həmçinin, növbəti 7 gün müddətində kontrasepsiyanın baryer üsulundan, məsələn, prezervativlərdən istifadə etmək lazımdır. Növbəti 7 gün müddətində cinsi əlaqə baş verdiyi halda, hamiləliyin baş verməsinin mümkünlüyünü ehtimal etmək lazımdır. Tabletlərin qəbulunun nə qədər çox sayı ötürülərsə və bu, preparatın istifadəsinin fasiləsinə nə qədər yaxın zamanda baş verərsə, hamiləliyin baş vermə riski bir o qədər yüksək olur. Preparatın istifadəsinin ikinci həftəsində tabletlərin qəbulu ötürüldüyü halda nə etməli İstifadəsi ötürülən sonuncu tableti, yada düşən kimi, hətta preparatın 2 tabletini eyni zamanda istifadə etməli olduğu halda belə, qəbul etmək lazımdır. Bundan sonra, Rigevidon preparatının istifadəsini sutkanın adətən qəbul edilən vaxtı davam etdirmək lazımdır. Əvvəlki 7 gün müddətində Rigevidon preparatı düzgün istifadə edildiyi halda, əlavə kontraseptiv vasitələrdən istifadə etmək tələb olunmur. Lakin, 1 tabletdən çox tabletin istifadəsi ötürüldüyü halda, növbəti 7 gün müddətində əlavə kontraseptiv vasitələrdən istifadə etmək lazımdır. Preparatın istifadəsinin üçüncü həftəsində tabletlərin qəbulu ötürüldüyü halda nə etməli Preparatın qəbulunda sonrakı fasilə ilə əlaqəli kontraseptiv təsirin kritik azalma riski qaçılmazdır. Lakin, tabletlərin istifadə rejimini dəyişmək yolu ilə kontraseptiv təsirin aşağı düşməsinin qarşısını almaq mümkündür. Bununla əlaqəli, preparatın təklif olunmuş iki istifadə rejimindən birinə əməl etməklə, istifadəsi ötürülmüş ilk tabletdən əvvəlki 7 gün müddətində Rigevidon preparatının bütün tabletləri düzğün qəbul edildiyi halda, əlavə kontrasepsiya metodlarından istifadə etmək tələb olunmur. İstifadəsi ötürülmüş ilk tabletdən əvvəlki 7 gün müddətində Rigevidon preparatı düzgün istifadə edilmədiyi halda, preparatın istifadəsinin iki təklif edilmiş rejiminin birincisinə əməl etmək lazımdır. Bundan əlavə, növbəti 7 gün müddətində eyni zamanda kontrasepsiyanın baryer üsulundan (məsələn, prezervativdən) istifadə etmək lazımdır. 1. İstifadəsi ötürülən sonuncu tableti, yada düşən kimi, hətta preparatın 2 tabletini eyni zamanda istifadə etməli olduğu halda belə, qəbul etmək lazımdır. Bundan sonra, Rigevidon preparatının istifadəsini sutkanın adətən qəbul edilən vaxtı davam etdirmək lazımdır. Daha sonra, istifadə olunan qablaşmada sonuncu tableti qəbul etdikdən sonra, növbəti gün növbəti qablaşmada olan tabletlərin qəbuluna başlamaq lazımdır, yəni, tabletləri fasiləsiz istifadə etmək lazımdır. İkinci qablaşmanın istifadəsi sona çatana qədər “kəsilmə” qanaxmasının meydana çıxma ehtimalı aşağıdır, lakin, tabletlərin qəbulu fonunda “bulaşıq” qanlı ifrazatlar müşahidə oluna bilər və ya “sıçrayış” (profuz) qanaxma meydana çıxa bilər. 2. Həmçinin, istifadə olunan qablaşmadan tabletlərin istifadəsini dayandırmaq olar. Bu halda, tabletlərin istifadəsi ötürülən günlər də daxil olmaqla, preparatın istifadəsində 7 gün müddətində fasilə etmək və daha sonra, preparatın yeni qablaşmasının istifadəsinə başlamaq lazımdır. Tabletlərin istifadəsi ötürüldükdə və bundan sonra, preparatın istifadəsi zamanı birinci fasilə müddətində “kəsilmə” qanaxması olmadığı halda, hamiləliyin baş verməsinin mümkünlüyünü ehtimal etmək lazımdır. Qusma/diareya zamanı neçə hərəkət etməli Preparatın istifadəsindən sonra 3-4 saatdan tez müddət ərzində qusma və ya diareya baş verdiyi halda, preparatın təsiredici maddələrinin orqanizmə sorulmaması ehtimalı mövcuddur. Bu halda, tabletlərin istifadəsinin ötürülməsinə dair yuxarıda göstərilən tövsiyələrə riayət etmək lazımdır. Qusma və ya diareya meydana çıxdığı halda, həzm pozğunluğu qeyd olunan dövr sona çatana

qədər və növbəti 7 gün müddətində əlavə kontrasepsiya metodlarından, məsələn prezervativlərdən və ya digər baryer metodlardan istifadə etmək tələb olunur. Menstruasiyanın başlanma vaxtını təxirə salmaq və ya başqa vaxta keçirmək üçün nə etməli Menstruasiyanın başlanma vaxtını təxirə salmaq və ya başqa vaxta keçirmək məqsədi ilə həkimə müraciət etmək lazımdır. Menstruasiyanın başlanma vaxtını təxirə salmaq üçün istifadə olunan qablaşmada tabletlərin qəbulu sona çatdıqdan sonra, növbəti gün preparatın istifadəsinə fasilə vermədən, yeni qablaşmanın tabletlərinin istifadəsinə başlamaq lazımdır. Menstruasiyanın ləngidilməsi pasiyentin istəyi ilə, ikinci qablaşmada tabletlərin istifadəsi sona çatana qədər davam edə bilər. Prepatın ikinci qablaşması istifadə edilən müddət ərzində “sıçrayış” qanaxması inkişaf edə bilər və ya “bulaşıq” qanlı ifrazatlar müşahidə oluna bilər. Adətən edilən 7-günlük fasilədən sonra, yenidən Rigevidon preparatının müntəzəm qəbuluna başlamaq lazımdır. Menstruasiyanın başlanma gününün dəyişdirilməsi üçün nə etməli Rigevidon preparatı düzgün istifadə edildiyi halda, menstruasiya hər ay həftənin eyni günü başlayacaqdır. Menstruasiyanın başlanma vaxtını, tabletlərin qəbulu fonunda əvvəllər baş verdiyi vaxta nisbətən digər günə keçirmək lazım gəldikdə, preparatın qəbulunda növbəti fasiləni istənilən gün sayı qədər qısaltmaq mümkündür (lakin heç bir zamanı uzatmaq olmaz). Məsələn, menstruasiya adətən, həftənin cümə günü başlandığı halda və pasiyent onun başlanmasını çərşənbə axşamı gününə (yəni, 3 gün əvvələ) keçirmək istədiyi halda, Rigevidon preparatının növbəti qablaşmasının tabletlərinin istifadəsini 3 gün əvvəl başlamaq lazımdır. Preparatın istifadəsində fasilə nə qədər qısa olarsa, “kəsilmə” qanaxmasının baş verməmə ehtimalı bir o qədər yüksəkdir, lakin, preparatın ikinci qablaşmasının tabletlərinin qəbulu fonunda “bulaşıq” qanlı ifrazatlar müşahidə oluna bilər və ya “sıçrayış” qanaxması meydana çıxa bilər. Menstruasiyalar arasında qanaxma baş verdiyi halda Rigevidon preparatının istifadəsi fonunda, xüsusilə, preparatın istifadəsinin ilk bir neçə ayı müddətində qadınların az bir qismində əhəmiyyət kəsb etməyən “sıçrayış” qanaxmalarının və ya “bulaşıq” qanlı ifrazatların meydana çıxması müşahidə oluna bilər. Həmin qanaxmalar, bir qayda olaraq, heç bir təhlükənin meydana çıxmasına səbəb olmur və 1 və ya 2 gündən sonra aradan qalxır. Tabletlərin istifadəsini adətən olduğu kimi davam etdirmək lazımdır. Preparatın ilk bir neçə qablaşmasının (adətən, 3 qablaşmasının) istifadəsindən sonra qeyd olunan simptomlar aradan qalxmalıdır. Qanaxmalar təkrar olunduqda, narahatlığa səbəb olduqda və ya uzunmüddətli xarakter daşıdığı hallarda, həkimə müraciət etmək lazımdır. Növbəti menstruasiya baş vermədiyi halda Tabletlər düzgün istifadə edildikdə, həzm pozğunluğu qeyd olunmadıqda və pasiyent digər dərman preparatlarından istifadə etmədiyi halda, hamiləliyin baş vermə ehtimalı aşağıdır. Rigevidon preparatının istifadəsini, adətən olduğu rejimdə davam etdirmək lazımdır. Ardıcıl iki menstruasiya baş vermədiyi halda Ardıcıl iki menstruasiya baş vermədiyi halda, hamiləliyin baş vermə ehtimalı mövcuddur və bu zaman, dərhal həkimə müraciət etmək lazımdır. Kontraseptiv preparatı yalnız, hamiləlik testi aparıldıqdan və həkimdən müvafiq tövsiyələr alındıqdan sonra, davam etdirmək olar. Rigevidon preparatının istifadəsinin dayandırılması Rigevidon preparatının istifadəsini, istənilən zaman dayandırmaq olar. Preparatın istifadəsini hamilə qalmaq məqsədi ilə dayandırdıqda, təbii menstruasiya baş verməyənə qədər digər kontrasepsiya metodundan istifadə etmək lazımdır. Bu halda, həkim uşağın ehtimal edilən doğum tarixini daha asan müəyyən edə bilər. Preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Rigevidon preparatının qida və içkilərlə qəbulu Tabletləri bötöv şəkildə, ehtiyac olduqda su ilə qəbul edilir.

Prepared by  T-Soft E-Commerce.