Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RILEPTID 4MG N20 TB

Məhsul Kodu : 111-52675
Reseptlə satılır
İstehsalçı ölkə: Macaristan
17,96 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİLEPTİD, 1 mq, 2 mq, 3 mq, 4 mq örtüklü tabletlər

RİLEPTİD tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində, müvafiq olaraq, 1 mq, 2 mq, 3 mq və ya 4 mq risperidon vardır.

İstifadəsinə göstərişlər

Rileptid preparatı, antipsixotik adlandırılan dərman preparatları qrupuna aiddir. Rileptid preparatı, aşağıda göstərilən xəstəliklərin müalicəsi üçün istifadə olunur: - şizofreniya – bu zaman pasiyent, qeyri-real hadisələri eşitmək, görmək və ya hiss etmək, həqiqətən baş verməyən hadisələrə inanmaq qabiliyyətinə malik olur, həddindən artıq şübhəli olur və ya şüurun dumanlanması hissi keçirir; - maniya – bu zaman pasiyent, həddindən artıq oyanıqlıq hiss edə bilər, həddindən artıq yüksək əhval-ruhiyyədə ola bilər və ya yüksək aktivlik hiss edə bilər. Maniya, “bipolyar pozğunluq” adlandırılan xəstəlik zamanı müşahidə olunur; - özlərinə və ya ətrafdakılara zərər yetirə bilən Alsheymer (demensiya) xəstəliyindən əziyyət çəkən pasiyentlərdə uzunmüddətli aqressiyanın qısamüddətli (6 həftəyə qədər) müalicəsi. Həmin pasiyentlərə müalicə təyin etməzdən əvvəl, onlarda qeyri-medikamentoz müalicə aparmaq lazımdır; - əqli səviyyəsi aşağı olan 5 yaşdan yuxarı uşaqlarda və ya əqli inkişafın ləngiməsi qeyd olunan yeniyetmələrdə müşahidə olunan davranış pozğunluqları zamanı davamlı aqressiyanın qısamüddətli (6 həftəyə qədər) müalicəsi.

Rileptid® preparatının örtüklü tabletlərinin təsiri barədə və ya pasiyentə təyin olunması barədə suallar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır.

Əks göstərişlər

Aşağıdakı hallarda Rileptid® preparatının örtüklü tabletlərindən istifadə etmək olmaz: - pasiyentdə risperidona və ya “Tərkibi” bölməsində göstərilən hər hansı köməkçi maddəyə qarşı allergiya olduqda; - pasiyent, bu halların ona nə dərəcədə aid olduğuna əmin olmadığı halda, həkimlə məsləhətləşməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi məlumatlandırmalıdır. Hamiləlik və laktasiya dövründə Rileptid preparatının istifadəsi barədə qərarı, həkim təsdiq etməlidir. Hamiləliyin sonuncu trimestrində (hamiləlik dövrünün son üç ayı) Rileptid preparatından istifadə edən qadınların dünyaya gətirdikləri yenidoğulmuş körpələrində aşağıdakı simptomlar inkişaf edə bilər: əsmə, əzələlərin gərginliyi və ya zəifliyi, yuxuya meyllilik, oyanıqlıq, tənəffüs pozğunluqları, qidalanma zamanı çətinliklər. Uşaqda göstərilən simptomlardan hər hansı biri inkişaf etdiyi halda, həkimə müraciət etmək lazımdır.

Fertillik Risperidon, reproduksiya qabiliyyətinə təsir göstərə bilən, “prolaktin” adlandırılan hormonun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər (“Əlavə təsirləri” bölməsinə bax). Hamiləlik və ya laktasiya dövründə hər hansı dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat başgicəllənmənin, yorğunluğun və görmə qabiliyyətinin pozulmasının meydana çıxmasına səbəb ola bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır.

RİLEPTİD istifadə qaydası və dozası

Rileptid preparatını hər zaman həkimin təyinatlarına dəqiq riayət edərək istifadə etmək lazımdır. Preparatın istifadəsinə dair hər hansı şübhə olduğu halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Preparatın pasiyent üçün ən effektiv dozasını həkim fərdi olaraq seçməlidir. Preparatın təyin olunan dozasını dəqiq qəbul etmək çox vacibdir.

Şizofreniyanın müalicəsi Böyüklər - preparatın tövsiyə olunan başlanğıc dozası 2 mq təşkil edir, ikinci gün dozanı 4 mq-a qədər artırmaq olar; - sonra, pasiyentin aparılan müalicəyə cavabından asılı olaraq, zərurət yarandığı halda, həkim dozanı tədricən dəyişə bilər; - sutkalıq 4 mq-dan 6 mq-a qədər dozalardan istifadə etdikdə, pasiyentlərin əksəriyyətində yaxşılaşma müşahidə olunur; - preparatın sutkalıq dozasını birdəfəyə qəbul etmək və ya iki dəfə (səhər və axşam) qəbul etmək üçün bölmək lazımdır. Həkim, pasiyentin vəziyyətini nəzərə alaraq, tabletlərin miqdarını təyin etməlidir. Yaşlı pasiyentlər - preparatın başlanğıc dozası, bir qayda olaraq, gündə 2 dəfə 0,5 mq təşkil edir; - daha sonra həkim, sutkalıq dozanı gündə 1 və ya 2 mq-a qədər tədricən artıra bilər – bu dozanı 2 dəfə qəbul etmək üçün bölmək lazımdır; - həkim, pasiyentin vəziyyətini nəzərə alaraq, tabletlərin miqdarını təyin etməlidir. Uşaqlar və yeniyetmələr 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə şizofreniyanın müalicəsi üçün Rileptid preparatından istifadə etmək olmaz.

Maniyanın müalicəsi Böyüklər - preparatın tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 2 mq təşkil edir; - sonra, pasiyentin aparılan müalicəyə cavabından asılı olaraq, həkim dozanı tədricən dəyişə bilər; - pasiyentlərin əksəriyyətində yaxşılaşma, gündə 1 mq-dan 6 mq-a qədər dozalar intervalında müşahidə olunur. Yaşlı pasiyentlər - preparatın tövsiyə olunan başlanğıc dozası, gündə 0,5 mq təşkil edir; - daha sonra həkim, sutkalıq dozanı gündə 1 və ya 2 mq-a qədər tədricən artıra bilər – bu dozanı, pasiyentin aparılan müalicəyə cavabından asılı olaraq, 2 dəfə qəbul etmək üçün bölmək lazımdır. Uşaqlar və yeniyetmələr 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə bipolyar maniyanın müalicəsi üçün Rileptid preparatından istifadə etmək olmaz. Alsheymer demensiyasından əziyyət çəkən pasiyentlərdə uzunmüddətli aqressiyanın müalicəsi Yetkin yaşlı pasiyentlər (yaşlı pasiyentlər daxil olmaqla) - preparatın tövsiyə olunan başlanğıc dozası adətən 0,25 mq təşkil edir – bu dozanı 2 dəfə qəbul etmək üçün bölmək lazımdır; - sonra, pasiyentin aparılan müalicəyə reaksiyasından asılı olaraq, həkim dozanı tədricən artıra bilər; - pasiyentlərin əksəriyyətində gündə 0,5 mq dozadan istifadə etdikdə, yaxşılaşma müşahidə olunur – bu dozanı 2 dəfə qəbul etmək üçün bölmək lazımdır.

Bəzi pasiyentlərə preparatı sutkalıq 1 mq dozada təyin etmək tələb oluna bilər – bu dozanı 2 dəfə qəbul etmək üçün bölmək lazımdır; - Alsheymer demensiyasından əziyyət çəkən pasiyentlərdə müalicənin davametmə müddəti 6 həftədən artıq olmamalıdır. Uşaqlarda və yeniyetmələrdə davranış pozğunluqları Davranış pozğunluqlarının müalicəsi üçün preparatın tələb olunan dozası, uşağın bədən kütləsindən asılıdır. Bədən kütləsi 50 kq-dan aşağı olan uşaqlar və yeniyetmələr - preparatın tövsiyə olunan başlanğıc dozası, gündə 1 dəfə 0,25 mq təşkil edir; - zərurət yarandıqda, bu dozanı, iki gündə 1 dəfədən tez olmamaqla, sutkada 0,25 mq artırmaq olar; - preparatın adi dəstəkləyici sutkalıq dozası 0,25-0,75 mq təşkil edir. Bədən kütləsi 50 kq və daha artıq olan uşaqlar və yeniyetmələr - preparatın tövsiyə olunan başlanğıc dozası, gündə 1 dəfə 0,5 mq təşkil edir; - zərurət yarandıqda, bu dozanı, iki gündə bir dəfədən tez olmamaqla, sutkada 0,5 mq artırmaq olar; - preparatın adi dəstəkləyici sutkalıq dozası 0,5-1,5 mq təşkil edir.

Göstərilən pozğunluqlardan əziyyət çəkən 5 yaşa qədər uşaqlarda müalicə təcrübəsinin olmamasını nəzərə alaraq, 5 yaşa qədər uşaqlarda Rileptid preparatını istifadə etmək olmaz. Böyrək və qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Xəstəlikdən asılı olmayaraq, risperidonun bütün başlanğıc və dəstəkləyici dozalarını iki dəfə aşağı salmaq lazımdır. Bu qrup pasiyentlərdə dozanın artırılmasını daha ləng aparmaq lazımdır. Belə pasiyentlərdə risperidonu ehtiyatla istifadə etmək lazımdır.

İstifadə qaydası Tabletlər daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Qida qəbulu Rileptid preparatının sorulmasına təsir göstərmir. Rileptid preparatını daxilə, bütöv, bir qədər su ilə birlikdə qəbul etmək lazımdır. Preparatın pasiyent üçün tələb olunan dozası və müalicə müddəti həkim tərəfindən təyin olunmalıdır.

Bu, pasiyentin vəziyyətindən asılıdır və müxtəlif pasiyentlərdə fərqli ola bilər. Dərman preparatının tövsiyə olunan miqdarı “Dozalanma rejimi” hissəsində göstərilmişdir. Rileptid preparatı tabletinin istifadəsinin ötürülməsi Ötürülən dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Lakin, növbəti dozanın qəbul vaxtı yaxınlaşdığı halda, ötürülən dozanı qəbul etmək vacib deyil və preparatın istifadəsini adi rejimdə davam etdirmək lazımdır.

İki və ya daha çox dozaların qəbulu ötürüldüyü halda, həkimlə məsləhətləşmək lazımdır. Ötürülən dozanı bərpa etmək üçün, heç bir zaman preparatın ikiqat dozasını (bir qəbulda iki doza) istifadə etmək olmaz. Rileptid® preparatı tabletinin istifadəsinin dayandırılması Xəstəlik simptomlarının təkrar qayıda bilməsini nəzərə alaraq, hətta pasiyentin vəziyyəti yaxşılaşdığı halda belə, həkim icazə verməyənə qədər, Rileptid preparatının istifadəsini dayandırmaq olmaz. Həkim preparatın istifadəsinin dayandırılması barədə qərar qəbul etdiyi halda, bunu tədricən, bir neçə gün müddətində həyata keçirmək lazımdır.

Gələcəkdə pasiyentdə göstərilən dərman preparatının istifadəsi ilə əlaqəli sualları meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.