Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RISPAKSOL 2MG N60 TB

Məhsul Kodu : 111-90131
Reseptlə satılır
İstehsalçı ölkə: Latviya
21,64 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİSPAKSOL, 2 mq; 4 mq örtüklü tabletlər

RİSPAKSOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq və ya 4 mq risperidon vardır.

İstifadəsinə göstərişlər

- Şizofreniya; - orta və ağır dərəcəli, bipolyar pozuntular ilə bağlı maniakal epizodlar, - qeyri-farmakoloji korreksiya üsullarına tabe olmayan və özünə və ya digər şəxslərə zərər yetirməsi riski olduqda, orta və ağır dərəcəli Alsheymer xəstəliyi ilə bağlı demensiyalı pasiyentlərdə davamlı aqressiyanın qısamüddətli (6 həftəyə qədər) simptomatik müalicəsi; - DSM-IV müvafiq diaqnozlaşdırılan, əqli geriliyi olan, 5 yaşdan etibarən uşaqlarda davranışın pozulması strukturunda davamlı aqressiyanın qısa müddətli (6 həftəyə qədər) simptomatik müalicəsi, bu zaman aqressiyanın ağırlığından və ya digər destruktiv davranışdan asılı olaraq medikamentoz müalicə tələb olunur. Farmakoterapiya daha geniş müalicə proqramının, eləcə də, psixoloji və təhsil tədbirlərinin bir hissəsi olmalıdır. Risperidon uşaq nevrologiyasında və uşaq psixiatriyası sahəsinin mütəxəssisi və ya uşaqlarda və yeniyetmələrdə davranış pozuntularının müalicəsi ilə yaxşı tanış olan həkim tərəfindən təyin olunmalıdır.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - qalaktozaya qarşı dözümsüzlük, laktaza defisiti və ya qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Risperidon heyvanlar üzərində aparılan tədqiqatlarda teratogenlik göstərməyib. İnsan üçün mümkün olan riski məlum deyil. Perinatal dövr Hamiləliyin III trimestrində antipsixotik vasitələrin (o cümlədən, risperidonun) təsirinə məruz qalan yenidoğulmuşlarda doğulduqda sonra əlavə təsirlərin böyük riski, o cümlədən, bəzi ağır və davamlı ekstrapiramid və/və ya ləğvolunma sindromu müşahidə edilmişdir. Oyanıqlıq, hipertoniya, hipotoniya, əsmə, yuxululuq, tənəffüsün çətinləşməsi və ya qidalanmanın pozulması barədə məlumat verilmişdir.

Bu səbəbə görə yenidoğulmuşlara ciddi nəzarət tələb olunur. Laktasiya dövrü Risperidon və 9-hidroksirisperion az miqdarda ana südünə nüfuz edir, bu zaman ana südü ilə qidalanan yenidoğulmuşlarda əlavə təsirlər olmur. Bu səbəbə görə ana südü ilə qidalanmanın üstünlüyünü uşaq üçün mümkün risklə müqayisə etmək lazımdır. Fertillik D 2 reseptorlarının digər antaqonistləri kimi risperidon da prolaktinin səviyyəsini artırır.

Hipotalamusda hiperprolaktinemiya QRH-i zəiflədə bilər və bu səbəbə görə hipofizdə qonadotropinin sekresiyası azalır. Bu da, öz növbəsində reproduktiv qabiliyyəti zəiflədə bilər, belə ki, qadın və kişi qonadlarda steroidlərin sintezi pozulur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sinir sisteminə və görməyə az və ya orta təsirə malikdir. Bu səbəbə görə fərdi dözümlülük aşkar edilməyənə qədər avtomobil və ya mexanizmləri idarə etmək olmaz.

RİSPAKSOL istifadə qaydası və dozası

Daxilə qəbul edilir. Qida sorulmağa təsir göstərmir. Şizofreniya Böyüklər Tabletləri sutkada 1-2 dəfə qəbul edilir. Başlanğıc doza sutkada 2 mq risperidon təşkil edir.

İkinci gün dozanı 4 mq-a qədər artırmaq olar. Sonra dozanı dəyişməmək və ya fərdi olaraq korreksiya etmək olar. Əksər pasiyentlər üçün sutkalıq doza 4-6 mq təşkil edir. Bəzi hallarda dozanın daha ləng artırılması və başlanğıc və dəstəkləyici dozanın daha aşağı dozaya dəyişdirilməsi üstünlük təşkil edə bilər.

Sutkada 10 mq-dan yüksək dozalar daha kiçik dozalarla müqayisədə yaxşı təsir göstərməmişdir və daha tez-tez ekstrapiramid simptomların yaranma riskini artıra bilər. Sutkada 16 mq-dan yuxarı dozaların istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib, bu səbəbə görə bu cür dozalardan istifadə etmək məsləhət görülmür. Yaşlı pasiyentlər Məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 0,5 mq təşkil edir. Dozanı 1-2 mq olmaqla, sutkada 2 dəfə 0,5 mq artırmaqla, fərdi korreksiya etmək olar.

Uşaq yaşlı pasiyentlər Effektivliyi və təhlükəsizliyi barədə məlumatlar olmadığı üçün şizofreniyadan əziyyət çəkən 18 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Bipolyar pozulmalar zamanı maniakal epizodlar 2 mq-dan başlayaraq, gündə 1 dəfə istifadə olunur. Ehtiyac olduqda, dozanı gündə 1 mq 24 saat intervalla artırmaq lazımdır. Effektivliyin və dözümlülüyün optimallaşdırılması üçün hər bir pasiyentə gündə 1-6 mq-dan müxtəlif dozaları qəbul etmək olar.

Maniakal epizodlu pasiyentlərdə gündə 6 mq-dan artıq dozanın istifadəsi tədqiq olunmayıb. Yaşlı pasiyentlər Məsləhət görülən başlanğıc doza gündə 2 dəfə 0,5 mq təşkil edir. Dozanı gündə 2 dəfə 0,5 mq artım ilə gündə 2 dəfə 1-2 mq-a qədər tədricən artırmaqla, korreksiya etmək olar. Uşaqlar Effektivliyi və təhlükəsizliyi barədə məlumatlar olmadığı üçün bipolyar pozuntudan əziyyət çəkən 18 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür.

Orta ağır və ya ağır Alsheymer demensiyası olan pasiyentlərdə davamlı aqressivlik Məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 0,25 mq təşkil edir. Dozanı fərdi olaraq sutkada 2 dəfə 0,25 mq olmaqla, hər ikinci gündən tez olmayaraq fərdi artırmaq olar. Əksər pasiyentlər üçün optimal doza sutkada 2 dəfə 0,5 mq-dır, lakin bəzi pasiyentlərdə sutkada 2 dəfə 1 mq-a qədər dozalar lazım ola bilər. Alsheymer xəstəliyi zamanı davamlı aqresiyalı pasiyentlərdə risperidonu 6 həftədən artıq istifadə etmək olmaz.

Müalicə zamanı pasiyentləri tez-tez və müntəzəm müayinə etmək və müalicənin davam etdirilməsinin vacibliyini təkrar qiymətləndirmək lazımdır. Davranışın pozulmaları 5-18 yaşlı uşaqlar və yeniyetmələr ≥50 kq çəkili uşaqlar üçün məsləhət görülən başlanğıc doza gündə 1 dəfə 0,5 mq təşkil edir. Ehtiyac olduqda, dozanı fərdi olaraq, günaşırıdan tez olmamaqla, gündə 1 dəfə 0,5 mq-a qədər korreksiya etmək olar. Əksər pasiyentlər üçün optimal doza gündə 1 dəfə 1 mq təşkil edir, lakin bəzi pasiyentlərə gündə 1 dəfə 1,5 mq doza lazım ola bilər.

<50 çəkili uşaqlara gündə 1 dəfə 0,25 mq başlanğıc doza məsləhət görülür. Ehtiyac olduqda, dozanı fərdi olaraq, hər ikinci gündən bir olmaqla, gündə 1 dəfə 0,25 mq artıraraq korreksiya etmək olar. Əksər pasiyentlər üçün optimal doza gündə 1 dəfə 0,5 mq təşkil edir, lakin bəzi pasiyentlərə gündə 1 dəfə 0,75 mq doza lazım ola bilər. İstənilən simptomatik terapiyada olduğu kimi, risperidonun istifadəsinin davam etdirilməsinin vacib olmasını davamlı qiymətləndirmək və əsaslandırmaq lazımdır.

Davranış pozulması olan bu yaş qrupu pasiyentlərdə istifadəsinə dair təcrübənin olmaması ilə əlaqədar, 5 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Böyrəklərin və ya qaraciyərin fəaliyyətinin pozulması olan pasiyentlərin indikasiyadan asılı olmayaraq, titrlənməsini asta-asta aparılan başlanğıc və növbəti dozalarını yarıbayarı azaltmaq lazımdır. Digər antipsixotik preparatlardan keçid Eyni vaxtda risperidon ilə müalicəyə başlamaqla, əvvəlki terapiyanı tədricən dayandırmaq məsləhət görülür. Terapiyanın antipsixotik depo-preparatlar ilə əvəz olunması zamanı risperidon ilə terapiyanı növbəti dozanın qəbul edilməsi anında başlamaq lazımdır.

Parkinson xəstəliyinin müalicəsi üçün preparatların istifadəsinin davam etdirilməsinə ehtiyacın olması məsələsinə mütəmadi olaraq yenidən baxılmalıdır. İstifadəsinin dayandırılmasını tədricən etmək lazımdır. Preparatın böyük dozalarının istifadəsinin qəflətən dayandırılmasından sonra çox nadir halda istifadəsinin kəskin “ləğv edilmə” simptomları müşahidə olunur: ürəkbulanma, qusma, tərləmə və yuxusuzluq. Psixotik simptomların təkrar yaranması, eləcə də, qeyri-iradi hərəkətlərin (akatiziya, distoniya və diskineziya kimi) yaranması mümkündür.

Prepared by  T-Soft E-Commerce.