Sevimlilərə əlavə edin
Paylaşın

ROXIZAPIN 5MG N28 TB

Məhsul Kodu : 111-05087
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
1 Şərh Şərh
17,70 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

ROKSİZAPİN, 5 mqörtüklü tabletlər

Roksizapin tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 5 mq olanzapin  vardır.  Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, avisel pH 102, kolloidon VA64, laktoza, ac-di- sol, maqnezium stearat, ağ opadri II 85F28751 (polivinil spirti, titan dioksid,  makroqol/PEG, talk).

İstifadəsinə göstərişlər:

 ROKSİZAPİN aşağıdakı  hallarda istifadə edilir: - gerçəklikdə mövcud olmayan şeyləri eşitmək, görmək və ya hiss etmək, yanlış inanclar, qeyrinormal şübhələr, özünə qapanma kimi simptomlarla müşayiət olunan bir xəstəlik olan şizofreniyanın müalicəsi üçün istifadə olunur. Bundan başqa, bu xəstəliyi yaşayan xəstələr özlərini depressiv, narahat və ya əsəbi hiss edə bilərlər.  - Həyəcan və coşqu ilə müşayiət olunan, orta dərəcəli və ağır maniakal epizodlar. ROKSİZAPİN-in maniakal dövrdə olanzapinlə müalicəyə cavab verən bipolyar pozğunluğu olan xəstələrdə, bu simptomların təkrar meydana çıxmasının (residivinin) qarşısını aldığı göstərilmişdir. ROKSİZAPİN, həmçinin, 13-17 yaşlı yeniyetmə pasiyentlərdə də oxşar vəziyyətlərin müalicəsi üçün istifadə edilə bilər. 

Əks göstərişlər:

 ROKSİZAPİN-in aşağıdaki hallarda istıfadəsi əks göstərişdir: - olanzapinə və ya bu dərmanın tərkibindəki digər maddələrdən (bax: “Tərkibi”)  hər hansı birinə qarşı allergiya (yüksək həssaslığınız) olduqda. Alergik reaksiya səpgi, qaşınma, üzdə, dodaqlarda şişkinlik və ya təngnəfəslik şəklində  meydana çıxa bilər. Bunlardan hər hansı biri baş verdikdə, həkimə müraciət etmək lazımdır. - Daha əvvəldən  darbucaqlı qlaukoma kimi diaqnozlaşdırılmış  göz problemləri olduqda. ROKSİZAPİN-i aşağıdaki hallarda ehtiyatla istifadə etmək lazımdır: ROKSİZAPİN-i istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. - Ciddi əlavə təsirlərə səbəb ola biləcəyindən, ROKSİZAPİN-in demensiyası (kəmağıllılıq)  olan yaşlı xəstələrdə istifadəsi məsləhət görülmür. - Bu tip dərmanlar, başlıca olaraq üz və dildə anormal hərəkətlərə səbəb ola bilir. ROKSİZAPİNİN qəbulundan sonra bunlar yaşandıqda, bu barədə həkimə məlumat vermək lazımdır.  - Bu tip dərmanlar, çox nadir hallarda qızdırma, tənəffüsün sürətlənməsi, tərləmə, əzələ sərtliyi, əzginlik və ya yuxululuq kimi simptomların birlikdə meydana çıxmasına səbəb olur. Belə vəziyyət yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır. - ROKSİZAPİN istifadə edən pasiyentlərdə bədən çəkisinin artması müşahidə edilir. Həkim nəzarəti altında müntəzəm olaraq bədən çəkisinə nəzarət edilməlidir. - ROKSİZAPİN istifadə edən pasiyentlərdə qanda şəkər və yağ (triqliseridlər ve xolesterin) səviyyələrinin yüksəlməsi müşahidə edilir. Həkim nəzarəti altında ROKSİZAPİN istifadə etməyə başlamazdan əvvəl  və müalicə müddəti boyunca qan şəkərinizə və bəzi yağ səviyyələrinizə nəzarət edilməsi üçün qan analizi aparılmalıdır.    - Sizin və ya ailənizdən birinin anamnezində qan laxtalanması ilə bağlı məlumat olduqda, bu kimi dərmanlar qan laxtasının əmələ gəlməsi ilə bağlı ola biləcəyindən, bu barədə həkimə məlumat vermək lazımdır. Pasiyentdə aşağıdakı xəstəliklərdən hər hansı biri olduqda, dərhal həkimə müraciət etmək lazımdır: • şəkər xəstəliyi (diabet)  • ürək xəstəliyi • qaraciyər və ya böyrək xəstəliyi • Parkinson xəstəliyi • qıcolmalar • prostat sorunları  • bağırsaq keçməzliyi (paralitik ileus)  • qan xəstəlikləri  • insult və ya  “kiçik” insult (insultun keçici simptomları). Əgər demensiyanız (kəmağıllılıq) varsa, Siz və ya qəyyumunuz/qohumlarınız insult və ya “kiçik” insult keçirib-keçirmədiyiniz barədə həkiminizə məlumat verməlidir. Əgər yaşınız 65-dən yuxarıdırsa, həkiminiz adi profilaktika kimi qan təzyiqinizi izləyə bilər. Bu xəbərdarlıqlar, keçmişdəki hər hansı bir dövrdə olsa belə, Sizin üçün keçərlidirsə, lütfən, bu barədə həkiminizə məlumat verin.  

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamiləliyin son dövründə (son 3 aylığında) ROKSİZAPİN daxil olmaqla, bütün antipsixotik dərmanların təsirinə məruz qalan yenidoğulmuş körpələrdə, doğuşun ardınca  ağırlıq dərəcəsi dəyişə bilən anormal əzələ hərəkətləri və/və ya dərmanın istifadəsinin dayandırılması ilə bağlı narahatlıq, körpədə əzələ gərginliyinin aşırı artması və ya azalması, yuxululuq, tənəffüsün çətinləşməsi və ya qidalanma pozğunluqları meydana çıxa bilər.  Əgər uşağınızda bu simptomlardan hər hansı birini görsəniz, həkiminizə  müraciət edin. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Laktasiya dövrü  Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. ROKSİZAPİN az miqdarda ana südünə keçdiyi üçün laktasiya (ana südü ilə qidalandırma) dövründə  bu dərman istifadə edilməməlidir. 

Roksizapin istifadə qaydası, dozası

 Bu dərmanı hər zaman həkiminizin sizə izah etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizdən və ya əczaçıdan soruşun.  ROKSİZAPİN örtüklü tabletləri daxilə qəbul edilir. ROKSİZAPİN tabletləri bütöv halda su ilə udularaq qəbul edilməlidir. Həkiminiz neçə  ROKSİZAPİN tableti istifadə etməli olduğunuz və dərmanın qəbulunu nə qədər davam etdirməli olduğunuz barədə qərar verəcəkdir.  ROKSİZAPİN-in gündəlik dozası 5 ilə 20 mq arasındadır. Simptomlarınızın təkrar meydana çıxması zamanı həkiminizi bu barədə məlumatlandırın, lakin, həkiminiz söyləmədikcə ROKSİZAPİN istifadə etməyi dayandırmayın. 13-17 yaş arası yeniyetmələrdə məsləhət görülən başlangıç doza 2,5-5 mq-dır. Müalicənin uyğun dozasını müəyyən edir. ROKSİZAPİN tableti həkim məsləhətinə uyğun görə gündə 1 dəfə qəbul edilir. Tabletləri hər gün eyni vaxtda qəbul etmək lazımdır. Tableti yeməklə birlikdə və ya onsuz qəbul etməyin fərqi yoxdur.   Müxtəlif yaş qrupları  Uşaqlarda istifadəsi ROKSİZAPİN 13 yaşdan aşağı uşaqlarda istifadə üçün uyğun deyildir.  Xüsusi istifadə halları  Xüsusi istifadəsi yoxtur.  ROKSİZAPİN-in qida və içkilərlə birlikdə istifadəsi  Alkoqolla birlikdə istifadəsi yuxululuğa səbəb ola bildiyindən, ROKSİZAPİN-lə müalicə zamanı alkoqol istifadə etməyin. ROKSİZAPİN-in istifadəsi unudulduqda   Tableti xatırlayan kimi qəbul edin.  Ötürülən dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz. ROKSİZAPİN ilə müalicə dayandırıldıqda meydana çıxa biləcək təsirlər   Özünüzü hətta yaxşı hiss etsəniz belə, tabletlərin qəbulunu dayandırmayın. Həkiminizin söylədiyi müddət ərzində ROKSİZAPİN qəbul etməyiniz vacibdir.  ROKSİZAPİN-in qəbulunu qəflətən dayandırsanız, tərləmə, yuxusuzluq, titrəmə, həyəcan və ya ürəkbulanma və qusma meydana çıxa bilər.  Müalicəni dayandırmazdan əvvəl həkiminiz Sizə dozanı tədricən azaltmağınızı məsləhət görə bilər.  Bu dərmanın istifadəsi ilə bağlı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Əgər ROKSİZAPİN-in təsirinin çox güçlü və ya zəif olduğuna dair müşahidəniz varsa həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05087

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce