Ronosit 1000mg 4 ml N5 Amp (Italiya)
Bitib
Stokda olanda mənə xəbər verin.RONOSİT, inyeksiya üçün məhlul
RONOSİT tərkibi
Təsiredici maddə: 1 ampulda 500 mq və ya 1000 mq sitikolin (sitikolin natrium şəklində) vardır.
İstifadəsinə göstərişlər
- İşemik insultun kəskin dövrü; - işemik və hemorragik insultun bərpa dövrü; - kəllə-beyin travması, kəskin və bərpa dövrü; - baş beynin degenerativ və damar xəstəlikləri zamanı koqnitiv pozulmaları.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - vaqotoniya (vegetativ sinir sisteminin parasimpatik hissəsinin tonusunun artması).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı preparatı, yalnız o zaman istifadə etmək olar ki, gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazmdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə pasiyentlər nəqliyyat vasitələrini və yüksək psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmalıdırlar.
RONOSİT istifadə qaydası və dozası
Əzələdaxili və venadaxili yeridilmə üçün məhlul. Tədrici venadaxili inyeksiya şəklində (5 dəqiqə ərzində) və ya venadaxili damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) təyin edilir. Əzələdaxili yeridilməyə nisbətən venadaxili yeridilməyə üstünlük verilir. Əzələdaxili yeridilmə zamanı preparatın eyni nahiyəyə təkrar yeridilməsindən çəkinmək lazımdır.
İşemik insultun kəskin dövrü və kəllə-beyin travması: diaqnoz qoyulduqdan sonra ilk sutkalar ərzində məsləhət görülən doza hər 12 saatdan bir 1000 mq təşkil edir; müalicənin müddəti 6 həftədən az olmamalıdır. Müalicəyə başladıqdan 3-7 gün sonra əzələdaxili yeridilməyə (sitkada 1-2 inyeksiya) və ya daxilə qəbula keçmək mümkündür (udma funksiyası pozulmadığı halda). İşemik və hemorragik insultun bərpa dövrü, kəllə-beyin travması zamanı bərpa dövrü, baş beynin degenerativ və damar xəstəliklərinin koqnitiv pozulması zamanı: məsləhət görülən doza sutkada 500-2000 mq təşkil edir. Doza və müalicənin müddəti xəstəliyin simptomlarının ağırlığından asılıdır.
Şüurun uzun müddətli pozulması zamanı xəstəliyin ilk mərhələsindən başlayaraq, preparatın fasiləsiz istifadəsi mümkündür. Yaşlı pasiyentlərdə Ronosit preparatının venadaxili və ya əzələdaxili yeridilməsi zamanı dozanın korreksiyası tələb edilmir. Ampuldakı venadaxili və əzələdaxili yeridilmə üçün məhlul birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Ampul açıldıqdan sonra məhlul dərhal istifadə edilməlidir.
Preparat bütün növ venadaxili izotonik məhlullarla və dekstrozanın məhlulları ilə uyuşur.