Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq və ya 500 mq sitikolin (sitikolin natrium formasında) vardır.
- İşemik insultun kəskin dövrü; - işemik və hemorragik insultun bərpa dövrü; - kəllə-beyin travması (kəskin və bərpa dövrü); - baş beynin degenerativ və damar xəstəliklərinin koqnitiv pozulmaları.
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - vaqotoniya (vegetativ sinir sisteminin parasimpatik hissəsinin tonusunun artması).
Hamiləlik dövründə preparatın istifadəsi ana üçün olan fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olarsa, ana südü ilə qidalandırmanın dayandırılması nəzərdən keçirilməlidir.
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Ayrı-ayrı hallarda preparatın mərkəzi sinir sisteminə əlavə təsirləri nəqliyyat vasitəsi və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.
Preparat daxilə qəbul edilir. Məsləhət görülən doza sutkada 500-2000 mq təşkil edir. Preparatın dozası və müalicənin müddəti beynin zədələnmə səviyyəsindən asılıdır və hə-kim tərəfindən müəyyən edilir. Yaşlı xəstələrdə dozanın korreksiyası tələb olunmur.