Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq olanzapin vardır.
ROKSİZAPİN aşağıdakı hallarda istifadə edilir: - Gerçəklikdə mövcud olmayan şeyləri eşitmək, görmək və ya hiss etmək, yanlış inanclar, qeyrinormal şübhələr, özünə qapanma kimi simptomlarla müşayiət olunan bir xəstəlik olan şizofreniyanın müalicəsi üçün istifadə olunur. Bundan başqa, bu xəstəliyi yaşayan xəstələr özlərini depressiv, narahat və ya əsəbi hiss edə bilərlər. - Həyəcan və coşqu ilə müşayiət olunan, orta dərəcəli və ağır maniakal epizodlar. ROKSİZAPİN-in maniakal dövrdə olanzapinlə müalicəyə cavab verən bipolyar pozğunluğu olan xəstələrdə, bu simptomların təkrar meydana çıxmasının (residivinin) qarşısını aldığı göstərilmişdir.
ROKSİZAPİN, həmçinin, 13-17 yaşlı yeniyetmə xəstələrdə də oxşar vəziyyətlərin müalicəsi üçün istifadə edilə bilər.
ROKSİZAPİN-in aşağıdaki hallarda İSTIFADƏSİ ƏKS GÖSTƏRİŞDİR - Əgər, olanzapinə və ya bu dərmanın tərkibindəki digər maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiyanız (yüksək həssaslığınız) varsa. Alergik reaksiya səpgi, qaşınma, üzdə, dodaqlarda şişkinlik və ya təngnəfəslik şəklində meydana çıxa bilər. Bunlardan hər hansı biri meydana çıxarsa, bu barədə həkiminizə məlumat verin. - Əgər, daha əvvəldən darbucaqlı qlaukoma kimi diaqnozlaşdırılmış göz problemləriniz varsa.
ROKSİZAPİN-i aşağıdaki hallarda EHTİYATLA İSTİFADƏ EDİN. ROKSİZAPİN-i istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. - Ciddi əlavə təsirlərə səbəb ola biləcəyindən, ROKSİZAPİN-in demensiyası (kəmağıllılıq) olan yaşlı xəstələrdəistifadəsi tövsiyə olunmur. - Bu tip dərmanlar, başlıca olaraq üz və dildə anormal hərəkətlərə səbəb ola bilir.
Əgər ROKSİZAPİN verildikdən sonra bunları yaşayarsınızsa, bu barədə həkiminizə məlumat verin. - Bu tip dərmanlar, çox nadir hallarda qızdırma, tənəffüsün sürətlənməsi, tərləmə, əzələ sərtliyi, əzginlik və ya yuxululuq kimi simptomların birlikdə meydana çıxmasına səbəb olur. Belə vəziyyət yaranarsa, dərhal həkiminizlə əlaqə yaradın. - ROKSİZAPİN istifadə edən xəstələrdə bədən kütləsinin artması müşahidə olunur.
Həkiminizin nəzarəti altında müntəzəm olaraq bədən kütlənizə nəzarət etməlisiniz. - ROKSİZAPİN istifadə edən xəstələrdə qanda şəkər və yağ (triqliseridlər ve xolesterin) səviyyələrinin yüksəlməsi müşahidə edilir. Həkiminizin nəzarəti altında ROKSİZAPİN istifadə etməyə başlamazdan əvvəl və müalicə müddəti boyunca qan şəkərinizə və bəzi yağ səviyyələrinizə nəzarət edilməsi üçün qan analizi aparılmalıdır. - Sizin və ya ailənizdən birinin anamnezində qan laxtalanması ilə bağlı məlumat varsa, bu kimi dərmanlar qan laxtasının əmələ gəlməsi ilə bağlı ola biləcəyindən, bu barədə həkiminizə məlumat verməlisiniz.
Əgər aşağıdakı xəstəliklərdən hər hansı biri sizdə varsa, həkiminizlə mümkün olduqca tez əlaqə yaradın: • Şəkər xəstəliyi (diabet) • Ürək xəstəliyi • Qaraciyər və ya böyrək xəstəliyi • Parkinson xəstəliyi • Qıcolmalar • Prostat sorunları • Bağırsaq keçməzliyi (paralitik ileus) • Qan xəstəlikləri • İnsult və ya “kiçik” insult (insultun keçici simptomları). Əgər demensiyanız (kəmağıllılıq) varsa, Siz və ya qəyyumunuz/qohumlarınız insult və ya “kiçik” insult keçirib-keçirmədiyiniz barədə həkiminizə məlumat verməlidir. Əgər yaşınız 65-dən yuxarıdırsa, həkiminiz adi profilaktika kimi qan təzyiqinizi izləyə bilər. Bu xəbərdarlıqlar, keçmişdəki hər hansı bir dövrdə olsa belə, Sizin üçün keçərlidirsə, lütfən, bu barədə həkiminizə məlumat verin.
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamiləliyin son dövründə (son 3 aylığında) ROKSİZAPİN daxil olmaqla, bütün antipsixotik dərmanların təsirinə məruz qalan yenidoğulmuş körpələrdə, doğuşun ardınca ağırlıq dərəcəsi dəyişə bilən anormal əzələ hərəkətləri və/və ya dərmanın istifadəsinin dayandırılması ilə bağlı narahatlıq, körpədə əzələ gərginliyinin aşırı artması və ya azalması, yuxululuq, tənəffüsün çətinləşməsi və ya qidalanma pozğunluqları meydana çıxa bilər. Əgər uşağınızda bu simptomlardan hər hansı birini görsəniz, həkiminizə müraciət edin.
Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Laktasiya dövrü Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. ROKSİZAPİN az miqdarda ana südünə keçdiyi üçün laktasiya (ana südü ilə qidalandırma) dövründə bu dərman istifadə edilməməlidir.
ROKSİZAPİN-in yuxululuğa səbəb olma riskinin olması məlumdur. Belə bir vəziyyətdə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur. Həkiminizlə məsləhətləşin. ROKSİZAPİN-in tərkibində olan bəzi köməkçi maddələr haqqında vacib məlumatlar ROKSİZAPİN-n tərkibində laktoza vardır.
Əgər əvvəllər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğunu bildirmişdirsə, bu dərman preparatını istifadə etməzdən əvvəl həkiminizlə əlaqə yaradın. ROKSİZAPİN-in hər dozasının tərkibində 1 mmol-dan az natrium vardır. Bu miqdar o dərəcədə azdır ki, natriumla bağlı hər hansı əlavə təsir gözlənilmir. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri ROKSİZAPİN-i istifadə edərkən yalnız həkiminizin icazə verdiyi digər dərmanları istifadə edin.
ROKSİZAPİN-in narahatlığın müalicəsində istifadə olunan dərmanlarla, yuxu dərmanları ilə (sakitləşdiricilər) və depressiyaya qarşı dərmanlarla (antidepressantlar) birlikdə istifadəsi yuxululuğa səbəb ola bilər. Əgər xüsusilə, aşağıdakı dərmanları istifadə edirsinizsə, bu barədə həkiminizə məlumat verin: − Parkinson xəstəliyinin müalicəsi üçün dərmanlar. − ROKSİZAPİN-in dozasını dəyişdirməyinizin lazım ola biləcəyinə görə, karbamazepin (antiepileptik), fluvoksamin (antidepressant) və ya siprofloksasin (antibiotik). Əgər resept əsasında və ya reseptsiz buraxılan hər hansı digər dərman istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Bu dərmanı hər zaman həkiminizin sizə izah etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizdən və ya əczaçıdan soruşun. ROKSİZAPİN örtüklü tabletləri daxilə qəbul edilir. ROKSİZAPİN tabletləri bütöv halda su ilə udularaq qəbul edilməlidir.
Həkiminiz neçə ROKSİZAPİN tableti istifadə etməli olduğunuz və dərmanın qəbulunu nə qədər davam etdirməli olduğunuz barədə qərar verəcəkdir. ROKSİZAPİN-in gündəlik dozası 5 ilə 20 mq arasındadır. Simptomlarınızın təkrar meydana çıxması zamanı həkiminizi bu barədə məlumatlandırın, lakin, həkiminiz söyləmədikcə ROKSİZAPİN istifadə etməyi dayandırmayın. 13-17 yaş arası yeniyetmələrdə tövsiyə olunan başlangıç doza 2,5-5 mq-dır.
Həkiminiz müalicənin uyğun dozasını müəyyən edəcək. ROKSİZAPİN tabletini həkiminizin tövsiyəsinə görə gündə 1 dəfə qəbul edin. Tabletlərinizi hər gün eyni zamanda qəbul edin. Tableti yeməklə birlikdə və ya onsuz qəbul etməyinizin fərqi yoxdur.
Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi ROKSİZAPİN 13 yaşdan aşağı uşaqlarda istifadə üçün uyğun deyildir. Xüsusi istifadə halları Xüsusi istifadəsi yoxtur. ROKSİZAPİN-in qida və içkilərlə birlikdə istifadəsi Alkoqolla birlikdə istifadəsi yuxululuğa səbəb ola bildiyindən, ROKSİZAPİN-lə müalicə zamanı alkoqol istifadə etməyin. ROKSİZAPİN-in istifadəsini unutsanız Tabletinizi xatırlayan kimi qəbul edin.
Unutduğunuz dozanın əvəzinə ikiqat doza qəbul etməyin. ROKSİZAPİN ilə müalicə dayandırıldıqda meydana çıxa biləcək təsirlər Özünüzü hətta yaxşı hiss etsəniz belə, tabletlərin qəbulunu dayandırmayın. Həkiminizin söylədiyi müddət ərzində ROKSİZAPİN qəbul etməyiniz vacibdir. ROKSİZAPİN-in qəbulunu qəflətən dayandırsanız, tərləmə, yuxusuzluq, titrəmə, həyəcan və ya ürəkbulanma və qusma meydana çıxa bilər.
Müalicəni dayandırmazdan əvvəl həkiminiz Sizə dozanı tədricən azaltmağınızı məsləhət görə bilər. Bu dərmanın istifadəsi ilə bağlı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Əgər ROKSİZAPİN-in təsirinin çox güçlü və ya zəif olduğuna dair müşahidəniz varsa həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.