Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RUDAZA N10 SAM

Məhsul Kodu : 111-20214
58,80 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Rudaza

Rudaza tərkibi

RUDAZA preparatının istifadəsi üzrə təlimat (xəstələr üçün) Vaginal və rektal istifadə üçün suppozitoriyaiar: torpedoyabənzər şəkildə, açıq-sarı rəngdən-mərmər rənginə qədər, kakao yağının zəif spesifik iyi hiss olunan suppozitoriyalardır. Hialuronidaza Kalendula ekstrakti Ortiliya sekunda ekstrakti 3000 BV 60 mq 50 mq Köməkçi maddələr: Hidrogenizə olunmuş kokos yağının qliseridi, arı mumu, propilenglikol, tokoferol. Farmakoterapevtik qrupu: ferment preparati.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 12 yaşından yuxarı uşaqlarda birləşdirici toxumanın hiperplaziyası (həmçinin iltihabi proses zamanı) ilə müşahidə olunan xəstəliklərin müalicəsində kompleks və monoterapiya şəklində istifadə olunur: Urologiyada: Xroniki prostatit, interstisial sistit, uretra və sidik axarlarının strikturası, Peyroni xəstəliyi, prostat vəzinin xoşxassəli hiperplaziyasının başlanğıc mərhələsində, uretrada, sidik axarlarında, sidik kisəsində aparılan cərrahi əməliyyatlardan sonra çapıq və strikturaların profilaktikası məqsədilə. Ginekologiyada: Daxili cinsiyyət orqanlarının xroniki-iltihabi xəstəlikləri zamanı kiçik çanaqda meydana çıxan bitişmə proseslərinin profilaktika və müalicəsində,Ginekoloji müdaxilələrdən sonra (o cümlədən abortlar), kiçik çanaq üzvlərində əvvəllər keçirilmiş cərrahi əməliyyatlardan sonra, uşaqlıqdaxili sinexiyalar, boru-periton sonsuzluğu, xroniki endomiometrit. Cərrahiyyədə: qarın boşluğu orqanlarında cərrahi əməliyyatdan sonra yaranan bitişmə proseslərinin müalicə və profilaktikasında, uzun müddətli sağalmayan yaraların müalicəsində, biomənimsənilmənin artırılması (antibiotiklər, kimyəvi preparatlar, anestetiklər və s.ilə yanaşı) Dermatovenerologiyada: məhdud sklerodermiya, cinsi yolla ötürülən infeksiyaların fibroz ağırlaşmalarının profilaktikası. Urologiya, ginekologiya, dermatovenerologiya, cərrahiyyə antibakterial terapiya zamanı antibiotiklərin biomənimsənilməsini artırmaq məqsədilə.

Əks göstərişlər

Hialuronidazaya qarşı fərdi həssaslıq, bədxassəli törəmələr, hamiləlik və 12 yaşına qədər uşaqlarda klinik təcrübə aparılmadığından preparatın təhlükəsizliyi öyrənilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hialuronidazaya qarşı fərdi həssaslıq, bədxassəli törəmələr, hamiləlik və 12 yaşına qədər uşaqlarda klinik təcrübə aparılmadığından preparatın təhlükəsizliyi öyrənilməmişdir.

Rudaza istifadə qaydası və dozası

Rudaza suppozitoriyaiar rektal və vaginal yeridilir. Müalicə kursu 10-20 gün müddətində gündə 1 dəfə (gecələr). Rektal: gündə 1 dəfə bağırsaq təmizləndikdən sonral. Vaginal: gündə 1 dəfə 1 suppozitoriya uşaqlıq yoluna yeridilir (gecələr).

Xəstəliyin ağırlığından, mərhələsindən və davametmə müddətindən asılı olaraq Rudaza suppozitoriyaları günaşırı təyin edilə bilər. Ginekologiyada: Xroniki və kəskin endometritdə-1 şam 2 gündə 1 dəfə KÇO-nın bitişmə proseslərinin müalicə və profilaktikasında- 1 şam gündə 1 dəfə Boru-peritoneal sonsuzluqda-1 şam 2 gündə 1 dəfə Uşaqlığın diffuz hiperplaziyasında-1 şam 2 gündə 1 dəfə Uşaqlığın fibroz-kistoz törəmələrində-1 şam gündə 1 dəfə Urologiyada: 1 suppozitoriya günaşırı- No10, sonra 2-3 gündən bir NNo10 suppozitoriya, ümumi müalicə kursu No20 suppozitoriya Dermatovenerologiya: 1 suppozitoriya 1-2 gündən bir, No10 Cərrahiyyədə: 1 suppozitoriya günaşırı No10. Dərmanvasitəsi deyil.

Farmakoloji xüsusiyyətləri

Rudaza uzunmüddətli hialuronidaza effektinə (fermentativ, proteolitik), xelatlaşdırıcı, antioksidant, immunomodulyasiyaedici və iltihabəleyhinə təsirlərə malikdir. Ferment fizioloji aktiv yüksəkmolekullu daşıyıcı ilə (N-oksid poli-1,4-etilenpiperazin, polioksidoniumun analoqu) kovalent rabitə nəticəsində uzunmüddətli təsirə malik olur. Fibrozlaşmanın qarşısını alır, iltihabın kəskin fazasını zəiflədir, iltihab mediatorlarının sintezini (interleykin-1 və şişin nekroz faktoru alfa) tənzimləyir, humoral immun cavabı və orqanizmin infeksiyalara qarşı rezistentliyini yüksəldir. Hialuronidaza fermentinin daşıyıcı ilə konyuqasiyası nəticəsində fermentin denaturasiyaedici faktorlara və inhibitorlara qarşı davamlılığı yüksəlir və fibroz əleyhinə təsiri güclənir.

Rudaza 20 gün müddətində 37°C-yə qədər qızdırıldıqda öz fermentativ aktivliyini saxladığı halda, nativ hialuronidaza bu şərt daxilində 1 gün ərzində inaktivləşir. Preparatın tərkibində eyni zamanda həm hialuronidaza, həm də hidroliz zamanı xaric olan ferment inhibitorlarını və kollagen sintezinin (dəmir ionları, mis, heparin) stimulyatorlarını birləşdirmək xüsusiyyətinə malik olan daşıyıcı vardır. Bu xüsusiyyətlərinə görə Rudaza preparatı birləşdirici toxumanın fibroz-qranulomatoz törəmələrini depolimerizasiya edir, həm də birləşdirici toxumanın sintezinin qarşısını alır. Testikulyar hialuronidazanın spesifik substratı birləşdirici toxumanın əsasını təşkil edən qlükozaminqlikanlardır (hialuron turşusu, xondroitin, xondroitin-4-sulfat, xondroitin- 6- sulfat).

Depolimerizasiya nəticəsində (C1 asetilqlükozamin və C4 qlükuron və ya induron turşularının arasında əlaqənin pozulması) qlükozaminqlikanlar öz əsas xüsusiyyətlərini itirirlər: özlülüyü azalır, su, metal ionlarını birləşdirmək qabiliyyəti zəifləyir, toxuma baryerlərinin keçiriciliyi müvəqqəti olaraq artır, hüceyrəarası mühitdə mayenin hərəkəti asanlaşır, birləşdirici toxumanın elastikliyinin artması nəticəsində toxumaların şişkinliyi azalır, çapıqlar nazikləşir, oynaqların hərəkətliliyi bərpa olunur, kontrakturalar və birləşmə prosesləri azalır. Biokimyəvi, immunoloji, histoloji və elektron-mikroskopik tədqiqatlarla sübut olunmuşdur ki, Rudaza normal birləşdirici toxumanı zədələmir, ancaq fibrozlaşma nahiyəsində tərkibinə və quruluşuna görə dəyişilmiş birləşdirici toxumanı destruksiya edir. Rudaza mutagen, embriotoksik, teratogen vǝ kanserogen təsirlərə malik deyil. Preparat pasientlər tərəfindən yaxşı qəbul olunur, yerli və ümumi allergiya halları qeydə alınmamışdır.

Rudaza preparatının cərrahi əməliyyat zamanı və əməliyyatdan sonrakı dövrdə terapevtik dozalarda istifadəsi zamanı pisləşmə və ya infeksion prosesin proqressivləşməsi kimi hallar müşahidə olunmamışdır. Sümük toxumasının bərpasını ləngitmir. Farmakokinetikası: Preparatın rektal yeridilməsi zamanı orqanizmdə yüksək sürətlə paylanır, qana yaxşı sorulur və 1 saatdan sonra maksimal konsentrasiyaya çatır. Yarımparçalanma dövrü (T12) 0,5 saat, yarımxaricolma dövrü 42-84 saatdır.

Əsas etibarilə böyrəklərlə xaric olur. Preparatın rektal yeridilməsi zamanı orqanizmdə yüksək sürətlə paylanır, qana yaxşı i zamanı orqanizmd Preparat bütün orqan və toxumalara nüfuz edir, toxumalarda kumulyasiya etmir. Rudaza rektal suppozitoriyalarının biomənimsənilməsi 70%-dir.

Əlavə təsirləri

nadir hallarda fərdi həssaslıq zamanı allergiya.

Prepared by  T-Soft E-Commerce.