Sevimlilərə əlavə edin
Paylaşın

CEREBROLIZIN 215,2MG 2ML N10 AMP

Məhsul Kodu : 111-20621
İstehsalçı ölkə : Almaniya
Reseptlə satılır
0 Şərh Şərh
27,37 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

SEREBROLİZİN®, inyeksiya üçün məhlul

Serebrolizin tərkibi 

Təsiredici maddə:1 ml məhlulun tərkibində 215,2 mq serebrolizin konsentratı (donuzun baş beyinindən alınmış peptidlər kompleksi) vardır. Serebrolizinin aktiv fraksiyası, molekul kütləsi 10 000 daltondan çox olmayan peptidlərdən ibarətdir. Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 - Alsheymer xəstəliyi, müxtəlif mənşəli demensiya sindromu, xroniki serebrovaskulyar çatışmazlıq, işemik insult, baş beyinin və onurğa beyinin travmatik zədələnməsi;

 - uşaqlarda əqli inkişafın ləngiməsi, hiperaktivlik və diqqət çatışmazlığı;

 - kompleks müalicənin tərkibində antidepressantların təsirinə qarşı davamlı endogen depressiya zamanı.

Əks göstərişlər:

 - preparata qarşı fərdi dözümsüzlük;

 - ağır dərəcəli böyrək çatışmazlığı;

 - epileptik status.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə Serebrolizini yalnız müalicənin müsbət effektini və preparatın istifadəsi ilə əlaqədar risk nisbətini dəqiq təhlil etdikdən sonra istifadə etmək olar. Eksperimental tədqiqatların nəticələri Serebrolizinin hər hansı teratogen təsirə malik olduğunu və ya dölə toksik təsir göstərdiyini ehtimal etmək üçün əsas vermir. Bununla belə, bu istiqamətdə klinik tədqiqatlar aparılmamışdır.

Serebrolizin istifadə qaydası, dozası

 Parenteral yolla istifadə edilir. Preparatın dozaları və müalicənin müddəti xəstəliyin xüsusiyyətlərindən və ağırlıq dərəcəsindən, həmçinin pasiyentin yaşından asılıdır. 50 ml-ə qədər birdəfəlik dozaların təyin edilməsi mümkündür, lakin müalicə kursunun aparılmasına daha çox üstünlük verilir. Tövsiyə olunan optimal müalicə kursu 10-20 gün müddətində preparatı gündəlik inyeksiyalar şəklində yeridilməsidir. Kəskin vəziyyətlər (işemik insult, kəllə-beyin travması, neyrocərrahiyə əməliyyatlarının ağırlaşmaları) 10 ml-dən 50 ml-ə qədər Beyin insultunun və baş beyinin və onurğa beyninin travmatik zədələnməsinin rezidual mərhələsində 5 ml-dən 50 ml-ə qədər Psixoüzvi sindrom və depressiya zamanı 5 ml-dən 30 ml-ə qədər Alsheymer xəstəliyi, damar mənşəli demensiya və qarışıq alsheymerdamar mənşəli demensiya zamanı 5 ml-dən 30 ml-ə qədər Neyropediatrik təcrübədə bədən kütləsinin hər kq-na 0,1-0,2 ml Müalicənin effektivliyinin yüksəldilməsi məqsədi ilə, müalicə nəticəsində pasiyentin vəziyyəti yaxşılaşması müşahidə olunana qədər, təkrar kurslar keçirilə bilər. Birinci kurs sona çatdıqdan sonra, preparatın istifadə tezliyini həftədə 2 və ya 3 dəfəyə qədər azaltmaq olar. Serebrolizin inyeksiya şəklində istifadə edilir: əzələ daxilinə (5 ml-ə qədər) və vena daxilinə (10 ml-ə qədər). 10 ml-dən 50 ml-ə qədər dozaları yalnız preparatı infuziya üçün təqdim olunan standart məhlullarda həll etdikdən sonra, aramlı venadaxili infuziyalar vasitəsi ilə yeritmək tövsiyə edilir. İnfuziyanın davametmə müddəti 15 dəqiqədən 60 dəqiqəyə qədər ola bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20621

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
ALZEPIL 10MG N28 TB
27,00 AZN -%0
27,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce