Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SERKUPTAL 100MG N56 TB

Məhsul Kodu : 111-26797
Reseptlə satılır
İstehsalçı ölkə: Portuqaliya
31,04 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SERKUPTAL, 50 mq; 100 mq örtüklü tabletlər

SERKUPTAL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 və ya 100 mq sertralinə ekvivalent miqdarda sertralin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Serkuptal aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilə bilər: - Böyük depressive epizodlar və onların residivinin profilaktikası (böyüklərdə). - Sosial həyəcan pozğunluğu (böyüklərdə). - Post-travmatik stress pozğunluğu (PTSP) (böyüklərdə). - Panik pozğunluq (böyüklərdə).

- Obsessiv kompulsiv pozğunluq (OKP) (böyüklər və 6-17 yaşlı uşaqlar və yeniyetmələrdə). Depressiya, kədər hissi, düzgün yata bilməmək və ya əvvəllər olduğu kimi həyatdan zövq ala bilməmək kimi simptomlarla müşayiət olunan klinik xəstəlikdir. OKP və panik pozğunluqlar təkrarlanan ayinləri (məcburi) həyata keçirməyə məcbur edən davamlı fikirlər (obsesiv – beyindən çıxmayan ideyalar) tərəfindən daim narahat olmaq kimi simptomlarla bağlı xəstəliklərdir. PTSP, çox emosional bir travmadan sonra meydana gələ biləcək bir vəziyyətdir və depressiya və həyəcana bənzər bəzi simptomlara malikdir.

Sosial həyəcan pozğunluğu (sosial fobiya) həyəcanla bağlı bir xəstəlikdir. O, sosial vəziyyətlərdə güclü həyəcan və ya stress hissi ilə xarakterizə olunur (məsələn, tanış olmayan insanlarla danışmaq, insan qrupu ilə danışmaq, başqalarının yanında yemək-içmək və ya utanc verici davranacağınızdan narahat olmaq). Həkiminiz bu dərmanın xəstəliyinizi müalicə etmək üçün uyğun olduğuna qərar vermişdir. Serkuptal-ın Sizə niyə verildiyinə əmin deyilsinizsə, həkiminizdən soruşmalısınız.

Əks göstərişlər

Aşağıdakı hallarda Serkuptalın istifadəsi əks göstərişdir - Sertralinə və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə (bax: “Tərkibi”) qarşı yüksək həssaslıq. - Əgər monoaminooksidazanın inhibitorları (selegilin, moklobemid kimi MAOİ) və ya MAOİ kimi dərmanlar (məsələn, linezolid kimi) qəbul edirsinizsə və ya qəbul etmisinizsə. Əgər Sertralin ilə müalicəni dayandırırsınızsa, MAOİ ilə müalicəyə başlamazdan əvvəl ən azı bir həftə gözləməlisiniz. MAOI ilə müalicəni dayandırdıqdan sonra, sertralin ilə müalicəyə başlamazdan əvvəl ən azı 2 həftə gözləməlisiniz.

- Pimozidlə (psixoz kimi psixi xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman preparatı) birlikdə istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamilə qadınlarda Sertralinin istifadəsinin təhlükəsizliyi tam müəyyən edilməmişdir. Hamiləlik dövründə Sertralin yalnız o zaman istifadə edilə bilər ki, həkim müalicənin ana üçün faydasının döl üçün potensial riskindən üstün olduğunu hesab etsin. Mamoloqa və / və ya həkiminizə Serkuptalla müalicə aldığınız barədə mütləq məlumat verin.

Hamiləlik dövründə, xüsusən hamiləliyin son 3 ayında istifadə edildikdə, Serkuptal kimi dərmanlar körpələrdə yenidoğulmuşun xroniki ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəliyin başvermə riskini artıra bilər. Bu zaman körpə daha sürətlə nəfəs almağa məcbur olur və göyərmiş görünür. Bu simptomlar adətən körpənin doğulmasından sonra ilk 24 saat ərzində başlayır. Körpənizdə bu baş verərsə, dərhal mamoloq ilə və / və ya həkiminizlə əlaqə saxlamalısınız.

Yenidoğulmuş körpənizdə doğuşdan sonrakı ilk 24 saat ərzində başlayan digər vəziyyətlər də ola bilər. Simptomlara aşağıdakılar daxildir: - tənəffüslə bağlı problemlər; - göyərmiş və ya çox isti və ya soyuq dəri, - göyərmiş dodaqlar, - qusma və ya düzgün qidalanmama, - çox yorğun, yata bilməyən və ya çox ağlayan; - sərt və ya elastik əzələlər, - tremor, əsmə və ya tutmalar, - reflektor reaksiyaların güclənməsi, - qıcıqlanma, - qanda şəkərin səviyyəsinin aşağı olması. Əgər körpəniz doğulanda bu simptomlardan hər hansı biri olarsa və ya körpənizin sağlamlığından narahatsınızsa, sizə məsləhət verə biləcək həkiminizlə və ya mamoloq ilə əlaqə saxlayın. Sertralinin insanda ana südünə keçdiyinə dair dəlillər vardır.

Laktasiya dövründə Sertralin yalnız o zaman istifadə edilə bilər ki, həkim müalicənin ana üçün faydasının südəmər uşaq üçün potensial riskindən üstün olduğunu hesab etsin. Heyvanlar üzərində aparılan tədqiqatlarda Sertralin kimi bəzi dərmanların spermanın keyfiyyətini aşağı sala bildiyi müəyyən edilmişdir. Nəzəri olaraq bu, fertilliyə təsir göstərə bilər, lakin insanda fertilliyə təsiri bu vaxta qədər müşahidə edilməmişdir. Uşaqlar və yeniyetmələrdə istifadəsi Obsessiv kompulsiv pozğunluq (OKP) olan pasiyentlər istisna olmaqla, 18 yaşdan kiçik uşaqlar və yeniyetmələrdə sertralin istifadə edilməməlidir.

18 yaşdan kiçik pasiyentlər bu sinif dərmanlarla müalicə edildikdə intihar cəhdi, özlərinə zərər vermək və ya öldürmək düşüncələri (intihar düşüncələri) və düşmənçilik (əsasən aqressivlik, müxalif davranış və qəzəb) kimi əlavə təsirlərin başvermə riski yüksək olur. Buna baxmayaraq, əgər xəstənin maraqlarına uyğun gələrsə, həkim 18 yaşdan kiçik xəstəyə Serkuptal təyin etmək qərarı verə bilər. Həkiminiz Sizə Serkuptal təyin edibsə və Siz 18 yaşdan kiçiksinizsə və bunu həkiminizlə müzakirə etmək istəyirsinizsə, onunla əlaqə saxlayın. Bundan başqa, Serkuptal qəbul edərkən yuxarıda sadalanan simptomlardan hər hansı biri meydana çıxarsa və ya pisləşərsə, həkiminizə məlumat verməlisiniz.

Bu yaş qrupunda böyümənin, yetkinləşmənin və öyrənmə (koqnitiv) və davranışın inkişafı baxımından Serkuptalın uzunmüddətli təhlükəsizliyi hələ nümayiş etdirilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sertralin kimi psixotrop dərmanlar nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Ona görə, bu dərman vasitəsinin bu fəaliyyətləri həyata keçirmə qabiliyyətinizə necə təsir etdiyini bilməyincə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməməlisiniz.

SERKUPTAL istifadə qaydası və dozası

Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Tövsiyə olunan doza aşağıdakı kimidir. Böyüklər Depressiya və obsessiv kompulsiv pozğunluq (OKP): Depressiya və OKP üçün adi effektiv doza gündə 50 mq təşkil edir.

Gündəlik dozanı bir neçə həftə ərzində 50 mq addımla və bir həftədən az olmayaraq intervallarla artırmaq olar. Maksimum tövsiyə olunan doza gündə 200 mq-dır. Panik pozğunluq, social həyəcan pozğunluğu və posttravmatik stress pozğunluğu: panik pozğunluq,social həyəcan pozğunluğu və posttravmatik stress pozğunluğu zamanı müalicəyə 25 mq/gün doza ilə başlamaq və bir həftədən sonra 50 mq/gün-ə qədər artırmaq lazımdır. Sonra gündəlik dozanı bir neçə həftə ərzində 50 mq addımla artırmaq olar.

Maksimum tövsiyə olunan doza gündə 200 mq-dır. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Serkuptal yalnız 6-17 yaşlı OKP-dən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsində istifadə edilməlidir. Obsessiv kompulsiv pozğunluq: 6 yaşdan 12 yaşa qədər uşaqlar: tövsiyə olunan başlanğıc doza gündə 25 mq təşkil edir. Bir həftədən sonra həkiminiz bunu gündə 50 mq-a qədər artıra bilər.

Maksimum doza gündə 200 mq təşkil edir. 13 yaşdan 17 yaşa qədər yeniyetmələr: tövsiyə olunan başlanğıc doza gündə 50 mq-dır. Maksimum doza gündə 200 mq təşkil edir. Əgər qaraciyər və ya böyrək probleminiz varsa, həkiminizə deyin və həkimin göstərişlərinə əməl edin.

Ağır qaraciyər çatışmazlığı olduqda, preparatı istifadə etmək olmaz. Serkuptaldan istifadə müddətində alkoqol qəbulundan imtina etmək lazımdır. Sertralin qreypfrut şirəsi ilə birlikdə qəbul edilməməlidir, belə ki, bu, orqanizmdə sertralinin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. İstifadə qaydası Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər.

Dərmanınızı gündə 1 dəfə səhər və ya axşam qəbul edin. Serkuptalın qida ilə, içkilərlə və alkoqolla birlikdə istifadəsi Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Serkuptalın qəbulu unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, buraxılmış dozanı qəbul etməyin.

Növbəti dozanı öz vaxtında qəbul edin. Əgər Serkuptalın qəbulunu dayandırırsınızsa Həkimin sizə demədikcə Serkuptal qəbul etməyi dayandırmayın. Bu dərmanı qəbul etməyi dayandırmazdan əvvəl həkiminiz bir neçə həftə ərzində Serkuptalın dozasını tədricən azaltmaq istəyəcəkdir. Əgər Siz qəflətən bu dərmanı qəbul etməyi dayandırsanız, başgicəllənmə, uyuşma, yuxu pozğunluğu, oyanıqlıq və ya narahatlıq, baş ağrısı, ürəkbulanma, qusma və titrəmə kimi əlavə təsirlər meydana çıxa bilər.

Serkuptal qəbul etməyi dayandırarkən bu əlavə təsirlərdən və ya digər əlavə təsirlərdən hər hansı biri ilə qarşılaşırsınızsa, lütfən həkiminizlə danışın. Bu dərmanın istifadəsi ilə bağlı hər hansı sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun. Həkiminiz, bu dərmanı nə qədər müddət ərzində qəbul etməli olduğunuzu sizə məsləhət görəcəkdir. Bu, xəstəliyinizin təbiətindən və müalicəyə nə dərəcədə cavab verməiyinizdən asılı olacaq.

Simptomlarınızın yaxşılaşması üçün bir neçə həftə lazım gələ bilər. Depressiyanın müalicəsini adətən yaxşılaşma baş verdikdən sonra daha 6 ay davam etdirmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.