Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq solifenasin suksinat vardır.
Hiperaktiv sidik kisəsi sindromu olan xəstələrdə sidik ifrazına imperativ çağırışın, tezləşmiş sidiyəgetmə aktının simptomatik müalicəsi.
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. Sidiyə getmə aktının pozulması. Ağır mədə-bağırsaq xəstəlikləri (həmçinin meqakolon). Miasteniya gravis.
Bağlıbucaqlı qlaukoma. Hemodializin aparılması. Ağır qaraciyər çatışmazlığı. Ağır və ya mülayim böyrək çatışmazlığı zamanı CYP3A4 fermentinin güclü inhibitorları (məsələn, ketokonazol) ilə birlikdə istifadəsi.
Preparatın istifadəsindən qabaq həkiminizlə məsləhətləşin. Solifenasinin hamiləlik zamanı istifadəsi məsləhət deyil, çünki hamilələrdə istifadəsi haqda məlumat yoxdur. Laktasiya zamanı preparatın qəbulndan çəkinmək lazımdır.
Solifenasin digər antixolinergik preparatlar kimi görmənin zəifləməsi, yuxululuq və yorğunluq kimi təsirlərə səbəb olduğu üçün avtomobil və digər mexanizmləri idarə etmək bacarığına təsir göstərə bilər.
Sidolotun tövsiyə olunan dozası gündə bir dəfə 5 mq təşkil edir. Lazım gəldikdə, doza gündə bir dəfə 10 mq-a qədər artırıla bilər. Preparatı hər gün eyni vaxtda qəbul etmək lazımdır. Tableti bütöv şəkildə maye ilə qəbul olunmalıdır.
Qida qəbulu preparatın qəbuluna təsir göstərmir. Tableti çeynəmək olmaz. Müxtəlif yaş qrupları üzrə pasiyentlərə təyini Uşaqlarda Uşaqlarda solifenasinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb, bu səbəbdən preparatın uşaqlara təyin edilməmlidir. Yaşlılarda Yaşlılara böyüklərə təyin olunan doza təyin olunur.
Böyrək çatışmazlığı olan pasiyentlərə təyini Ağır böyrək xəstəlikləri olan pasiyentlərəgündə 1 dəfə 5 mq-dan artıq doza təyin olunmamamlıdır. Qaraciyər çatışmazlığı olan pasiyentlərə təyini Mülayim qaraciyər çatışmazlığı olan xəstələrdə gündə 5 mq-dan artıq qəbul etmək olmaz. Sitoxrom P4503A4-ün güclü inhibitorları Preparat, ketokonazol və ya ritonavir kimi digər CYP3A4 inhibitorları ilə birgə istifadə zamanı 5 mq dozadan çox təyin edilməməlidir. Əgər, siz preparatı təyin olunandan daha yüksək dozada qəbul etsəniz bu haqda həkiminizə və əczaçıya məlumat verin.
Əgər, uşaqlar təsadüfən preparatı qəbul etmişsə, dərhal həkimə müraciət edin.