Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 12,845 mq essitalopram oksalata ekvivalent 10 mq essitalopram və ya 25,69 mq essitalopram oksalata ekvivalent 20 mq essitalopram vardır.
• Preparata və ya onun komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
• Uşaqlar və 18 yaşa qədər gənclər;
• Monoaminoksidazanın inhibitorları ilə birlikdə istifadə.
• Hamiləlik və laktasiya dövrü.
• QT intervalının uzanması və QT intervalını uzadan preparatlarla eyni vaxtda istifadəsi.
Sitapram qida qəbulundan asılı olmadan gündə bir dəfə daxilə qəbul olunur.
Depressiv epizodlar
Adətən gündə bir dəfə 10 mq qəbul edilir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, gündəlik doza 20 mq-a (maksimal doza) qədər artırıla bilər.
Antidepressiv təsir adətən müalicəyə başladıqdan 2-4 həftə sonra meydana çıxır. Depressiya simptomları itdikdən sonra əldə olunmuş müalicəvi effektin möhkəmləndirilməsi üçün ən azı 6 ay müddətində müalicəni davam etdirmək lazımdır.
Aqorafobiyalı və aqorafobiyasız həyəcan pozğunluğu
Müalicənin birinci həftəsində 5 mq/gün dozada təyini məsləhət görülür, sonra doza 10 mq/gün-ə qədər artırılır. Xəstənin fərdi reaksiyasından asılı olaraq, doza 20 mq/gün-ə qədər artırıla bilər.
Maksimal müalicəvi effekt müalicəyə başladıqdan 4 ay sonra əldə olunur. Müalicə bir neçə ay davam edə bilər.
Sosial həyəcan pozğunluqları (sosial fobiya)
Adətən 10 mq gündə bir dəfə təyin olunur. Müalicəyə başladıqdan 2-4 həftə sonra simptomlar zəifləyir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, doza 5 mq/gün-ə qədər azaldıla və ya 20 mq/gün-ə qədər artırıla bilər. Sosial həyəcanlı pozğunluqlar xroniki gedişli xəstəlik olduğundan, tövsiyə olunan minimal müalicə kursu 12 həftədir. Xəstəliyin residivlərinin qarşısını almaq məqsədilə, preparat xəstənin fərdi reaksiyasından asılı olaraq 6 ay və ya daha uzunmüddətli təyin oluna bilər.
Generalizəolunmuş həyəcan pozğunluqları
Məsləhət görülən başlanğıc doza 10 mq/gündür. Xəstənin fərdi reaksiyasından asılı olaraq, doza
20 mq/gün-ə qədər artırıla bilər. Xəstənin fərdi reaksiyasından asılı olaraq, preparat 20 mq/gün dozada 6 ay və ya daha uzunmüddətli təyin oluna bilər.
Yaşlı xəstələr (65 yaşdan yuxarı)
Adi dozanın yarısını (5 mq/gün) və daha aşağı maksimal doza (10 mq/gün) istifadə etmək məsləhət görülür.
Böyrək funksiyaları pozulmuş xəstələr
Yüngül və orta ağırlıqlı böyrək çatışmazlığı zamanı dozanın korreksiyası tələb olunmur. Ağır böyrək çatışmazlığı olan xəstələrə (kreatinin klirensi 30 ml/dəq.-dən az olan) Sitapram ehtiyatla təyin olunmalıdır.
Qaraciyər funksiyaları pozulmuş xəstələr
Yüngül və orta ağırlıqlı qaraciyər çatışmazlığı zamanı müalicənin ilk iki həftəsi ərzində məsləhət görülən başlanğıc doza 5 mq/gün təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, doza 10 mq/gün-ə qədər artırıla bilər. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə doza ehtiyatla titrlənməlidir.
Sitoxrom Р4502C19 sisteminin aktivliyi aşağı olan xəstələr
Р4502C19 izofermentinin aktivliyi aşağı olan xəstələr üçün müalicənin ilk iki həftəsi ərzində məsləhət görülən başlanğıc doza 5 mq/gün təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, doza 10 mq/gün-ə qədər artırıla bilər.
Müalicənin dayandırılması
Müalicənin dayandırılması zamanı kəsilmə sindromunun inkişafının qarşısını almaq üçün doza 1-2 həftə ərzində tədricən azaldılmalıdır.