Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində sitikolin hesabı ilə 125 mq və ya 250 mq sitikolin natrium vardır. 1 ampulda (4 ml) 500 mq və ya 1000 mq sitikolin vardır.
İnsult, beyin qan dövranı pozğunluqlarının kəskin mərhələsi və beyin qan dövranı pozğunluqlarının ağırlaşmalarının və nəticələrinin müalicəsi. Kəllə-beyin travması və onun nevroloji nəticələri. Xroniki damar və degenerativ serebral pozğunluqlar nəticəsind ə meydana çıxan koqnitiv pozğunluqlar və davranış pozğunluqları.
Sitikolinə və ya preparatın tərkibinə daxil olan hər hansı digər komponentlərə qarşı yüksək həssaslıq. Parasimpatik sinir sisteminin tonusunun yüksəlməsi.
Sitikolinin hamilə qadınlar tərəfindən istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Sitikolinin ana südünə ekskresiyası və preparatın dölə təsiri barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, hamiləlik və ya laktasiya dövründə preparatı yalnız, onun ana üçün gözlənil ən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda təyin etmək olar.
Bəzi hallarda mərkəzi sinir sistemində qeyd olunan bəzi əlavə reaksiyalar, prepar atın nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilərlər.
Preparatın böyüklər üçün tövsiyə olunan dozası, simptomların ağırlıq dərəcəsindən asılı olaraq, sutkada 500 mq-dan 2000 mq-a qədər təşkil edir. Preparat əzələ daxilinə və ya vena daxilinə istifadə üçün nəzərdə tutulmuşdur. Preparatı vena daxilinə inyeksiya vasitəsi ilə tədricən (yeridilən dozadan asılı olaraq, 3 -5 dəqiqə müddətində) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı sürətlə) yeritmək lazımdır. Preparatın maksimal sutkalıq dozası 2000 mq təşkil edir.
Müalicə müddəti xəstəliyin gedişindən asılıdır və həkim tərəfindən müəyyən edilir. Yaşlı pasiyentlər Dozanın korreksiyası tələb olunmur. İnyeksiya üç ün məhlul yalnız birdəfəlik istifadə üçün nəzərdə tut ulmuşdur. Ampul açıldıqdan sonra, preparatı dərhal istifadə etmək lazımdır.
Preparatın qalıqları ləğv edilməlidir. Preparatı vena daxilinə istifadə üçün nəzərdə tutulmuş bütün izotonik məhlullarla və el əcədə, qlükozanın hipertonik məhlulu ilə qarışdırmaq olar. Zərurət yarandığı halda müalicəni, preparatın peroral istifadə üçün məhlul dərman forması ilə davam etdirmək lazımdır. Uşaqlar Preparatın uşaqlarda istifadə təcrübəsi məhduddur.