Sevimlilərə əlavə edin
Paylaşın

Solifen 5MG N30 Tab

Məhsul Kodu : 111-28785
İstehsalçı ölkə : Ispaniya
0 Şərh Şərh
22,00 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

SOLİFEN, örtüklü tabletlər

SOLİFEN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq solifenasin suksinat vardır.

İstifadəsinə göstərişlər

Hiperaktiv sidik kisəsi sindromu olan xəstələrdə xarakterik olan təcili (imperativ) sidik saxlamama və/və ya artmış sidiyə getmə və sidik buraxmaya təcili (imperativ) çağırışın simptomatik müalicəsi.

Əks göstərişlər

Solifenasinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Sidiyin ləngiməsi, ağir mədə -bağırsaq xəstəlikləri (toksik meqakolon daxil olmaqla), miasteniya qravis (myasthenia gravis), bağlıbucaqlı qlaukoma və həmin xəstəliklərin yaranma ehtimalı. Hemodializ. Ağır qaraciyər çatışmazlığı.

Ağır böyrək çatışmazlığı və ya orta qaraciyər çatışmazlığı fonunda CYP3A4 inhibitorları (məs., ketokonazol) ilə müalicə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Solifenasinin qəbulu zamanı hamilə olan qadınlar haqqında məlumat yoxdur. Hamiləlik dövründə Solifen ehtiyatla təyin olunmalıdır. Solifenasinin ana südünə keçməsi haqqında məlumat mövcud deyil. Laktasiya dövründə preparatın istifadəsindən çəkinmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Digər antixolinergik dərman vasitələr kimi, solifenasindən istifadə zamanı dumanlı görmə və bəzən yuxululuq və yorğunluq müşahidə oluna bilər, hansı ki nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

SOLİFEN istifadə qaydası və dozası

Böyüklər, yaşlılar daxil olmaqla Tövsiyə olunan doza gündə 1 dəfə 5 mq təşkil edir. Ehtiyac olduqda dozanı gündə 1 dəfə10 mq -a qədər artırmaq olar. Solifen preparatı uzun müddət istifadə etmək olar. Tabletlər daxilə, bütöv, yeməkdən asılı olmayaraq, gündə 1 dəfə su ilə qəbul edilməlidir.

Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək çatışmazlığı olan xəstələr Yüngül və orta dərəcəli böyrək çatışmazlığı zamanı (kreatinin klirens 30 ml/dəq-dən çox) doza tənzimlənməsinə ehtiyac yoxdur. Ağır dərəcəl i böyrək çatışmazlığı zamanı (kreatinin klirens 30 ml/dəq-dən az) preparat ehtiyatla təyin edilməlidir və gündə 1 dəfə 5 mq-dan çox qəbul edilməməlidir. Qaraciyər çatışmazlığı olan xəstələr Yüngül qaraciyər çatışmazlığı zamanı doza tənzimlənməsinə ehtiyac yoxdur. Orta dərəcəli qaraciyər çatışmazlığı (Çayld -Pyu şkalasına görə 7- 9 bal) zamanı preparat ehtiyatla təyin edilməlidir və gündə 1 dəfə 5 mq-dan çox qəbul edilməməlidir.

Pediatrik xəstələr Preparatın təhlükəsizliyi və effekti vliyi uşaqlarda öyrənilməmişdir. Bu səbəbdən Solifen uşaqlarda istifadə edilməməlidir. Yaşlı xəstələr Tövsiyə olunan doza gündə 1 dəfə 5 mq təşkil edir. Ehtiyac olduqda dozanı gündə 1 dəfə 10 mq -a qədər artırmaq olar.

Digər Sitoxrom P 4503A4-ün güclü inhibitorları: SOLIFEN ketokonazolla birgə istifadə zamanı 5 mq dozadan çox və ya ritonavir, nelfinavir, itrakonazol kimi digər CYP3A4 inhibitorl arı ilə birgə istifadə etdikdə – terapevtik dozadan çox təyin edilməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28785

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce