Sevimlilərə əlavə edin
Paylaşın

Soliget 5MG N10 Tab

Məhsul Kodu : 111-27439
İstehsalçı ölkə : Pakistan
0 Şərh Şərh
8,69 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

SOLİGET, 5 mq, 10 mq örtüklü tabletlər

SOLİGET tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq solifenasin siksinat vardır.

İstifadəsinə göstərişlər

Hiperaktiv sidik kisəsi sindromu zamanı sidiyəgetməyə təcili çağırış, təcili sidik saxlamama və ya artmış sidiyəgetmənin simptomatik müalicəsi.

Əks göstərişlər

Aşağıdakı hallarda solifenasin suksinat preparatının istifadəsi əks göstərişdir: − solifenasinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, − sidik ifrazının ləngiməsi, − qidanın mədədə hərəkətsizliyi, ağır mədə-bağırsaq xəstəlikləri (toksik meqakolon daxil olmaqla), − bağlıbucaqlı qlaukoma, − miasteniya qravis, − hemodializin aparılması, − ağır qaraciyər və böyrək çatışmazlığı, − mülayim qaraciyər çatışmazlığı olan və CYP34-ün təsirli inhibitoru ilə müalicə alan pasiyentlər (məsələn, ketokonazol). Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi öyrənilmədiyindən, solifenasin suksinat uşaqlarda istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda adekvat və yaxşı idarə olunan tədqiqatlar aparılmayıb. Solifenasin suksinat hamiləlik dövründə yalnız ana üçün potensial fayda döl üçün potensial riskdən üstün olduqa istifadə edilməlidir. Laktasiya Solifenasinin süksinatın insan südündə ifraz edib-etmədiyi bilinmir. Bir çox dərman vasitələri ana südünə ifraz olunduğundan, laktasiya zamanı solifenasin süksinat qəbul edilməməlidir.

Ana südü ilə qidalandırmadan imtina etmək ya da analarda solifenasin suksinatın istifadəsindən imtina etmək barədə qərar qəbul edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Digər antixolinergik dərman vasitələr kimi, solifenasindən istifadə zamanı dumanlı görmə və bəzən yuxululuq və yorğunluq müşahidə oluna bilər, hansı ki nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb olunan digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

SOLİGET istifadə qaydası və dozası

Soliget daxilə, bütöv, yeməkdən asılı olmayaraq, su ilə qəbul edilməlidir. Böyüklər Soligetin tövsiyə olunan dozası gündə bir dəfə 5 mq təşkil edir. Lazım gəldikdə, doza gündə bir dəfə 10 mq-a qədər artırıla bilər. Böyrək çatışmazlığı olan pasiyentlər Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlər üçün doza tənzimlənməsi tələb olunmur (K Lkr > 30ml/dəq).

Ağır böyrək çatışmazlığı olan pasiyentlərə (K Lkr <30ml/dəq) preparat ehtiyatla təyin edilməlidir və gündə 1 dəfə 5 mq-dan çox qəbul edilməməlidir. Qaraciyər çatışmazlığı olan pasiyentlər Yüngül qaraciyər çatışmazlığı olan pasiyentlər üçün doza tənzimlənməsi tələb olunmur. Orta dərəcəli qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalasına görə 7-9 bal) zamanı preparat ehtiyatla təyin edilməlidir və gündə 1 dəfə 5 mq-dan çox qəbul edilməməlidir. Sitoxrom P4503A4-ün güclü inhibitorları Preparat, ketokonazol və ya ritonavir kimi digər CYP3A4 inhibitorları ilə birgə istifadə zamanı 5 mq dozadan çox təyin edilməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27439

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce