Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə :10 ml məhlulun tərkibində 1000 mq sitikolin (sitikolin natrium şəklində) vardır. Köməkçi maddələr: sorbitol 70%-li (kristallaşan maye), qliserin, metilparahidroksibenzoat (nipagin), propilparahidroksibenzoat (nipasol), qliserol formal, natrium sitrat, natrium saxarat, ponso qırmızı 4R, çiyələk dadlandırıcısı 1487-S, kalium sorbat, susuz limon turşusu (50% məhlul şəklində), təmi
İstifadəsinə göstərişlər :
İnsult, beyin qan dövranının kəskin və yarımkəskin mərhələlərində nevroloji pozulmaların fəsadlaşması; kəllə-beyin travmaları. Degenerativ və ya vaskulyar etiologiyalı qavrama, davranış pozulmalarının müalicəsi.
Əks göstərişlər:
Sitikolinə qarşı yüksək həssaslığı olan, habelə parasimpatomimetik vasitələrin istifadəsi zamanı hipertenziya yaranan, parasimpatik tonusun yüksək olduğu şəxslərdə əks göstərişdir. Kifayət qədər məlumatlar olmadığı üçün 18 yaşa qədər uşaqlarda əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi :
Hamilə qadınlarda istifadəsinə aid məlumat olmadığından, preparatın hamiləlik dövründə təyin edilməsi məsləhət görülmür; anaya göstərilən fayda dölə ehtimal olunan riskdən üstün olan hallar istisna təşkil edir. Laktasiya dövründə istifadədən qaçınılmalıdır.
Somazina istifadə qaydası, dozası
böyüklərdə simptomların ağırlığından asılı olaraq müalicə üçün gündə 1 dəfə 1-2 paket təyin olunur. Somazina bilavasitə ya da yarım stakan suda (120 ml) həll olunaraq, yemək zamanı və yaxud yeməkdən sonra istifadə oluna bilər. Yaşlılarda istifadəsi: yaşlı şəxslərdə dozanın xüsusi korreksiyası tələb olunmur. Uşaqlarda istifadəsi: uşaqlarda istifadəsinə aid kifayət qədər məlumat olmadığından, Somazina paketi həkimin xüsusi göstərişi olmadan (gözlənilən fayda mümkün olan riski üstələdikdə) uşaqlarda istifadə olunmamalıdır.