SOMAZINA 1000MG 4ML N5 AMP
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.SOMAZİNA, inyeksiya üçün məhlul
SOMAZİNA tərkibi
Təsiredici maddə: 4 ml məhlulun tərkibində ( 1 ampul) 1000 mq sitikolin vardır.
İstifadəsinə göstərişlər
Beyin qan dövranının kəskin və yarımkəskin pozulması, kəllə-beyin travmaları və onların fəsadları, müxtəlif mənşəli koqnitiv pozulmalar.
Əks göstərişlər
Sitikolinə qarşı və ya preparatın tərkibində olan köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq, parasimpatik sinir sisteminin hipertonusu.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində aparılan eksperimentlərdə sitikolinin teratogen təsiri aşkar olunmayıb. Lakin hamilə qadınlarda istifadəsinə aid məlumat olmadığından, preparatın hamiləlik dövründə təyin edilməsi məsləhət görülmür. Lakin, anaya göstərilən fayda dölə ehtimal olunan riskdən üstün olan hallar istisna təşkil edir.
SOMAZİNA istifadə qaydası və dozası
SOMAZİNA® 1000 mq: xəstəliyin klinik elementlərindən asılı olaraq, 500-2000 mq/gün dozada yeridilir. SOMAZİNA® əzələdaxili, venadaxili şırnaqla ləng (3-5 dəq) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) yeridilir. SOMAZİNA® bütün venadaxili izotonik məhlullarla uyuşur və hətta qlükozanın hipertonik məhlulunda həll oluna bilər.