Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TANAKAN 40MG N30 TB

Məhsul Kodu : 111-05541
İstehsalçı ölkə: Fransa
12,83 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TANAKAN, 40 mq örtüklü tabletlər

Tanakan tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 24 % ginkqo qlikozidləri və 6 % ginkqolid-bilobalidlər  olan, 40 mq standartlaşdırılmış ginkqo biloba ekstraktı (EGb 761®) vardır. Köməkçi maddələr: laktoza, mikrokristallik sellüloza, qarğıdalı nişastası, susuz kolloidal silisium, talk, maqnezium stearat. Örtüyü:makroqol 400 (polioksietilenqlikol 400), hipromelloza (E464), makroqol 6000  (polioksietilen qlikol 6000), titanium dioksid (E171), qırmızı dəmir oksidi  (E172).

İstifadəsinə göstərişlər:

Böyüklərdə koqnitiv pozuntuların simptomatik müalicəsi; - Vestibilyar aparatın zədələnməsi zamanı başgicəllənmənin müalicəsi; - Qulaqlarda olan küyün simptomatik müalicəsi.

Əks göstərişlər:

 Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; Hamiləlik və laktasiya dövrü (məlumatların olmaması ilə əlaqədar); Lapp-laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası olan şəxslər; Uşaqlar və 18 yaşa qədər yeniyetmələr;

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövrü Tanakan® hamilə qadınlarda istifadəsi haqqında yalnız məhdud məlumatlar var. Heyvan tədqiqatları, reproduktiv toksikliklə əlaqədar birbaşa və ya dolayı mənfi təsir göstərməmişdir. Klinik məlumatların kifayət qədər olmaması səbəbindən hamiləlik dövründə dərmanın istifadəsi əks göstərişdir. Laktasiya dövrü Tanakan®-ın heyvan və ya ana südünə keçdiyi bilinmir. Ana südü verməmək və ya dərman müalicəsindən imtina etmək qərarı, yeni doğulmuş körpəni ana südü ilə qidalandırmanın faydaları və qadın üçün dərman müalicəsinin faydaları nəzərə alınmaqla qəbul edilməlidir.

Tanakan istifadə qaydası, dozası

 Böyüklərdə koqnitiv pozuntunun simptomatik müalicəsi, vestibulyar başgicəllənmə və tinnitusun simptomatik müalicəsi üçün: gün ərzində 3 həb. Həblər ½ stəkan su ilə və yeməklə birlikdə qəbul edilməlidir. Müalicə kursu ən azı 3 aydır. Həkimin tövsiyəsi ilə müalicə müddətinin artırılması və təkrar kurslar mümkündür.

Prepared by  T-Soft E-Commerce.