Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TEMIDOKS 50MG 2ML N10 AMP

Məhsul Kodu : 111-19520
Reseptlə satılır
İstehsalçı ölkə: Ukrayna
23,98 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TEMİDOKS, inyeksiya üçün məhlul

TEMİDOKS tərkibi

Təsiredici maddə: 1 ampulda 100 mq 2-etil-6-metil-3-hidroksipiridin suksinat vardır.

İstifadəsinə göstərişlər

Beyin qan dövranının kəskin pozulmaları; Kəllə-beyin travması, kəllə-beyin travmasının nəticələri; Dissirkulyator ensefalopatiya; Neyrosirkulyator distoniya; Aterosklerotik mənşəli yüngül koqnitiv pozğunluqlar; Nevrotik və nevrozabənzər vəziyyətlərdə təşviş pozuntuları; Kəskin miokard infarktı (ilk günlərdə), kompleks terapiyanın tərkibində; Müxtəlif mərhələlərdə olan birincili açıqbucaqlı qlaukoma, kompleks terapiyanın tərkibində; Nevrozabənzər və vegetativ damar pozğunluqlarının üstünlük təşkil etdiyi alkoqolizmdə abstinent sindromun aradan qaldırılması; Antipsixotik vasitələrlə kəskin intoksikasiya; Qarın boşluğunda kəskin irinli iltihabı proseslər (kəskin nekrotik pankreatit, peritonit), kompleks terapiyanın tərkibində.

Əks göstərişlər

Preparata qarşı yüksək fərdi həssaslıq, qaraciyər və ya böyrək çatışmazlığı. Hamiləlik və laktasiya dövrü zamanı. Uşaqlıq yaşı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi ilə əlaqədar ciddi nəzarət altında klinik təhqiqatlar aparılmamışdır, buna görə də həmin dövrdə T EMİDOKSUN istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı avtonəqliyyatın idarə edilməsi və mexanizmlərlə iş zamanı reaksiyanın sürətinə və diqqəti toplamaq qabiliyyətinə təsir göstərəcək əlavə təsirlərin olma ehtimalını nəzərə alaraq, ehtiyatlı olmaq lazımdır.

TEMİDOKS istifadə qaydası və dozası

TEMİDOKS əzələdaxili və ya vena daxili (axın, damcı) təyin olunur. Doza fərdi seçilir. İnfuziya daxil etmə üsulu zamanı natrium xloridi fizioloji məhlulda (200 ml) həll etmək lazımdır. Böyüklərin müalicəsini gündə 1-3 dəfə 50-100 mq dozadan başlamaq və terapevtik təsir alınanadək tədricən dozanı artırmaq lazımdır.

TEMIDOX jetini 5-7 dəqiqə ərzində yavaş-yavaş yeridin, damcı ilə – 1 dəqiqədə 40- 60 damcı surətlə. Maksimum gündəlik doza 800 mq-dan çox olmamalıdır. Beyin qan dövranının kəskin pozulmal arı zamanı TEMİDOKS kompleks terapiyada ilk 2 -4 gündə 1 dəfə 200-250 mq venadaxili axınla və ya damcı üsulu ilə, sonra isə gündə 3 dəfə 100 mq olmaqla təyin olunur. Müalicə müddəti 10 -14 gün təyin olunur.

Kəllə -beyin travması və kəllə -beyin travmalarının nəticəsi zamanı TEMİDOKSU 10-15 gün ərzində venadaxili damcı ye ritmə yolu ilə gündə 200 -250 mq olmaqla 2-3 dəfə istifadə olunur. Dissirkulyator ensefalopatiya zamanı dekompensasiya fazasında TEMİDOKS 14 gün ərzində gündə 2-3 dəfə 100 mq olmaqla vena daxili axınla və ya damcı üsulu ilə təyin olunur. Sonra növbəti iki həftə ərzində preparatı əzələ daxilinə 100 mq olmaqla daxil etmək lazımdır. Dissirkulyator ensefalopatiyanın profilaktika kursu zamanı preparatı böyüklərə 10-14 gün ərzində əzə lə daxilinə gündə 2 dəfə 100 mq olmaqla daxil etmək lazımdır.

Dissirkulyasiya edən ensefalopatiyanın kurs profilaktikası üçün böyüklər üçün dərman 10 -14 gün ərzində gündə 2 dəfə 100 mq dozada əzələdaxili olaraq tətbiq edilməlidir. Ahıl yaşda olan xəstələrdə yüngül koqnitiv pozuntular zamanı və təşviş hallarında preparatı 14 -30 gün ərzində əzələ daxilinə gündə 100-300 mq təyin olunur. Kəskin miokard infarktında, kompleks terapiyanın bir hissəsi olaraq, TEMIDOX nitratlar, β-blokatorlar, angiotenzinçevirici ferment in (ACE) inhibitorları, trombolitiklər, antikoaqulyant və anti aqreqantlar daxil olmaqla, həmçinin göstərişlərə görə simptomatik vasitələr miokard infarktı üçün ənənəvi terapiya fonunda 14 gün ərzində venadaxili və ya əzələdax ili olaraq tətbiq edilməlidir. İlk beş gün ərzində, maksimal effektin əldə edilməsi üçün, T EMİDOKSU venadaxili yeridilmə lazımdır, növbəti 9 gün ərzində isə TEMİDOKSU əzələdaxili yeridilə bilər.

TEMİDOKSU vena daxilinə damcı yolu ilə infuziya ilə, tədricən (əlavə təsirdən qaçmaq üçün) 0,9% -li natrium-xlorid məhlulunda və ya 5% -li dekstroza (qlükoza) məhlulunda 30-90 dəqiqə ərzində 100 - 150 ml həcmdə yeritmək lazımdır. Lazım olarsa, T EMİDOKSUN ən azı 5 dəqiqə ərzində tədricən axın yeridilməsi də mümkündür. TEMİDOKSU gündə 3 dəfə vena daxilinə və ya əzələ daxilinə, 8 saatdan bir yeritmək lazımdır. Gündəlik terapevtik doza gün ərzində bədən kütləsinin hər kiloqramına 6-9 mq, birdəfəlik doza – bədən kütləsinin hər kiloqramına 2-3 mq təşkil edir.

Maksimal gündəlik doza 800 mq-dan, birdəfəlik doza isə 250 mq-dan artıq olmamalıdır. Müxtəlif mərhələlə rdə olan açıq bucaqlı qlaukoma zamanı T EMİDOKSU kompleks terapiyanın tərkibində 14 gün ərzində gündə 1-3 dəfə 100-200 mq əzələ daxilinə yeritmək lazımdır. Abstinent alkoqol sindromu zamanı T EMİDOKSU gündə 2 -3 dəfə 100 -200 mq əzələ daxilinə və ya gündə 5-7 gün ərzində 1-2 dəfə vena daxilinə damcı üsulu ilə yeritmək lazımdır. Antipsixotik vasitələrlə kəskin intoksikasiya zamanı bö yüklərə preparat vena daxilinə 7-14 gün ərzində gündə 50-300 mq olmaqla dozada vena daxilinə daxil etmək lazımdır.

Qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri zamanı (kəskin nekrotik pankreatit, peritonit) preparatı ilk günlərdə həm əməliyyatdan qabaq, həm də əməliyyatdan sonra təyin etmək lazımdır. Doza xəstəliyin şəklindən və ağırlığından, prosesin yayılmasından, klinik gedişatın variantlarından asılıdır. Preparatın qəbulunu tədricə n, yalnız davamlı müsbət klinik -laborator effekt olduqdan sonra dayandırmaq lazımdır. Kəskin ödemli (interstisial) pankre atit zamanı gündə 3 dəfə 100 mq vena daxilinə damcı üsulu ilə (natrium xloridin izotonik məhlulunda) və əzələ daxilinə təyin etmək lazımdır.

Yüngül ağırlıq dərəcəli nek rotik pank reatit: gündə 3 dəfə 100 -200 mq vena daxilinə damcı üsulu ilə (natrium xloridin izotonik məhlulunda) və əzələ daxilinə. Orta ağırlıq dərəcəli: böyüklərə – gündə 3 dəfə 200 mq vena daxilinə damcı üsulu ilə (natrium xloridin izotonik məhlulunda). Ağır hallarda: ilk günlərdə ikiqat daxil etməklə 800 mq puls-dozalama, sonra – gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə 300 mq. Çox ağır hallarda: pankreatogen şokun aradan qalxmasının davamlı əlamətləri yarananadək 800 mq ilkin doza, vəziyyət stabilləşdikdən sonra – gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə vena dax ilinə damcı üsulu ilə gündəlik 300-400 mq (natrium xloridin izotonik məhlulunda).

Uşaqlar Preparatdan istifadənin təhlükəsizliyinə dair cidd i şəkildə nəza rət olunan klinik tədqiqatlar olmadığından TEMİDOKSU bu kateqoriyadan olan pasiyentlərin istifadə edilməsi tövsiyə olunmur.

Prepared by  T-Soft E-Commerce.