Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q beyin-spesifik S-100 zülalına qarşı affintəmizlənmiş antitellər* vardır.
Tenoten böyüklərdə istifadə üçün nəzərdə tutulub. Nevrotik və nevrozabənzər hallarda, psixosomatik xəstəliklərdə həyəcanlı vəziyyət; yüksək sinir gərginliyilə, qıcıqlanması, həyəcan və vegetativ reaksiyalarla stress pozuntusu zamanı kompleks terapiyanın tərkibində. Emosional fonun dəyişkənliyilə, qıcıqlanma, yaddaş zəifliyi, vegetativ pozuntularla müşayiət edilən dissirkulyar mənşəli nevroloji pozuntular zamanı həyəcanlı vəziyyət zamanı kompleks terapiyanın tərkibində.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar. Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Hamiləlik və laktasiya dövründə qadınlarda Tenoten preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Göstərilən dövrdə preparatın istifadəsinə ehtiyac olduqda, “fayda-risk” nisbəti nəzərə alınmalıdır.
Tenoten preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməmişdir.
Tabletin üzərində olan xətt onun 2 hissəyə bölmək üçün nəzərədə tutulmayıb. Daxilə qəbul edilir. Bir dəfəyə 1 və ya 2 tablet istifadə edilir (tam həll olanadək ağızda saxlamaq lazımdır, lakin qida qəbulu zamanı deyil). Gündə 2 dəfə təyin edilir; ehtiyac olduqda, sutkada 4 dəfəyə qədər artırıla bilər.
Müalicə kursu 1-3 aydır; ehtiyac olduqda, müalicə kursunu 6 aya qədər uzatmaq və ya 1-2 aydan sonra təkrar etmək olar. Müalicəyə başladıqdan sonra 3-4 həftə ərzində davamlı yaxşılaşma vəziyyəti əldə edilmədiyi halda, həkimə müraciət etmək lazımdır. Uşaqlar Tenoten preparatı uşaqlarda istifadə üçün nəzərədə tutulmayıb. Uşaqlara və 18 yaşdan aşağı yeniyetmələrə Tenotenuşaqlar üçün preparatı göstərişdir.