Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TENOTEN DETSKI 3MG N40 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-15627
Reseptlə satılır
İstehsalçı ölkə: Rusiya
8,46 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TENOTEN UŞAQLAR ÜÇÜN, homeopatik sorma tabletlər

TENOTEN UŞAQLAR ÜÇÜN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q beyin-spesifik S-100 zülalına qarşı affintəmizlənmiş antitellər* vardır.

İstifadəsinə göstərişlər

Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün göstərişdir. Kompleks terapiyanın tərkibində nevrasteniyanın və nevrotik pozğunluqların (o cümlədən, həyəcanla, qıcıqlanma və yüksək oyanıqlıqla, vegetativ pozğunluqlarla müşayiət olunan uyğunlaşma reaksiyaları daxil olmaqla) müalicəsi. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. 3 yaşa qədər uşaqlar. Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə qadınlarda Tenoten uşaqlar üçün preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Göstərilən dövrdə preparatın istifadəsi üçün zərurət yarandığı halda, “fayda-risk” nisbəti nəzərə alınmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tenoten uşaqlar üçün preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməmişdir.

TENOTEN UŞAQLAR ÜÇÜN istifadə qaydası və dozası

Tabletin üzərində olan xətt, onun 2 hissəyə bölünməsi üçün deyildir. Tabletləri daxilə qəbul etmək lazımdır. 1 qəbula – 1-2 tablet istifadə edilir (ağız boşluğunda tam sorulana qədər saxlanılmalıdır – qida qəbulu zamanı istifadə etmək olmaz). Zərurət yarandığı halda, tabletləri otaq temperaturunda az miqdar qaynadılmış suda həll etmək olar.

Nevrasteniya və nevrotik pozğunluqlar. Sutkada 1 dəfədən 3 dəfəyə qədər 1 tablet qəbul etmək, müalicə kursu 1-3 ay təşkil edir. Zərurət yarandıqda, müalicə kursunu 6 aya qədər uzatmaq və ya 1-2 aydan sonra təkrar etmək olar. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu.

Sutkada 2 dəfə 2 tablet qəbul etmək, müalicə kursu 1-3 ay təşkil edir. Müalicəyə başladıqdan sonra, 3-4 həftə müddətində davamlı yaxşılaşma vəziyyəti əldə edilmədiyi halda, həkimə müraciət etmək lazımdır. Uşaqlar Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Prepared by  T-Soft E-Commerce.