Sevimlilərə əlavə edin
Paylaşın

Terbrofen 100 ml Srp

Məhsul Kodu : 111-26946
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
8,40 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

TERBROFEN, şərbət

TERBROFEN tərkibi

Təsiredici maddələr: 5 ml şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid, 1,25 mq terbutalin sulfat, 50 mq qvayfenezin vardır.

İstifadəsinə göstərişlər

Bronxospazm ilə müşayiət olunan öskürəyin simptomatik müalicəsi: traxeobronxit, obstruktiv bronxit, bronxial astma. Bəlğəmin sekresiyasının və onun xaric olmasının pozulması ilə müşayiət olunan tənəffüs yollarının kəskin və xroniki xəstəliklərin müalicəsi: ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), pnevmoniya, ağciyər emfizeması, bronxoektaziya, ağciyər vərəmi, pnevmokonioz, sinusit. Kəskin respirator xəstəliklərin kompleks terapiyası.

Əks göstərişlər

Ambroksola, bromheksinə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Mədənin və onikibarmaq bağırsağın peptik xorası (kəskinləşmə dövrü). Ürəyin işemik xəstəliyi və ya ÜİX-yə risk faktorları olan xəstələr. Ürək ritminin pozulması (aritmiya).

Ağır qaraciyər və böyrək çatışmazlığı. Dekompensə olunmuş şəkərli diabet. Qanaxmaya meyillilik. Hamiləliyin I-ci trimestri.

Laktasiya dövrü.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatla müalicə zamanı baş ağrısı, başgicəllənmə, yuxululuq kimi əlavə təsirlər müşahidə oluna bilər. Həmin reaksiyalar yarandıqda xəstələrə nəqliyyat vasitələrini və digər xüsusi diqqət və psixomotor reaksiyalar tələb edən fəaliyyət növlərindən istifadə tövsiyə edilmir.

TERBROFEN istifadə qaydası və dozası

Terbrofen şərbət yeməkdən 30 dəqiqə sonra daxilə qəbul edilir. İstifadədən önc ə flakonu çalxalamaq lazımdır. Preparat su və ya meyvə şirəsi ilə qarışdırılaraq istifadə edilə bilər. Preparatın təsirini gücləndirmək məqsədilə müalicə zamanı kifayət qədər maye qəbul etmək tövsiyə olunur.

Dozalamaq üçün qutuya qablaşdırılmış ölçü qapağından istifadə olunur. Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin. 0-6 yaş arası uşaqlar: 5-10 ml (½-1 ölçü qapağı) gündə 2-3 dəfə 2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı və nəzarəti ilə mümkündür. 6-12 yaş arası uşaqlar: 10 ml (1 ölçü qapağı) gündə 3 dəfə 12 yaşdan yuxarı uşaqlar və böyüklər: 10-20 ml (1-2 ölçü qapağı) gündə 3 dəfə Müalicənin müddəti həkim tərəfindən fərdi olaraq təyin edilir, lakin adətən 3-7 gün təşkil edir.

Həkimlə məsləhətləşmədən preparatı uzun müddət istifadə etmək olmaz. Uzunmüddətli qəbulu zamanı doza həkim tərəfindən tənzimlənməlidir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/qaraciyər çatışmazlığı olan xəstələr Böyrək, qaraciyər xəstəlikləri və peptik xora xəstəliyi olanlarda ehtiyatla istifadə edilməlidir. Pediatrik xəstələr 2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı və nəzarəti ilə mümkündür.

Yaşlı xəstələr Yaşlı xəstələrdə istifadəsinə dair xüsusi göstəriş yoxdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26946

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alte 125 ml Sirop
2,70 AZN -%0
2,70AZN
Alte 125 Qr 95 ml Sirop
1,50 AZN -%0
1,50AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ambrolitin 15MG/5 ml 100 ml Srp
3,26 AZN -%0
3,26AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Ansimar 400 Mg N20 Tablet
10,00 AZN -%0
10,00AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce