Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 42 mq arginin hidroxlorid (100 ml məhlulun tərkibində 20 mmol arginin və 20 mmol xloridlər) vardır.
Metabolik alkaloz, hiperammoniumemiya, ürək və baş beyin damarlarının aterosklerozu, periferik damarların aterosklerozu, o cümlədən, növbələnən axsaqlıq təzahürləri ilə müşayiət olunan periferik damarların aterosklerozu, diabetik angiopatiya, arterial hipertenziya, xroniki ürək çatışmazlığı, hiperxolesterinemiya, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər hipertenziy ası, dölün inkişafının ləngiməsi və preeklampsiya – kompleks müalicənin tərkibində.
Preparata qarşı yüksək həssaslıq. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları, hiperxloremik asidoz; anamnezdə allergik reaksiyaların qeyd olunmas ı; kalium tutucu diuretiklərin və eləcədə, spironolaktonun istifadəsi. Miokard infarktı (o cümlədən, anamnezdə).
Preparat plasentadan keçir və bu səbəbdən hamiləlik dövründə preparatın istifadəsi yalnız, onun ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Dərman preparatının laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur.
Preparatın başgicəllənməyə səbəb ola bilməsini nəzərə alaraq, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.
Preparatı vena daxilinə damcı üsulu ilə ilk 10 -15 dəqiqə müddətində dəqiqədə 10 damcı sürəti ilə yeritmək lazımdır, sonra isə preparatın yeridilmə sürətini dəqiqədə 30 damcıya qədər artırmaq olar. Preparatın sutkalıq dozası – 100 ml məhlul təşkil edir. Mərkəzi və periferik damarlarda qan dövranının ağır dərəcəli pozğunluqları qeyd olunduqda, şiddətli intoksikasiya əlamətləri, hipoksiya, astenik vəziyyətlər müşahidə olunduğu hallarda preparatın dozasını sutkada 200 ml-ə qədər artırmaq olar. İnfuziya üçün məhlulun maksimal yeridilmə sürəti 20 mmol/saatdan yüksək olmamalıdır.
12 yaşa qədər uşaqlar üçün preparatın dozası – bədən kütləsinin hər 1 kq -na sutkada 5-10 ml təşkil edir. Metabolik alkalozun müalicəsi üçün preparatın dozasını aşağıda göstərilən qayda ilə hesablamaq olar: arginin hidroxlorid (mmol) _________________________________ 0,3 bədən kütləsi (kq) qələvi qalığı (Be) (mmol/l) Preparatın orqanizmə yeridilməsini hesablanmış dozanın yarısından başlamaq lazımdır. Yenilənmiş turşu-qələvi balansın ın nəticələri əldə olunduqdan sonra, əlavə korreksiyanın aparılması mümkündür.