Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tonade 5 mq N28 tablet

Məhsul Kodu : 111-25607
İstehsalçı ölkə: Cenubi Koreya
57,60 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Tonade, 5 mq örtüklü tabletlər 

Tonade tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 5 mq tadalafil vardır. 

Əks göstərişlər 

Bu dərman vasitəsi, həm müntəzəm şəkildə, həm də fasilələrlə üzvi nitratın hər hansı bir 
formasını qəbul edən pasiyentlər üçün əks göstəriş hesab edilir. Klinik farmakoloji tədqiqatlarda 
Tadalafilin, nitratların hipotenziv təsirini gücləndirdiyi göstərildi. Klinik tədqiqatlarda Tadalafilin 
nitratların hipotenziv təsirini artırdığı göstərildi.  
Bu dərman vasitəsi cinsi fəaliyyətin yolverilməz olduğu ürək xəstəliyi olan kişilərdə istifadə 
edilməməlidir. Müalicə həkimləri əvvəlcədən mövcud olan ürək-damar xəstəliyindən əziyyət 
çəkən xəstələrdə cinsi aktivliyin potensial ürək riskini nəzərə almalıdır. 
Tadalafil istifadəsinin əks göstəriş hesab edildiyi ürək-damar xəstəliyindən əziyyət çəkən 
xəstələrin aşağıdakı qrupları klinik sınaqlara daxil edilməmişdir: 
•   Son 90 gün ərzində miokard infarktı keçirmiş xəstələr, 
• Cinsi əlaqə zamanı meydana çıxan qeyri-stabil stenokardiya və ya stenokardiyası olan pasiyentlər, 
• Son 6 ayda Nyu York Ürək Birliyinin Sinif 2 və ya daha yüksək ürək çatışmazlığına malik 
pasiyentlər, 
•  Nəzarət edilə bilməyən aritmiya, hipotenziya (<90/50mmHg) və ya nəzarət edilə bilməyən 
hipertenziyası olan pasiyentlər, 
•    Son 6 ayda insult keçirmiş pasiyentlər. 
İrsi degenerativ böyrək xəstəliklərindən, o cümlədən piqmentli retinitdən əziyyət çəkən 
pasiyentlər klinik tədqiqatlara daxil edilməmişdir və dərman vasitəsinin bu pasiyentlərdə 
istifadəsi tövsiyə edilmir. 
Bu dərman vasitəsi, onun aktiv maddəsinə və ya köməkçi maddəsinə (excipient) qarşı həssaslığı 
olan pasiyentlərdə istifadə edilməməlidir. 
Erektil disfunksiyanın müalicəsində bu dərman vasitəsinin digər müalicə vasitələri ilə 
kombinasiyasının təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Pasiyentlərə bu dərman 
vasitəsini bu tip kombinasiyalar şəklində qəbul etməmələri barədə məlumat verilməlidir.  
Bu dərman vasitəsinin tərkibində laktoza vardır. Nadir irsi problemlər sayılan qalaktoza 
intolerantlığı, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan 
pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidir. 
PDE5 inhibitorlarının qarşılıqlı təsirindən asılı olmayaraq, qeyri-arterial ön işemik optik 
neyropatiyası (QAİON) olan pasiyentlər üçün əks göstəriş hesab edilir. 
PDE5 inhibitorlarının, o cümlədən Tadalafilin, quanilat siklaz stimulyatorları, məsələn, riosiquat 
ilə birgə tətbiqi, simptomatik hipotenziyaya səbəb ola biləcəyi üçün əks göstəriş hesab edilir.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Bu dərman qadınlar, yenidoğulmuşlar və uşaq xəstələri tərəfindən istifadə üçün nəzərdə 
tutulmamışdır. 
 İnsan südündə Tadalafil və / və ya metabolitlərin olması, ana südü ilə qidalanan uşağa təsiri 
və ya süd istehsalına təsiri haqqında məlumat mövcud deyildir. Tadalafil və / və ya onun 
metabolitləri, laktasiya dövründə siçovulların südündə plazmadakı ilə müqayisədə təxminən 2,4 
qat konsentrasiyada mövcud olmuşdur. 
 Gündə 1000mq/kq Tadalafil qəbul edən siçovullarda və ya siçanlarda teratogenlik, 
embriotoksiklik və ya fermentotoksikliyə dair heç bir məlumat əldə edilməmişdir.

İstifadə qaydası və dozası 

Tabletlər bölünməməli, doza tam şəkildə qəbul edilməlidir. 
Erektil Disfunksiya 
Yetkin kişilərdə Tadalafilin maksimal qəbulunun (məs. ən azı həftədə iki dəfə) nəzərdə tutulduğu 
xəstələr üçün tövsiyə edilən doza, günün təxminən eyni vaxtında olmaqla gündə bir dəfə 5 mq 
şəklindədir. Gündəlik rejimin davam edilməsinin məqsədə uyğunluğu dövri olaraq yenidən 
qiymətləndirilməlidir. 
Prostat vəzin xoşxassəli hiperplaziyası zamanı istifadə 
Gündəlik bir dəfə istifadə üçün tövsiyə olunan doza, hər gün təxminən eyni vaxtda qəbul etməklə 
5 mq şəklindədir. 
Erektil disfunksiya və prostat vəzin xoşxassəli hiperplaziyası zamanı  istifadə 
Gündəlik bir dəfə istifadə üçün tövsiyə olunan doza, cinsi fəaliyyət vaxtının planlaşdırılması 
nəzərə alınmadan, hər gün təxminən eyni vaxtda qəbul etməklə 5 mq şəklindədir. 
Xüsusi populyasiyalar 
Yaşlı kişilər: Yaşlı pasiyentlərdə doza tənzimlənməsi tələb olunmur 
Böyrək çatışmazlığı olan kişilər: Yüngül və orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə 
doza tənzimlənməsi tələb olunmur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə gündəlik bir dəfə 
dozası tövsiyə edilmir.  
Qaraciyər çatışmazlığı olan kişilər: Qaraciyər çatışmazlığı olan pasiyentlərdə həm erektil 
disfunksiya, həm də prostat vəzin hiperplaziyası üçün gündə bir dəfə dozanın qiymətləndirilməsi 
aparılmamışdır; bu səbəblə də təyin edildiyi halda, təyin edən həkim tərəfindən fərdi fayda/ risk 
qiymətləndirilməsi həyata keçirilməlidir.  
Diabetli kişilər: Diabetli pasiyentlərdə doza tənzimlənməsi tələb edilmir. 
Pediatrik istifadə: Bu dərman vasitəsi 18 yaşdan kiçik insanlar tərəfindən qəbul edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.