Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq torasemid vardır.
Toras-Denk 5 preparatı, essensial hipertenziya və ürək disfunksiyası (ürək çatışmazlığı) nəticəsində toxumalarda (ürək ödemi) və/və ya bədən boşluqlarında (effuziya) mayenin təkrarlanan toplanmasının müalicəsi və profilaktikasında istifadə olunur.
˗ Torasemidə, oxşar quruluşa malik olan maddələrə (sulfonilsidik cövhəri) və ya preparatın digər maddələrinə qarşı hiperhəssaslıq; ˗ sidiyin ayrılmaması (anuriya) ilə əlaqəli böyrək çatışmazlığı; ˗ şüurun dumanlanması ilə müşayiət olunan ağır qaraciyər disfunksiyası (koma və ya qaraciyər prekoması); ˗ anormal aşağı qan təzyiqi (hipotenziya); ˗ bədənin qan həcminin normadan aşağı olduğu hallar (hipovolemiya); ˗ qanda natrium və ya kalium çatışmazlığı halları (hiponatraemiya, hipokalemiya); ˗ sidik axınının obstruksiyası halları (məsələn, prostat vəzinin anormal genişlənməsi səbəbindən); ˗ hamiləlik və laktasiya dövrü.
Hamiləlik Bu günə qədər, Toras-Denk 5 preparatının dölə təsiri barədə kifayət qədər klinik məlumat yoxdur. Toras-Denk 5 preparatının təsiredici maddəsi torasemid, heyvanlar üzərində aparılan tədqiqatlarda, heç bir embriotoksik təsir göstərməmişdir. Lakin, təsiredici maddənin yüksək dozaları verildikdə, həm dölə, həm də anaya embriotoksik təsirlər müşahidə edilmişdir. Əlavə məlumatlar əldə olunana qədər, Toras-Denk 5 preparatı, tibbi zərurət olmadıqda hamiləlik dövründə tətbiq edilməməlidir.
Ən aşağı effektiv doza istifadə edilməlidir. Bu səbəbdən hamilə olduqda və ya hamiləliyi planlaşdırdıqda dərhal həkimə bu barədə məlumat verin. Laktasiya Toras-Denk 5 preparatı nın təsiredici maddəsinin torasemidin,insan və ya heyvan ana südünə keçib-keçməməsi barədə məlumat yoxdur. Bu səbəbdən Toras-Denk 5 preparatı laktasiya zamanı əks göstərişdir.
Həkim laktasiya zamanı Toras-Denk 5 preparatının istifadəsinə qərar verdikdə, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Preparat düzgün istifadə edildikdə də, sürətli psixomotor reaksiyaları yüksək dərəcədə dəyişdirə bilər və nəticədə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti pozulur. Bu, xüsusilə müalicənin başlanğıc dövrünə, dozanın artırılmasına, dərmanların dəyişdirilməsinə və ya eyni vaxtda qəbul edilən dərmanların qəbuluna və alkoqol ilə birlikdə istifadəsinə aiddir. Qan təzyiqində dəyişiklik yaradan digər dərman preparatları kimi, torasemid qəbul edən xəstələr başgicəllənmə və ya bununla əlaqəli simptomlarla qarşılaşdıqda nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri tövsiyə olunur.
Böyüklərdə Səhər yeməkdən sonra gündə 1 dəfə çeynəmədən, bir qədər maye ilə daxilə qəbul edilir. Doza və müalicənin davametmə müddəti göstərişləri, effektivliyi və müalicənin mənimsənilməsini nəzərə almaqla fərdi olaraq müəyyən edilir. Essensial hipertenziya zamanı. Doza adətən 2,5 mq-dır.
Əgər dərman maddəsindən gündə 2,5 mq dozada 12-həftəlik müalicədən sonra arterial təzyiqin normallaşması əldə olunmazsa, dozanı 5 mq-a qədər artırmaq mümkündür. Dozanın sonrakı artırılması məqsədə uyğun deyil, çünki bu arterial təzyiqin sonradan enməsinə gətirib çıxarmayacaq. Mayenin yığılmasında və ödemlərdə: başlanğıc doza gündə 5 mq-dır. Bu doza adətən dəstəkləyici hesab edilir.
Əgər gündəlik doza kifayət qədər olmazsa, gündə 10 mq torasemid istifadə edilir. Xəstəliyin ağırlığından asılı olaraq dərman maddəsinin dozasını artırmaq mümkündür, gündə 20 mq-a qədər. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə torasemidin plazmada səviyyəsinin artması səbəbiylə, preparat ehtiyatla istifadə edilməlidir Yaşlılar Yaşlı pasiyentlərdə doza tənzimlənməsi tələb olunmur. 12 yaşdan aşağı uşaqlar Toras-Denk 5 preparatının 12 yaşdan aşağı uşaqlarda istifadəsi barədə kifayət qədər məlumat olmadığı üçün onlarda Toras-Denk 5 preparatı istifadə edilməməlidir.
Preparatın qəbul rejimi Preparat, səhər az miqdarda maye ilə bütöv udulmalıdır. Toras-Denk 5 preparatı yemək vaxtı qəbul edilməli deyil. Müalicə müddəti Toras-Denk 5 preparatı adətən uzunmüddətli müalicə olaraq və ya mayenin toplanması (ödem) azalana qədər qəbul olunmalıdır. Müalicə müddəti həkim tərəfindən təyin olunmalıdır.
Toras-Denk 5 preparatı nın təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Toras-Denk 5 preparatının istifadəsi unudularsa Toras-Denk 5 preparatı tövsiyə olunan dozadan az qəbul edildikdə və ya dozanın qəbulu unudulduqda, preparat daha az təsirli olacaq. Bu, klinik vəziyyətin pisləşməsinə səbəb ola bilər, məsələn, çəkinin və ya mayenin toplanmasının artması. Unuldulmuş doza mümkün qədər tez qəbul edilməlidir.
Buna baxmayaraq növbəti dozanın qəbul vaxtı yaxınlaşdıqda, unudulmuş doza qəbul edilməməlidir. Bu halda, unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir və preparatın qəbulu göstərişə uyğun davam edilməlidir. Toras-Denk 5 ilə müalicə dayandırılarsa Müalicə dayandırıldıqda, simptomlar daha da pisləşə bilər. Bu səbəbdən, heç bir vəziyyətdə Toras-Denk 5 preparatı ilə müalicəni həkimlə məsləhətləşmədən dayandırmaq olmaz.
Bu dərman preparatının istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.