Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq pentoksifillin vardır. Köməkçi maddələr: laktoza monohidrat, kopolividon, hidroksipropilmetilsellüloza, maqnezium stearat. Örtük: titan dioksid, talk, makroqol 6000, hidroksipropilmetilsellüloza.
İstifadəsinə göstərişlər:
• Ateroskleroz, şəkərli diabet (“növbələşən axsama”, sakit vəziyyətdə ağrı) nəticəsində periferik qan dövranı pozğunluqları, periferik arteriyaların okklüziyası; • toxumaların arteriyaların zədələnməsi, mikrosirkulyasiyanın pozulması ilə gedən trofiki poğunluqları (trofiki xoralar,qanqrena, varikoz); • beyin qan dövranının pozğunluqları; • damarlı qişada və torlu qişada gedən patoloji dəyişikliklər nəticəsində gözdə qan dövranı pozğunluğu.
Əks göstərişlər:
• Pentoksifillinə, digər metilksantin törəmələrinə (teofillin, teobromin, kofein və s.) preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; • massiv qanaxmalar, beyinə qansızma, kəskin miokard infarktı (qansızma riskinin olması); • gözün torlu qişasına qansızma (qansızma riskinin olması).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilələik və laktasiya Dölə təsirinə görə FDA –nın C kateqoriyasına aiddir. Hamilələrə təyini əks göstərişdir, çünki təhlükəsizliyi barədə məlumat yoxdur. Pentoksifillin az miqdarda südə keçir. Laktasiya dövründə təyini zamanı fayda-risk nisbəti qiymətləndirilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri yoxdur. Lakin başgicəllənmə baş verdikdə, nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
Preparatın dozalanması və istifadə qaydası (daxilə və ya venaya) qan dövranı pozğunluğunun növündən və ağırlıq dərəcəsindən asılıdır. Trentilin retard gündə 2-3 dəfə 1 tablet olmaqla, yemək zamanı və ya yeməkdən dərhal sonra çeynəmədən bir qədər su (½ stəkan su) ilə qəbul edilməlidir. Xüsusi hallar. Preparata tolerantlıqdan asılı olaraq, böyrək funksiyası pozulmuş xəstələrdə (kreatinin klirensi 30 ml/dəq) dozanı 30-50 % azaltmaq olar. Qaraciyər funksiyası pozulduqda doza fərdi olaraq seçilir. Serebral damarların və ya koronar damarların nəzərəçarpacaq aterosklerozu, arterial hipotoniyası, ürək ritminin pozğunluğu olan xəstələrdə Trentilin retardı ehtiyatla, başlanğıc dozanı tədricən artıraraq qəbul etmək lazımdır.