Sevimlilərə əlavə edin
Paylaşın

Tribestan 250 Mq N60 Tablet

Məhsul Kodu : 111-07125
İstehsalçı ölkə : Bolqaristan
1 Şərh Şərh
44,68 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

TRİBESTAN, örtüklü tabletlər

TRİBESTAN tərkibi

Təsiredici maddələr: Yatağan dəmirtikanı bitkisinin yerüstü hissəsinin quru cövhərinin ekstraktıdır. Tribulus terrestris herba extractum siccum (35-45:1) 250 mq (tərkibində minimum 112,5 furostanol saponinləri olur)

İstifadəsinə göstərişlər

Tribestan® _ bitki mənşəli preparatdır tərkibində Tribulus terrestris (Yatağan dəmirtikanı) bitkisinin yerüstü hissəsinin quru cövhərinin ekstraktıdır. Tribestan® cinsi funksiyaları stimullaşdırmaq, libidonu və ereksiyanın gücünü və müddətini artırmaq, lipidlərin mübadiləsinə müsbət təsir göstərmək kimi xüsusiyyətlərə, balanslaşdırıcı təsir hormonuna malikdir və qadınlarda klimakterik simptomları aradan qaldırır. Tribestan® libidonun azalması hallarının kompleks müalicəsində, kişilərdə cinsi funksiyanın pozulmaları (cinsi zəiflik) və sonsuzluq, dislipidoproteinemiya hallarında (yağ mübadiləsinin pozulması) ümumi xolesterinin və aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaltmaq üçün istifadə olunur. Qadınlarda klimakterik və postkastrasion sindrom (yumurtalıqların cərrahi yol ilə götürülməsi) zamanı müşahidə olunan neyrovegetativ və psixi təzahürləri yüngülləşdirmək üçün istifadə olunur. Tribestan® fiziki və psixi gərginliklər zamanı ümumi tonuslandırıcı və ağır xəstəliklərdən sonra bərpa prosesini sürətləndirmək üçün istifadə oluna bilər.

Əks göstərişlər

− Təsiredici maddəyə və ya tərkib hissələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq)

− Ağır böyrək və ürək-damar xəstəlikləri

− Prostat vəzinin adenoması

− 16 yaşdan aşağı uşaqlar və yeniyetmələr

− Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizdən şübhələnirsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik və laktasiya dövründə Tribestan® qəbul etmək məsləhət görülmür. Hamiləlik müəyyən edildikdə preparatın qəbulu dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tribestan® nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

TRİBESTAN istifadə qaydası və dozası

Həmişə Tribestan® preparatını həkiminizin təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nədənsə əmin olmadıqda, həkiminizdən soruşun. Tabletlər yeməkdən sonra daxilə qəbul edilir Libidonun azalması, erektil disfunksiya və sonsuzluq Kişilərdə libidonun (cinsi həvəsin) azalması, erektil disfunksiya və sonsuzluğun müəlicəsi üçün tövsiyə olunan doza: gündə 3 dəfə 1-2 tablet təşkil edir. Müalicənin davametmə müddəti 90 gündən az olmamalıdır. Müalicə kursu qənaətbəxş müalicəvi effekt alınana qədər təkrar edilə bilər. Qadın sonsuzluğu zamanı tövsiyə olunan doza: gündə 3 dəfə 1-2 tablet, aybaşı siklinin 1-12-ci günləri arası qəbul edilir. Bu müalicə kursu vaxtaşırı, hamiləlik baş verənə qədər təkrar edilə bilər. Dislipoproteinemiya Gündə 3 dəfə 2 tablet. Müalicənin davaemetmə müddəti 3 aydan az olmamalıdır. Qadınlarda klimakterik və postkastrasion sindrom 60-90 gün ərzində gündə 3 dəfə 1-2 tablet. Vəziyyət yaxşılaşdıqdan sonra dəstəkləyici dozaya keçilir: 1-2 il ərzində gündə 2 tablet. Tonuslandırıcı qismində Gündə 3 dəfə 1-2 tablet Tribestanın qəbulunu unutduqda Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda həkimə və ya əczaçıya müraciət edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-07125

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce