Sevimlilərə əlavə edin
Paylaşın

Trifas 20MG 4 ml N5 Amp

Məhsul Kodu : 111-19630
0 Şərh Şərh
12,14 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

TRİFAS, 20 20 mq/4 ml inyeksiya üçün məhlul

TRİFAS tərkibi

Təsiredici maddə: 4 ml məhlulun tərkibində 20 mq (1 ml məhlulda 5 mq) torasemid (torasemidin natrium duzu şəklində) vardır

İstifadəsinə göstərişlər

Trifas® 20 preparatı böyüklərdə aşağıdakı halların müalicəsi üçün istifadə edilir: toxumalarda mayenin ləngiməsi (ürək mənşəli ödemlər) və/və ya orqanizmin boşluqlarında mayenin ləngiməsi (ekssudatlar) ‒ bunlar ürəyin funksiyasının pozulması ilə əlaqədardır (məsələn, kəskin ürək çatışmazlığı zamanı ağciyərlərin ödemi), preparatın məhz vena daxilinə yeridilməsi tələb olunduqda.

Əks göstərişlər

Aşağıdakı hallarda Trifas® 20 preparatını qəbul etmək olmaz: kimyəvi quruluşu torasemidə oxşar olan maddələrə (sulfonil sidik cövhərinin törəmələrinə) və ya bu dərman preparatının hər hansı digər komponentinə (6 -cı bölmədə sadalanmışdır) qarşı allergiya mövcud olduqda; sidiyin yaranmasının dayanması ilə böyrək çatışmazlığı (anuriya); qaraciyər funksiyasının huşun pozulması ilə müşayiət olunan ağır dərəcəli pozulması (qaraciyər koması və ya qaraciyər komasından öncəki vəziyyət); arterial təzyiq aşağı olduqda (hipotoniya); qanın həcmi azaldıqda (hipovolemiya); natrium və ya kalium çatışmazlığı olduqda (hiponatriemiya, hipokaliemiya); sidiyin çıxarılmasına mane olan əhəmiyyətli amillər mövcud olduqda (məsələn, prostat vəzinin nəzərəçarpan dərəcədə böyüməsi); ana südü ilə qidalandırma zamanı.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Trifas® 20 preparatı reaksiya vermə sürətini dəyişə bilər. Trifas ® 20 preparatı nəqliyyat vasitələrini idarə etmək, mexanizmlərə xidmət etmək və ya qeyri-sabit tarazlıq vəziyyətində işləmək qabiliyyətinin pozulmasına səbəb ola bilər. Bu vəziyyət daha çox aşağıdakı hallarda müşahidə edilir: − müalicənin başlanğıcında; − preparatın dozası artırıldıqda; − preparat dəyişdirildikdə; − əlavə preparatlar təyin edildikdə. Alkoqol bu təsirləri gücləndirə bilər.

Buna görə də, Trifas ® 20 preparatının qəbulu zamanı alkoqoldan istifadə edilməməlidir.

TRİFAS istifadə qaydası və dozası

Trifas® 20 preparatını hər zaman müalicə həkiminizin təyinatlarına ciddi uyğun olaraq qəbul edin. Dozalanması Preparatın dozası böyrəklərin funksiyasının pozulma dərəcəsindən asılı olaraq seçilir. Trifas® 20 preparatının tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə 2 ml (10 mq torasemidə uyğundur) təşkil edir. 2 ml məhlulu şprisə çəkdikdən sonra ampulda qalmış preparat istifadə edilməməlidir.

Trifas® 20 preparatının təsiri kifayət qədər olmadıqda, onun dozasını gündə bir dəfə 4 ml-dək (20 mq torasemidə uyğundur) artırmaq olar. Əgər Trifas ® 20 preparatının təsiri qeyri-kafi qalmaqda davam edirsə, preparatın gündə 8 ml-dək (40 mq torasemidə uyğundur) dozasını yeritməklə qısamüddətli (maksimum 3 gün) müalicədən istifadə etmək olar. Ağciyərlərin kəskin ödemi zamanı müalicəyə Trifas ® 20 preparatının 4 ml (20 mq torasemidə uyğundur) bidəfəlik dozasının vena daxilinə yeridilməsi ilə başlamaq olar. Preparatın effektivliyindən asılı olaraq preparatı elə həmin dozada yarım saat sonra təkrar yeritmək mümkündür, lakin Trifas® 20 preparatının maksimal dozası 24 saat ərzində 20 mli (100 mq torasemidə uyğundur) keçməməlidir.

Qaraciyər funksiyası pozulmuş pasiyentlər Qaraciyər funksiyalarının pozulması zamanı müalicə ehtiyatla aparılmalıdır. Qanda torasemidin konsentrasiyası yüksələ bilər. Qaraciyər funksiyalarının huşun pozulması ilə müşayiət olunan ağır dərəcəli pozulması zamanı Trifas ® 20 preparatının qəbulu tövsiyə edilmir (2-ci bölməyə baxın). Yaşlı xəstələr Yaşlı xəstələrdə preparatın dozalanması ilə bağlı xüsusi göstərişlər yoxdur.

İstifadə qaydası Trifas® 20 preparatı vena daxilinə yeridilir; preparat yavaş-yavaş yeridilməlidir. Yalnız şəffaf məhlulları yeritmək olar. Preparatın arteriya daxilinə yeridilməsi qadağandır. Bir ampul bir dəfə istifadə üçün nəzərdə tutulmuşdur; preparatı n qalıqlarını atmaq lazımdır ("Trifas® 20 preparatının saxlama şərtləri" bölməsinə baxın).

Trifas® 20 preparatını inyeksiya və ya infuziya şəklində yeritmək üçün digər preparatlarla qarışdıraraq istifadə etmək olmaz. Qırılma nöqtəsi olan ampullarla rəftar qaydası Ampulları kəsməyə ehtiyac yoxdur. Ampulu qırılma nöqtəsi yuxarı olmaqla çevirin Ampulu döyəcləmək və ya silkələməklə preparatın ampulun divarları ilə aşağı axmasını təmin edin. Ampulu qırılma nöqtəsi yuxarı olmaqla çevirin.

Ampulun ucunu aşağıya doğru itələyərək qırın İstifadənin müddəti Trifas® 20 preparatı ilə müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən edilir. Lakin Trifas® 20 preparatının vena daxilinə yeridilməsi ilə müalicə bir həftədən çox davam etməməlidir. Trifas® 20 preparatının istifadəsi ilə müalicə zamanı siz həkim nəzarəti altında olmalısınız. Müalicənin davam etdirilməsi üçün onun həb formasına mümkün qədər tez keçmək lazımdır.

Yalnız şəffaf, rəngsiz məhlulları yeritmək olar. Bu dərman preparatını məhlulun mümkün çirklənməsi zamanı (məsələn, məhlulda asılı hissəciklər olduqda) və ya ampul zədələndikdə istifadə etmək olmaz. Qablaşmanı ilk dəfə açdıqdan sonra inyeksiya üçün məhlul dərhal istifadə edilməlidir. Preparatın qalığını atmaq lazımdır.

Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19630

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce