Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 0,4 mq tamsulozin hidroxlorid vardır.
Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsulları, kişilərdə prostat vəzinin xoşxassəli böyüməsinin (hiperplaziyasının) simptomlarının (sidik ifrazının çətinləşməsi, zəif sidik axını, sidiyin axması, gün ərzində və gecələr sidik ifrazına tez-tez və imperativ (təxirəsalınmayan) çağırışlar) aradan qaldırılması üçün istifadə olunur.
Aşağıdakı hallarda təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarından istifadə etmək olmaz:
- pasiyentdə preparatın təsiredici maddəsinə (tamsulozinə) və ya “Tərkibi” bölməsində göstərilən hər hansı köməkçi maddəyə qarşı allergiya olduqda. Allergik reaksiya yumşaq toxumaların (məsələn, boğazın, dilin) qəflətən meydana çıxan yerli ödemi, təngnəfəslik/tənəffüsün çətinləşməsi, qaşınma və dəri səpgiləri (angionevrotik ödem) şəklində meydana çıxır;
- pasiyentdə ağır dərəcəli qaraciyər xəstəliyi olduqda;
- ortostatik hipotoniya (uzanıqlı vəziyyətdən sürətlə qalxanda və ya oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə pasiyentdə başgicəllənmə və ya bayğınlıqlar müşahidə olunduğu halda).
Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsulları yalnız kişi cinsli pasiyentlərdə istifadə etmək üçün nəzərdə tutulmuşdur, qadınlarda preparatı istifadə etmək olmaz. Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarının istifadəsi ilə qısamüddətli və uzunmüddətli klinik tədqiqatlar aparıldıqda, kişi cinsli pasiyentlərdə eyakulyasiya (spermanın xaric olması) prosesinin pozulması (məsələn, retroqrad eyakulyasiya – bu zaman, sperma sidik- ifrazat kanalı ilə xaric olunmur və sidik kisəsinə keçir) müşahidə olunmuşdur.
Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarının nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur. Lakin, preparatın başgicəllənməyə səbəb ola bilməsini nəzərə almaq lazımdır. Belə hallarda, yüksək diqqət konsentrasiyası tələb edən fəaliyyətlə məşqul olmaqdan çəkinmək lazımdır.
Preparatı hər zaman həkimin təyinatlarına dəqiq riayət edərək istifadə etmək lazımdır. Preparatın dozalanmasına dair hər hansı sual meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparatı bütöv, gündə 1 kapsul qəbul etmək lazımdır. Kapsulları səhər yeməyindən və ya birinci qida qəbulundan 30 dəqiqə sonra, ayaq üstə və ya oturaq vəziyyətdə, bütöv qəbul etmək lazımdır. Kapsulları çeynəmək, açmaq və ya qırmaq olmaz, çünki bu, preparatın effektinə təsir göstərə bilər. Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarının istifadəsi ilə aparılan müalicə adətən, uzunmüddətli olur. Preparatın sidik kisəsinə və sidiyin xaricolması prosesinə təsiri, uzunmüddətli müalicənin aparılmasını tələb edir. Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsulları yalnız kişi cinsindən olan yetkin yaşlı pasiyentlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarının istifadəsinin ötürülməsi Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarının istifadəsi ötürüldükdə, ötürülən kapsulu mümkün qədər tez (həmin gün) qəbul etmək, daha sonra isə preparatı həkim təyinatına müvafiq qəbul etmək lazımdır. Preparatın qəbulu bir tam gün ötürüldüyü halda, vaxtında istifadə edilməyən kapsulun qəbulunu ötürmək və preparatın istifadəsini adi rejimdə davam etdirmək lazımdır. Ötürülən kapsulu əvəz etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarının istifadəsinin vaxtından əvvəl dayandırılması Preparatın istifadəsinin dayandırılması, əvvəlki şikayətlərin yenidən meydana çıxmasına səbəb ola bilər. Bu səbəbdən, hətta pasiyentin vəziyyəti yaxşılaşdığı halda belə, təsiredici maddəsi tədricən azad olan Tulozin® preparatı kapsullarını, həkim tərəfindən müəyyən edilən vaxt ərzində istifadə etmək lazımdır. Müalicənin dayandırılması barədə düşündükdə, hər zaman həkimlə məsləhətləşmək lazımdır. Preparatın istifadəsi barədə əlavə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.