Sevimlilərə əlavə edin
Paylaşın

Urojestan 200 Mq N14 Kapsul (İsp)

Məhsul Kodu : 111-23511
İstehsalçı ölkə : Ispaniya
0 Şərh Şərh
18,00 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

UTROJESTAN, 100 mq; 200 mq peroral və vaginal kapsullar

Utrojestan, beynəlxalq patentləşdirilməmiş adı: Progesterone.

UTROJESTAN tərkibi

Təsiredici maddə: 1 kapsulda 100 mq və ya 200 mq təbii mikronizəolunmuş progesteron vardır.

UTROJESTAN, istifadəsinə göstərişlər

Qadınlarda progesteron çatışmazlığı vəziyyətləri.

Peroral qəbul:
Menstruasiyaönü sindrom;
Ovulyasiya pozğunluğu və ya anovulyasiya nəticəsində menstrual siklin pozulması;
Fibroz-kistoz mastopatiya;
Premenopauza;
Peri- və postmenopauzanın əvəzedici hormonoterapiyası (estrogentərkibli preparatlarla birlikdə).

Vaginal yeridilmə yolu:
Yumurtalıqların fəaliyyət göstərməməsi zamanı progesteronun çatışmazlığı hallarında əvəzedici hormonoterapiya;
Vaxtından əvvəl doğuşun qarşısının alınması;
Ekstrakorporal mayalanmaya hazırlıq zamanı lütein fazasının dəstəklənməsi;
Spontan və ya induksiya edilmiş menstrual sikl zamanı lütein fazasının dəstəklənməsi;
Lütein çatışmazlığı nəticəsində yaranan sonsuzluq;
Progesteron çatışmazlığı nəticəsində yaranan adəti düşüyün və düşük təhlükəsinin profilaktikası.

Əks göstərişlər

Progesterona və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı yüksək həssaslıq;
Dərin venaların trombozu, tromboflebit, tromboembolik pozğunluqlar;
Uşaqlıq yolundan naməlum etiologiyalı qanaxmalar;
Natomam abortlar;
Porfiriya;
Bədxassəli törəmələr;
Qaraciyərin ağır xəstəlikləri;
18 yaşa qədər uşaqlar;
Ana südü ilə qidalandırma dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Xolestazın yaranması riski olduğuna görə hamiləliyin II və III trimestrlərində ehtiyatla istifadə olunmalıdır.
Progesteron ana südünə keçdiyi üçün, laktasiya dövründə istifadəsi əks göstərişdir.

UTROJESTAN, istifadə qaydası

Peroral:
Gündəlik 200–300 mq doza, axşam və səhər bölünmüş qəbul şəklində. Menstrual siklin 17–26-cı günləri 10 gün ərzində.

Perimenopauza: estrogenlərlə birlikdə, gündə 200 mq, 12 gün ərzində.
Postmenopauza: siklin 1–25-ci günləri 100 mq.

Vaginal:
100–600 mq dozada, sikl və müalicə səbəbindən dəyişir (donor yumurta, IVF, düşük təhlükəsi və s.).

Əlavə təsirləri

Menstrual tsiklin pozulmaları, atsiklik qanaxmalar, amenoreya, mastodiniya, başağrısı, yuxululuq, qarında köp, diareya, qaşınma, xloazma və s.
Preparatın peroral və vaginal istifadəsi ilə əlaqədar əlavə təsirlər geniş şəkildə müşahidə oluna bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23511

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce