Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 4 mq və ya 8 mq silodozin vardır.
Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi və profilaktikası. Əks-göstərişlər -Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq və dözümsüzlük olduqda; -18 yaşa qədər uşaqlar; -Ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən az); -Ağır qaraciyər çatışmazlığı (klinik məlumatlar kifayət qədər deyil)
Silodozin yalnız kişilərdə istifadə üçün nəzərdə tutulmuşdur.
Tövsiyə olunan doza - birdəfəlik 8 mq təşkil edir, kapsulların yeməklə birlikdə, sutkanın eyni vaxtında qəbul edilməsi tövsiyə edilir. Kapsulu 1 stəkan su ilə, bütöv halda udmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələrdə: Yüngül böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur (Kreatinin klirensi - C Kr≥50 C Kr≤80 ml/dəq). Yüngül böyrək çatışmazlığı olan xəstələrin (C Kr≥50 C Kr≤80 ml/dəq) müalicəsi zamanı başlanğıc doza sutkada 4 mq tövsiyə olunur, müalicənin 1 həftəsindən sonra xəstənin fərdi dözümlülüyündən asılı olaraq doza sutkada 8mq-a qədər artırıla bilər.
Ağır böyrək çatışmazlığı olan xəstələrdə Urorekin istifadəsi məsləhət görülmür. (C Kr<30 ml/dəq). Qaraciyər çatışmazlığı olan xəstələrdə: Yüngül dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur. Hər hansı məlumat olmadığına görə, ağır qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi tövsiyə olunmur.
Yaşlı xəstələrdə: Yaşlı xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Uşaqlarda istifadəsi: Pediatrik təcrübədə Urorekin istifadəsinə müvafiq qeydlər yoxdur.