Təsiredici maddələr: 1 kapsulda 0,4 mq tamsulozin hidroxlorid vardır.
Prostat vəzinin xoşxassəli hiperplaziyası nəticəsində yaranan funksional simptomların müalicəsi.
- Preparatın komponentlərinə qarşı müəyyən olunmuş yüksək həssaslıq. - Ortostatik hipotenziya. - Anamnezdə ağır qaraciyər çatışmazlığı.
Preparat qadınlar üçün istifadə olunmur.
Müalicə dövründə avtomobil nəqliyyatının idarə olunması və yüksək diqqət və psixomotor reaksiyaların yüksək sürətliliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən xüsusi ehtiyatlı olmaq lazımdır.
Preparat kifayət qədər su ilə sutkada 1 kapsul səhər və ya 1-ci yeməkdən sonra daxilə qəbul olunur (24 saatlıq interval ilə). Kapsulu çeynəmədən udmaq lazımdır, əks təqdirdə aktiv komponentin nəzarət olunan uzunmüddətli xaric olunmasının pozulması mümkündür. Müalicə müddəti fərdi şəkildə müəyyən olunur. Uşaqlar 18 yaşdan aşağı uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-26058 |