VAMELAN-WM N30 KAPS
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.VAMELAN, jelatin kapsullar
VAMELAN tərkibi
VAMELAN tərkibi, 1 kapsulda 25 mq istiot nanə (Mentha piperita) yarpaqlarının quru ekstraktı, 25 mq dərman melissa (Melissa officinalis) yarpaqlarının quru ekstraktı, 125 mq dərman pişikotu kökünün (Valeriana officinalis) quru ekstraktı vardır
Vamelan, istifadəsinə göstərişlər
Vamelan preparatı, narahatlıq və gərginlik daxil olmaqla, yüngül stress vəziyyətlərində, həmçinin yuxuya getmə müddətini sürətləndirmək üçün istifadə olunur. Nanə yarpaqlarının, melissa yarpaqlarının və pişikotu köklərinin quru ekstraktlarının birləşməsinin istifadəsi yalnız ənənəvi uzunmüddətli istifadə təcrübəsinə əsaslanır.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstiot nanə və melissa yarpaqlarının və pişikotu kökünün neqativ təsiri barədə məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi məsləhət görülmür (bu kateqoriyadan olan pasiyentlərdə istifadəsi barədə məlumat yoxdur).
İstifadə qaydası və dozası
Böyüklər və 12 yaş və yuxarı yeniyetmələr: narahatlıq və gərginlik zamanı gündə 2 dəfə 2 kapsul, yuxusuzluq zamanı yatmazdan 1 saat əvvəl 2 kapsul qəbul edilir. Preparatın təsiri tədricən inkişaf edir. Optimal təsirə nail olmaq üçün preparat ən azı 14 gün istifadə olunmalıdır. İstifadə müddəti məhdud deyil. Uzunmüddətli istifadədən sonra ləğvetmə sindromu və ya dərman asılılığı müşahidə edilmir. Simptomlar azalmadığı və ya pisləşdiyi halda həkimə müraciət olunmalıdır. 12 yaşdan kiçik uşaqlarda istifadə tövsiyə edilmir. Kapsullar qida qəbulundan asılı olmayaraq, kifayət qədər maye ilə daxilə qəbul edilir.