Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 37,5 mq, 75 mq və 150 mq venlafaksin (müvafiq olaraq, 42,42 mq, 84,84 mq və 169,68 mq venlafaksin hidroxlorid şəklində) vardır.
Velaksin® preparatı böyüklərdə depressiyanın müalicəsi üçün istifadə olunur. Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsulları həmçinin, böyüklərdə aşağıda göstərilən həyəcanlılıqla müşayiət olunan pozğunluqların müalicəsi üçün istifadə olunur: həyəcanlılıqla müşayiət olunan generalizəolunmuş pozğunluqlar, həyəcanlılıqla müşayiət olunan sosial pozğunluqlar (sosial vəziyyətlərdən qorxu hissi və ya çəkinmə) və panik pozğunluqlar (panik hücumlar). Depressiyanın və həyəcanlılıqla müşayiət olunan pozğunluqların müalicəsinin düzgün aparılması, pasiyentin əhvalının yaxşılaşdırılması üçün vacibdir. Depressiyanı və ya həyəcanlılıqla müşayiət olunan pozğunluqları müalicə etmədikdə, bu vəziyyətlər öz-özünə aradan qalxmır və əksinə, pisləşə bilər və gələcəkdə onun müalicəsi daha çətin ola bilər.
Aşağıdakı hallarda Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarını istifadə etmək olmaz:
- pasiyentdə venlafaksinə (preparatın təsiredici maddəsi) və ya “Tərkibi” bölməsində qeyd olunmuş Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarının köməkçi maddələrindən hər hansı birinə qarşı allergiya qeyd olunduqda;
- hal-hazırda və ya son 14 gün müddətində pasiyent depressiyanın və ya Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan və monoaminooksidaza fermentinin geri dönməyən inhibitorları (MAOi) kimi məlum olan hər hansı preparatdan istifadə etdiyi halda. Geri dönməyən MAOi-nin digər preparatlarla, o cümlədən, Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsulları ilə birlikdə istifadəsi, ağır dərəcəli və ya hətta, həyat üçün təhlükəli əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər. Həmçinin, Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsi dayandırıldıqdan sonra, istənilən digər geri dönməyən MAOi-nin istifadəsinə başlamazdan əvvəl, ən azı 7 günün keçməsini gözləmək vacibdir (həmçinin, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə və “Serotonin sindromu” hissəsinə bax).
Hamiləlik dövrü Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmasını planlaşdırdığı halda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, həkimi və ya əczaçını məlumatlandırmalıdır. Hamiləlik dövründə Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarını yalnız, preparatın dünyaya hələ gəlməmiş uşaq üçün potensial fayda və risk nisbətini həkimlə birlikdə müzakirə etdikdən sonra, istifadə etmək olar. Əmin olmaq lazımdır ki, mamaça və/və ya həkim, pasiyentin Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsi barədə məlumatlıdırlar. Hamiləlik dövründə analoji dərman preparatlarından (serotoninin geri tutulmasının spesifik inhibitorlarından) istifadə etdikdə, ciddi vəziyyət – yenidoğulmuş körpələrdə tənəffüsün tezləşməsinə və dəri rənginin göyərməsinə gətirib çıxaran, yenidoğulmuşların davamlı ağciyər hipertenziyasının inkişaf etməsi riskinin yüksəlməsi müşahidə oluna bilər. Göstərilən simptomlar, bir qayda olaraq, uşaq dünyaya gəldikdən sonra, ilk 24 saat müddətində inkişaf edirlər. Bu vəziyyətdə, dərhal mamaçaya və/və
ya həkimə müraciət etmək lazımdır. Hamiləlik dövründə bu preparatdan istifadə edən qadınların dünyaya gətirdikləri uşaqlarda tənəffüs pozğunluqlarından başqa, qida qəbulu pozğunluqları da müşahidə oluna bilər. Yenidoğulmuş körpədə göstərilən simptomlar qeyd olunduqda və pasiyenti bu vəziyyət narahat etdiyi halda, məsləhət almaq üçün həkimə və/və ya mamaçaya müraciət etmək lazımdır. Laktasiya dövrü Velaksin® preparatının təsiredici maddəsi ana südünə nüfuz edir. Bu zaman, preparatın uşağa təsir riski mövcuddur. Ana südü ilə qidalanan südəmər körpələrdə yüksək oyanıqlıq, tez-tez ağlama, yuxu ritminin pozulması kimi simptomların inkişaf etməsi qeyd olunmuşdur. Həmin simptomlar venlafaksinin istifadəsi dayandırıldıqdan sonra da müşahidə olunmuşdur. Bu səbəbdən, yuxarıda qeyd olunanları həkimlə müzakirə etmək lazımdır və həkim, ana südü ilə qidalanmanın və ya Velaksin® preparatının istifadəsi ilə aparılan müalicənin dayandırılması barədə qərar qəbul etməlidir. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatlarının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək vacibdir.
Velaksin® preparatının pasiyentə göstərdiyi təsir müəyyən edilməyənə qədər, nəqliyyat vasitələ- rini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.
Velaksin® preparatını hər zaman həkim təyinatına müvafiq istifadə etmək vacibdir. Preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanma rejimi Depressiyanın, həyəcanlılıqla müşayiət olunan generalizəolunmuş pozğunluqların və həyəcanlılıqla müşayiət olunan sosial pozğunluqların müalicəsi aparıldıqda, preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 75 mq təşkil edir. Əsas depressiv epizodların müalicəsi zamanı, zərurət yarandıqda, həkim preparatın dozasını tədricən, sutkada 375 mq maksimal dozaya qədər artıra bilər. Doza iki həftə və daha artıq müddət ərzində artırıla bilər. Panik pozğunluqların müalicəsi üçün, həkim preparatın istifadəsini daha aşağı dozadan (37,5 mq) başlaya bilər və dozanı tədricən artıra bilər. Həyəcanlılıqla müşayiət olunan generalizəolunmuş pozğunluqların və həyəcanlılıqla müşayiət olunan sosial pozğunluqların müalicəsi üçün preparatın maksimal dozası 225 mq/sutkada təşkil edir. İstifadə qaydası Kapsulları bütöv, kifayət qədər su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Kapsulları bölmək, xırdalamaq, çeynəmək və ya həll etmək olmaz. Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarını hər gün, sutkanın təxminən eyni vaxtında – səhər və ya axşam – qəbul etmək lazımdır. Kapsulları yemək zamanı qəbul etmək vacibdir. Qaraciyər və ya böyrək xəstəlikləri qeyd olunduqda, həkimlə məsləhətləşmək lazımdır; ehtimal ki, preparatın dozasının korreksiyası tələb oluna bilər. Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsini, həkim məsləhəti olmadan, dayandırmaq olmaz (“Velaksin® preparatının istifadəsinin dayandırılması” hissəsinə bax). Velaksin® preparatının istifadəsinin ötürülməsi Preparatın bir dozasının istifadəsi ötürüldükdə, onu mümkün qədər tez qəbul etmək lazımdır. Lakin, növbəti dozanın istifadə vaxtı çatdıqda, ötürülən dozanı qəbul etmək olmaz – adətən istifadə edildiyi kimi, bir dozanı qəbul etmək lazımdır. Velaksin® preparatı kapsullarını, həkim tərəfindən təyin olunan sutkalıq dozadan artıq istifadə etmək olmaz. Velaksin® preparatının istifadəsinin dayandırılması Pasiyentin vəziyyəti yaxşılaşdıqda belə, heç bir zaman, həkimlə məsləhətləşməmiş müalicəni dayandırmaq və ya preparatın dozasını aşağı salmaq olmaz. Həkim, Velaksin® preparatının
uzunmüddətli təsirə malik kapsullarının istifadəsinin dayandırlması barədə qərar verdikdə, o, müalicə tam dayandırılmayana qədər, preparatın dozasını tədricən aşağı salmağı pasiyentə icazə verə bilər. Velaksin® preparatının istifadəsini dayandırdıqda, xüsusilə, yüksək dozalarının qəbulundan sonra preparatın istifadəsi qəflətən dayandırıldığı halda, əlavə effektlərin meydana çıxması barədə məlumatlar mövcuddur. Bəzi pasiyentlərdə aşağıda göstərilən simptomlar müşahidə oluna bilər: yorğunluq, başgicəllənmə, bayğınlıqdan əvvəlki vəziyyət, baş ağrısı, yuxusuzluq, gecələr dəhşətli yuxugörmələr, ağızda quruluq, iştahanın itməsi, ürəkbulanma, diareya, yüksək oyanıqlıq, psixomotor oyanıqlıq, şüurun dumanlanması, qulaqlarda cingilti, hərlənmə hissi ilə müşayiət olunan başgicəllənmə (vertiqo), sancma hissi və ya nadir hallarda – elektrik cərəyanı ilə vurulma hissi, zəiflik, tər ifrazının yüksəlməsi, qıcolma tutmaları və ya qrip üçün xarakterik simptomlar. Velaksin® preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsinin tədricən dayandırlmasının qaydası barədə, həkim pasiyenti məlumatlandırmalıdır. Pasiyentdə yuxarıda göstərilən və ya narahatlığa səbəb olan digər simptomlar meydana çıxdıqda, həkimlə məsləhətləşmək vacibdir. Bu preparatın istifadəsi ilə əlaqəli əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.