Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 140,5 mq sildenafil sitrat (sildinafil 100 mq) vardır.
Sildenafil qənaətbəxş seksual aktivlik üçün cinsiyyət üzvünün ereksiyasına nail ola bilməyən və ya onu saxlaya bilməyən erektil disfunksiyalı yetkin kişilərdə istifadə üçün göstərişdir. Sildenafilin effektiv olması üçün seksual stimullaşma tələb olunur.
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Sildenafilin azot oksidi/siklik quanozinmonofosfat (s QMF) yoluna məlum təsirinə uyğun olaraq, o, nitratların hipotenziv təsirini gücləndirir və onun azot oksidin donorları (amilnitrak kimi) ilə və ya istənilən formalı nitratlarla birlikdə istifadəsi əks göstərişdir. Sildenafil daxil olmaqla, FDE5-in inhibitorlarının, quanilatsiklazanın riosiquat kimi stimulyatorları ilə birlikdə istifadəsi əks göstərişdir, belə ki, o, potensial olaraq simptomatik hipotoniyaya gətirib çıxara bilər. Sildenafil daxil olmaqla, erektil disfunksiyanın müalicəsi üçün vasitələr seksual aktivliyi məqsədəuyğun olmayan kişilərdə (məsələn, qeyri-stabil stenokardiya və ya ağır ürək çatışmazlığı kimi ağır ürək-damar pozğunluqları olan pasiyentlərdə) istifadə olunmamalıdır.
Görmə sinirinin qeyri-arterial ön işemik nevropatiyasına (NAOIN) görə bir gözdə görməni itirmiş pasiyentlərdə bu epizodun FDE5 inhibitorlarının əvvəlki təsirindən asılı olub-olmamasından asılı olmayaraq, Sildenafilin istifadəsi əks göstərişdir. Pasiyentlərin aşağıdakı yarımqruplarında sildenafilin istifadəsinin təhlükəsizliyi öyrənilmədiyindən, onun istifadəsi əks göstərişdir: ağır qaraciyər çatışmazlığı, hipotoniya (qan təzyiqi < 90/50 mm Hg süt.), yaxınlarda keçirilmiş insult və ya miokard infarktı və torlu qişanın piqment retinitis kimi irsi degenerativ xəstəlikləri (bu pasiyentlərin az miqdarında torlu qişanın fosfodi-esterazasının genetik pozğunluqları vardır).
Sildenafil qadınlarda istifadə üçün göstəriş deyildir. Hamiləlik və laktasiya dövründə sildenafilin istifadəsinə dair adekvat və nəzarətolunan tədqiqatlar aparılmamışdır. Siçovullar və dovşanlar üzərində aparılan reproduktivliyə dair tədqiqatlarda peroral qəbuldan sonra sildenafilin heç bir əlavə təsiri aşkar edilməmişdir. 100 mq birdəfəlik dozada sildenafilin qəbulundan sonra sağlam könüllülərdə spermatozoidlərin hərəkətliliyinə və ya morfologiyasına heç bir təsir müşahidə edilməmişdir.
Böyüklərdə istifadəsi Tövsiyə olunan doza cinsi aktivliyə təqribən bir saat qalmış 50mq təşkil edir. Effektivlikdən və pasiyentin dözümlülüyündən asılı olaraq doza 100 mq-a qədər artırıla və ya 25 mq-a qədər azaldıla bilər. mksimal tövsiyə olunan doza 100 mq təşkil edir. Tövsiyə olunan maksimal qəbul tezliyi gündə bir dəfədir.
Əgər Sildenafil qida ilə birlikdə qəbul edilərsə, aktivliyin başlanması acqarına qəbulla müqayisədə yubana bilər. Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə (≥ 65 yaş) dozaya düzəliş edilməsi tələb olunmur. Böyrək çatışmazlığı “Böyüklərdə istifadəsi” bölməsində təsvir edilmiş dozalanma üzrə tövsiyələr yüngül və orta ağır böyrək çatışmazlığı olan (kreatinin klirensi = 30-80 ml/dəq) pasiyentlərə də aiddir. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi < 30 ml/dəq) sildenafilin klirensi azaldığından, istifadə üçün 25mq dozanı nəzərə almaq lazımdır.
Effektivliyə və pasiyentin dözümlülüyünə əsaslanaraq, dozanı tədricən 50 mq-a və lazım gələrsə, 100mq-a qədər qaldırmaq olar. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan pasiyentlərdə (məsələn, sirroz) sildenafilin klirensi azaldığından, istifadə üçün 25mq doza nəzərdən keçirilməlidir. Effektivliyə və pasiyentin dözümlülüyünə əsaslanaraq, dozanı tədricən 50 mq-a və lazım gələrsə, 100mq-a qədər qaldırmaq olar. Uşaqlar Sildenafil 18 yaşdan aşağı şəxslərə təyin edilmir.
Digər dərman vasitələri qəbul edən pasiyentlərdə istifadəsi Sildenafillə birlikdə istifadəsi tövsiyə olunmayan ritonavir istisna olmaqla, CYP3A4-ün inhibitorları ilə yanaşı müalicə alan pasiyentlərdə 25 mq başlanğıc doza nəzərə alınmalıdır. Alfa-adrenoblokatorlarla müalicə alan pasiyentlərdə postural hipotoniyanın potensial inkişafını minimum endirmək üçün pasiyentləri sildenafillə müalicəyə başlamazdan əvvəl stabilləşdirmək lazımdır. Bundan başqa, sildenafilin qəbuluna 25 mq doza ilə başlamaq lazımdır. İstifadə qaydası Daxilə qəbul edilir.