Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VEZIFIX 5MG N30 TB

Məhsul Kodu : 111-52404
İstehsalçı ölkə: Türkiye
19,92 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VEZİFİKS, 5 mq, 10 mq örtüklü tabletlər

VEZİFİKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq solifenasin suksinat vardır.

İstifadəsinə göstərişlər

Həddindən artıq aktiv sidik kisəsi sindromlu xəstələrdə baş verə biləcək inkontinensiyanın (sidik qaçırma) və/və ya artan sidik tezliyinin və zəruriliyinin simptomatik müalicəsi.

Əks göstərişlər

Solifenasin sidik tutulması, şiddətli mədə -bağırsaq vəziyyəti (toksik meqakolon daxil olmaqla), miasteniya və ya dar bucaqlı qlaukoma xəstələrində və bu hallar üçün riskli xəstələrdə əks göstərişdir: − Aktiv maddə və ya köməkçi maddələrin hər hansı birinə həssaslığı olan xəstələr. − Hemodializdə olan xəstələr. − Ağır qaraciyər çatışmazlığı olan xəstələr. − Kəskin böyrək çatışmazlığı və ya orta dərəcədə qaraciyər çatışmazlığı olan və ketokonazol kimi güclü CYP3A4 inhibitoru ilə müalicə alan xəstələr.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Solifenasin qəbul edərkən hamilə olan qadınlarda klinik məlumatlar mövcud deyil. Heyvanlarla bağlı tədqiqatlar məhsuldarlıq, embrional/fetal inkişafa və ya doğuşa birbaşa zərərli təsir göstərmir. İnsanlar üçün potensial risk məlum deyil. Hamilə qadınlara resept yazarkən diqqətli olmaq lazımdır.

Laktasiya Solifenasinin ana südündə ifrazına dair heç bir məlumat mövcud deyil. Siçanlarda solifenasin və ya onun metabolitləri süddən ifraz olub, dozadan asılı olaraq yenidoğulmuş siçanlarda inkişafsızlığa səbəb olmuşdur. Buna görə də, laktasiya zamanı Vezifiks® istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Digər antixolinergiklər kimi solifenasin bulanıq görmə və nadir hallarda, yuxululuq və yorğunluğa səbəb ola bildiyi üçün, sürücülük və avtomobil idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

VEZİFİKS istifadə qaydası və dozası

Posologiya Yaşlılar da daxil olmaqla böyüklər Tövsiyə olunan doza gün ərzində bir dəfə 5 mq solifenasin suksinatdır. Lazım olduğu təqdirdə, doza gün ərzində bir dəfə 10 mq solifenasin suksinata qədər artırıla bilər. Pediatrik əhali Uşaqlarda solifenasin suksinatın təhlükəsizliyi və səmərəliliyi hələ müəyyənləşdirilməmişdir. Buna görə də, Vezifiks® uşaqlarda istifadə edilməməlidir.

Böyrək çatışmazlığı olan xəstələr Yüngül və orta dərəcədə böyrək çatışmazlığı olan xəstələr üçün dozanın tənzimlənməsinə ehtiyac yoxdur (kreatinin klirensi >30 ml/dəq). Ağır böyrək çatışmazlığı olan xəstələr (kreatinin klirensi ≤30 ml/dəq) ehtiyatla müalicə olunmalı və gün ərzində bir dəfə 5 mq-dan çox qəbul etməməlidirlər. Qaraciyər çatışmazlığı olan xəstələr Yüngül qaraciyər çatışmazlığı olan xəstələr üçün dozanın tənzimlənməsi lazım deyil. Orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələr (Çayld-Pyu hesabı ilə 7-9 arasında) ehtiyatla müalicə olunmalı və gün ərzində bir dəfə 5 mq-dən çox qəbul etməməlidirlər.

Sitoxrom P450 3A4 təsirli inhibitorları Ketokonazol və ya digər güclü ritonavir, nelfinavir, itrakonazol kimi CYP3A4 inhibitorlarının terapevtik dozaları ilə eyni vaxtda müalicə edildikdə Ve zifiks®-in maksimum dozası 5 mq ilə məhdudlaşdırılmalıdır. Qəbul qaydası Vezifiks® daxilə qəbul edilməli və maye ilə bütöv şəkildə udulmalıdır. Qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər.

Prepared by  T-Soft E-Commerce.