Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq, 50 mq və ya 100 mq sildenafilə ekvivalent miqdarda sildenafil sitrat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, kalsium hidrofosfat (susuz), natrium kroskarmelloza, maqnezium stearat. Örtük: Viaqra 25 mq mavi opadray OY-LS-20921 (tərkibində hipromelloza, laktoza, triasetin, titan dioksid (E171) və indiqokarmin əsasında alüminium boya (E132)) və şəffaf opadray YS-2-19114-A (tərkibində hipromelloza və triasetin vardır). Mavi örtüyə 30 mkq/q-a qədər vanilin və / və ya biotin əlavə edilə bilər. Hər örtüklü tabletin tərkibində 0,9 mq laktoza (monohidrat şəklində) vardır. Viaqra 50 mq Hər örtüklü tabletin tərkibində 1,7 mq laktoza (monohidrat şəklində) vardır. Viaqra 100 mq Hər örtüklü tabletin tərkibində 3,5 mq laktoza (monohidrat şəklində) vardır.
İstifadəsinə göstərişlər:
Viaqra preparatının qəbulu qənaətbəxş cinsi əlaqənin aparılması üçün lazım olan ereksiyanın əmələ gəlməsi və ya səviyyəsinin saxlanılması qabiliyyətinin olmaması ilə xarakterizə olunan erektil disfunksiyalı yetkin kişilər üçün göstərişdir. Viaqra preparatının effektiv təsiri üçün seksual stimulyasiya lazımdır.
Əks göstərişlər:
Preparatın tərkibinə daxil olan təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Preparatın azot oksidi/siklik quanozinmonofosfat (sQMF) mübadilə yoluna məlum təsiri sayəsində (“Farmakodinamikası” bölməsinə bax), sildenafil nitratların hipotenziv təsirini gücləndirir, ona görə də onun azot oksidinin donatorlarını (amilnitrat kimi) və ya istənilən formada nitratları qəbul edən pasiyəntlərdə istifadəsi əks göstərişdir. Sildenafil də daxil olmaqla FDE5-in inhibitorlarının riosiquat kimi quanilatsiklaza stimulyatorları ilə birgə istifadəsi əks göstərişdir, çünki, bu potensial olaraq simptomatik hipotenziyaya gətirib çıxara bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Sildenafil daxil olmaqla, erektil disfunksiyanın müalicəsi üçün istifadə olunan preparatların seksual aktivlik tövsiyə olunmayan kişilərdə (məsələn, qeyri-stabil stenokardiya və ya ağır dərəcəli ürək çatışmazlığı kimi ürək-damar patoloqiyası olan pasiyentlərə) istifadəsi əks göstərişdir. Bu patologiyanın əvvəlcə FDE-5-in inhibitorunun istifadəsi ilə bağlı olub-olmamasından asılı olmayaraq, arteriitlə (NAION) əlaqədar olmayan, görmə sinirinin ön işemik neyropatiyası nəticəsində bir gözdə görməni itirmiş pasiyentlərə viaqra əks göstərişdir (“Xüsusi göstərişlər və ehtiyyat tədbirləri” bölməsinə bax). Aşağıdakı pasiyent yarımqruplarında sildenafilin istifadəsinin təhlükəsizliyi öyrənilmədiyindən, onlarda sildenafilin istifadəsi əks göstərişdir: qaraciyərin ağır dərəcədə çatışmamazlı, arterial hipotenziya (arterial təzyiq 90/50 mm cv.st.-dan aşağı), yaxınlarda insult və ya miokard infarktı keçirmiş, torlu qişanın məlum degenerativ xəstəliyi, məsələn, piqmentli retinit olan pasiyentlər (bu pasiyentlərin az qismi torlu qişanın fosfodiesterazasının genetik pozğunluğuna malik olmuşdur).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Viaqra preparatı qadınlarda istifadə üçün nəzərdə tutulmayıb. Hamiləlik dövründə və ana südü ilə qidalanma zamanı qadınlarda adekvat və yaxşı nəzarət edilmiş tədqiqat aparılmamışdır. Siçovullarda və dovşanlarda daxilə qəbul olunan sildenafilin reproduktiv funksiyaya təsirinin tədqiqatı zamanı əhəmiyyətli arzuolunmaz təsirlər aşkar edilməmişdir. Sağlam könüllülər tərəfindən sildenafilin 100 mq birdəfəlik dozada peroral qəbul edilməsi spermatozoidlərin hərəkətliliyinə (“Farmakodinamikası” bölməsinə bax). və ya morfologiyasına təsir göstərməmişdir
Daxilə qəbul edilir. Böyük pasiyentlərdə istifadəsi Tövsiyə olunan doza lazım gəldiyi zaman, seksual aktivliyinin başlamasından təxminən 1 saat əvvəl 50 mq təşkil edir. Effektivlik və dözümlülük nəzərə alınmaqla doza 100 mq-a qədər artırıla və ya 25 mq-a qədər azaldıla bilər. Maksimal tövsiyə olunan doza 100 mq təşkil edir. Maksimal tövsiyə olunan qəbul tezliyi - gündə 1 dəfə.Viaqra preparatının qida ilə birlikdə qəbulu zamanı onun təsirinin başlanması acqarına qəbul zamanı olduğuna nisbətən ləngiyə bilər (“Farmakokinetikası” bölməsinə bax). Ahıl yaşlı pasiyentlər Ahıl yaşlı pasiyentlərdə (≥ 65 yaş) Viaqra preparatının dozasını tənzimləmək tələb olunmur. Böyrək funksiyalarının pozulması “Böyük pasiyentlərdə istifadəsi” bölməsində verilən tövsiyələr böyrək funksiyalarının zəif və orta dərəcəli pozğunluğu olan pasiyentlərə (kreatinin klirensi 30-80 ml/dəq) də aid edilir. Böyrək funksiyalarının ağır pozulması olan pasiyentlərdə (kreatinin klirensi < 30 ml/dəq) sildenafilin klirensi azaldığından, preparatın 25 mq dozada istifadə olunması nəzərdən keçirilməlidir. Effektivlik və dözümlülük nəzərə alınmaqla, doza mərhələli şəkildə 50 mq-a və 100 mq-a qədər artırıla bilər. Qaraciyər funksiyalarının pozulması Qaraciyərin pozulması olan pasiyentlərdə (məsələn, sirroz zamanı) sildenafilin klirensi azaldığından, preparatın 25 mq dozada istifadə olunması nəzərdən keçirilməlidir. Effektivlik və dözümlülük nəzərə alınmaqla, doza mərhələli şəkildə 50 mq-a və 100 mq-a qədər artırıla bilər. Uşaqlarda istifadəsi Viaqra preparatı 18 yaşdan kiçik şəxslər üçün göstəriş deyildir. Digər dərman vasitələri ilə birlikdə qəbul edilməsi Sildenafillə eyni vaxtda istifadəsi tövsiyə olunmayan ritonavir istisna olmaqla (“Xüsusi göstərişlər” bölməsinə bax), eyni vaxtda CYP3A4 inhibitorlarını qəbul edən pasiyentlərdə preparatın başlanğıc 25 mq dozada istifadə olunmasının mümkünlüyü nəzərdən keçirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). α-adrenoblokatorlar qəbul edən pasiyentlərdə ortostatik hipotenziyanın inkişafını riskinin minimizasiyası üçün sildenafil istifadəsinə başlamadan əvvəl bu pasiyentlərin vəziyyətinin stabilləşdirilməsi lazımdır. Bundan başqa, belə hallarda sildenafil istifadəsinə 25 mq dozadan başlamaq tövsiyyə olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə, həmçinin “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).